11 Fevral 2026 08:35
159
İQTİSADİYYAT
A- A+
Sosial-iqtisadi inkişafın monitorinqinin nəticələri açıqlanıb

Sosial-iqtisadi inkişafın monitorinqinin nəticələri açıqlanıb


Qeyri-neft-qaz sektorunda ÜDM istehsalı 2,7 faiz, ölkənin strateji valyuta ehtiyatı 14,2 milyard dollar artıb


Dünya iqtisadiyyatında geriləmə davam edir. Bəzi ölkələrdə yüksək artım qeydə alınsa da, ümumilikdə qlobal iqtisadiyyatda mənfi tendensiyalardan qurtulmaq olmur. Bu, təchizat zəncirində, ticarətdə, investisiya qoyuluşunda özünü daha qabarıq büruzə verir.

Baş verən proseslər nəticəsində dövlətlər gəlirləri daraldığı üçün büdcələrindən sosial sahələrə ayırdıqları vəsaitin həcmini azaltmağa məcbur olurlar. Əksər ölkələr qlobal səviyyədə baş verən münaqişələr və hərbi təhdidlər üzündən silahlanmaya daha çox vəsait xərcləyirlər. 

Azərbaycan da dünyada baş verən prosesləri diqqətlə izləyir, ölkənin sosial-iqtisadi imkanlarını qorumaq üçün zəruri addımlar atır, müxtəlif strategiya və  dövlət proqramları hazırlayıb icra edir. Belə sənədlərdən biri də "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyası"dır. Strategiyanın hədəfi dayanıqlı artan iqtisadiyyat üzrə nəzərdə tutulan məqsədlərin icrasına monitorinq və qiymətləndirməni həyata keçirməkdir. Strategiyaya əsasən, sənədin icrasına nəzarət İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə (İİTKM) həvalə olunub.

Dövlətin sosial-iqtisadi sahədə müəyyən etdiyi strategiyanın monitorinqinin keçirilməsi üçün müxtəlif işçi qrupları yaradılıb. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiya"sına uyğun olaraq, 2025-ci ildə görülən işlərin icrasının monitorinqinin nəticələri müxtəlif dövlət qurumları ilə geniş müzakirə edib. Bir daha xatırladaq ki, sənədin 4-cü bəndinə əsasən, ölkədə davamlı iqtisadi artımın təmin edilməsi, institusional islahatların dərinləşdirilməsi və inklüziv inkişafın gücləndirilməsi baxımından icra edilən tədbirlərin monitorinqi Nazirlər Kabinetinin sifarişi ilə həyata keçirilir.

Bəri başdan qeyd edək ki, müasir dünyada baş verən siyasi və iqtisadi proseslərin düzgün dəyərləndirilməsi çox vacib məsələdir. Çünki qlobal iqtisadiyyatda baş verən proseslər düzgün qiymətləndirilmədən qəbul edilən qərarlar yanlış nəticələr doğura bilər. O səbəbdən hazırda dünya düzənində baş verən hər bir tendensiyaya elmi yanaşma lazımdır. Bu məqsədlə İİTKM icraçı qurum qismində müəyyən edilmiş 60-a yaxın dövlət orqanı ilə sıx və sistemli koordinasiya və kommunikasiyanı təmin edir.

