15 Mart 2022 00:36
2067
Mədəniyyət
A- A+
Novruz bayramı bədii əsərlərdə

Novruz bayramı bədii əsərlərdə

 

Azərbaycan xalqının tarixində, mədəniyyətində, məişətində, adət-ənənələrində Novruz bayramının özünəməxsus yeri var. Bu bayram qədim məmləkətimizin bütün guşələrində təmtəraqla qeyd olunur. Ancaq bölgələrimizin Novruz təntənəsində həm oxşarlıqlar, həm də fərqli cəhətlər diqqəti cəlb edir. Bu da baharın gəlişinin müjdəsini verən Novruz adət-ənənələrimizə zənginlik gətirir. Milli bayramımızın bu gözəllikləri, zənginlikləri yazıçıların, şairlərin də diqqətindən kənarda qalmayıb.

Novruz adət-ənənələrinin, mərasimlərinin ədəbiyyatımızın klassiklərinin yaradıcılığında əksini tapdığını qeyd edən ədəbiyyatşünas F.F.Qasımzadə Xaqani Şirvaninin şeirləri, Nizami Gəncəvinin “İsgəndərnamə”, “Leyli və Məcnun”, “Xosrov və Şirin” poemaları, Qazi Bürhanəddinin qəzəlləri, Kişvərinin yaradıcılığı, Məhəmməd Füzulinin, Molla Vəli Vidadinin, Molla Pənah Vaqifin əsərləri, Mikayıl Müşfiqin “Bayram axşamı” şeiri, Hüseyn Cavidin və başqa görkəmli şair və yazıçılarımızın əsərlərindən misallar gətirib. Onu da diqqətə çatdırıb ki, XI