Mərkəzin icraçı direktoru, iqtisad elmləri doktoru, professor Vüsal Qasımlı deyir ki, 2025-ci ilin yekunlarına əsasən, Azərbaycanda iqtisadiyyatın dayanıqlı inkişaf meyilləri qorunub saxlanılıb, ümumi daxili məhsul istehsalı 1,4 faiz artıb, qeyri-neft-qaz sektorunda artım dinamikası 2,7 faiz təşkil edib. Həmin dövrdə ölkənin strateji valyuta ehtiyatları 14,2 milyard dollar artaraq 85,2 milyard dollara yüksəlib ki, bu da 2025-ci il üzrə gözlənilən ÜDM həcmini üstələyir. Hazırda strateji valyuta ehtiyatlarının xarici dövlət borcundan təxminən 18 dəfəyə qədər artması ölkənin maliyyə dayanıqlığının möhkəmləndiyini göstərir. Ötən il Azərbaycan mənşəli qeyri-neft məhsullarının ixracının dəyəri 3,6 milyard dollardan çox olub. 2022-ci ildən bu yana olan inkişaf dinamikası göstərir ki, qeyri-neft məhsulları ixracının dəyəri 14 milyard dollara yaxın həcmdə reallaşıb ki, bu artım da iqtisadiyyatın diversifikasiyası istiqamətində mühüm nəticənin əldə edilməsi deməkdir. Bununla yanaşı, 2022-ci ildən bəri qeyri-neft sektoruna 6 milyard dollardan çox birbaşa xarici investisiya cəlb olunub. Bu isə ölkədə olan münbit investisiya mühiti və həmin sektora yabançı sərmayədarların maraq göstərməsinin nəticəsidir.

V.Qasımlının sözlərinə görə, illik inflasiya səviyyəsinin 4±2 diapazonunda, habelə məcmu dövlət borcunun ÜDM-ə nisbəti və icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft-qaz ÜDM-nə nisbəti ilə bağlı müəyyən edilmiş makro-fiskal çərçivədə saxlanılması strategiyanın icrası dövründə təmin edilən müsbət haldır.

Vüsal Qasımlı bildirir ki, son illər   əmək bazarında rəqabətqabiliyyətli kadr potensialının formalaşdırılması istiqamətində də mühüm addımlar atılıb: "Həmin sahədə peşə və kvalifikasiya standartlarının yaradılması bu prosesin əsas dayaqlarından biridir. Hazırda "Peşə və Kvalifikasiya Standartlarının Reyestri"ndə  1600-dən çox standart mövcuddur ki, bu da əmək bazarında təklif və tələbin daha effektiv uyğunlaşdırılmasına imkan verir".

Ölkəmizdə yüksək texnologiyalardan istifadəyə xüsusi diqqət verilir. Azərbaycan rəqəmsal transformasiya sahəsində regionda öncül mövqeyini möhkəmləndirmək üçün mühüm addımlar atır. Yüksək və orta-yüksək texnoloji sənayenin əlavə dəyərinin ümumi əlavə dəyərdə xüsusi çəkisi 13 faizə çatıb və cari ildə 15 faizə nail olunması əsas hədəf kimi müəyyən edilib. Strategiyaya istinadən dövlət başçısının sərəncamları ilə təsdiq olunmuş Süni İntellekt Strategiyası, Rəqəmsal İnkişaf Konsepsiyası və Rəqəmsal İqtisadiyyatın İnkişafına dair Strategiyanın qəbul edilməsi Azərbaycanın texnoloji inkişafında yeni mərhələnin başlanmasına geniş imkan yaradacaq.

V.Qasımlının sözlərinə görə, təhsil, elm, səhiyyə və rəqəmsal transformasiya sahələrində həyata keçirilən ardıcıl uğurlu islahatlar müasir bilik və bacarıqlara malik, sağlam və rəqabətqabiliyyətli nəsil formalaşdırmağa şərait yaradacaq: "Statistikaya əsasən, 2025-2026-cı tədris ilində 225 mindən çox uşaq məktəbəhazırlığa cəlb edilib, 80-dən artıq məktəb isə əsaslı şəkildə yenilənib. Müasir dövrün tələbinə uyğun kadrlar hazırlamaq üçün peşə təhsilində baza və tədrisdə modern yanaşmalar tətbiq olunur, Bakı və Lənkəran Peşə Təhsil mərkəzlərində yenidənqurma işləri başa çatıb, adambaşı maliyyələşmə modeli çərçivəsində minlərlə gənc əmək bazarına uyğun ixtisaslar üzrə təhsil alır".

İİTKM-in icraçı direktoru vurğulayır ki, ekoloji tarazlığın qorunması, bərpaolunan enerji mənbələrinin payının artırılması və təmiz istehsal texnologiyalarının tətbiqi istiqamətində də ötən icra dövründə mühüm addımlar atılıb: "Görülən işlərin keyfiyyətli olması üçün hidrometeoroloji müşahidələrin gücləndirilməsi məqsədilə ölkədə hava və su resurslarının monitorinqini daha operativ və dəqiq aparmağa imkan verən onlarca avtomat meteoroloji, hidroloji və radar sistemi ölkəyə gətirilərək quraşdırılıb. Aqrar sektorda yüksək məhsuldarlığa nail olmaq üçün süni intellektə əsaslanan idarəetmə sistemləri və ekoloji təmiz istehsal texnologiyaları artıq bir çox təsərrüfatda sınaqdan keçirilir".

Enerji sektorunda görülən işlərdən  söz açan mərkəz rəhbəri deyib ki, bu sahə üzrə qəbul edilən "Elektroenergetika haqqında" və "Qaz təchizatı haqqında" qanunlar sözügedən sektorda müasir tənzimləyici çərçivənin formalaşmasına mühüm töhfə verib. Azərbaycanın enerji xəritəsində əlamətdar hadisələrdən biri "Masdar" şirkəti tərəfindən inşa edilən 230 MVt gücündə "Qaradağ" Günəş-Elektrik Stansiyasıdır. Bununla yanaşı, "8 Noyabr" Elektrik Stansiyasının istismara verilməsi də ölkənin enerji təhlükəsizliyini gücləndirib. Son illər həyata keçirilən tədbirlər nəticəsində bərpaolunan enerji mənbələrinin payının 17,3 faizdən 20,8 faizə yüksəlməsi Azərbaycanın "yaşıl enerji" strategiyasına sadiqliyinin göstəricisidir. 


Rüstəm KAMAL,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Rohinca müsəlmanlarının soyqırımı ilə bağlı BƏM-ə təkzibolunmaz dəlillər təqdim edilib

09:20
11 Fevral

Paytaxtın İslam Səfərli küçəsində abadlıq-quruculuq işləri davam etdirilir

09:15
11 Fevral

Zəhmətkeş alim, qayğıkeş müəllim, dəyərli ziyalı

09:10
11 Fevral

Baharın ayaq səsi

09:05
11 Fevral

Burada tariximiz yaşayır

09:00
11 Fevral

Qarlı hava şəraitində Qusarda sahələrin monitorinqi davam edir

08:55
11 Fevral

Lənkəranda və Lerikdə "Heydər Əliyev ideyaları ilə başlayan 30 illik inkişaf yolu" adlı forum keçirilib

08:50
11 Fevral

Onlar dövlətin qüruru, dövlət onların dayağıdır

08:45
11 Fevral

Dirçələn torpaq, güclənən iqtisadiyyat

08:40
11 Fevral

Sosial-iqtisadi inkişafın monitorinqinin nəticələri açıqlanıb

08:35
11 Fevral

1,1 milyon təqaüdçünün pensiyası artırıldı

08:30
11 Fevral

Qarşılıqlı etimad, dərinləşən əməkdaşlıq

08:25
11 Fevral

Sülh, həmrəylik və tolerantlıq

08:20
11 Fevral

Azərbaycan və ABŞ arasında yeni strateji mərhələnin başlanğıcı

08:15
11 Fevral

TRIPP artıq reallıqdır

08:10
11 Fevral

Azərbaycan regionun güclü dövlətinə çevrilib

08:05
11 Fevral

ABŞ biznesinin yeni ünvanı Azərbaycandır

08:00
11 Fevral

"Azərbaycan Respublikası Hökuməti ilə İordaniya Haşimilər Krallığı Hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında Saziş"in təsdiq edilməsi barədə

02:40
11 Fevral

A.İ.Mursaqulovun Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri təyin edilməsi haqqında

02:39
11 Fevral

R.S.İsmayılovun Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri təyin edilməsi haqqında

02:39
11 Fevral

“Mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsinə və onun şərtlərinin gözlənilməsinə nəzarət Qaydaları”nın və “Fəaliyyət növlərinin xüsusiyyətindən asılı olaraq mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsi üçün tələb olunan əlavə Şərtlər”in təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 8 may tarixli 120 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

02:38
11 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!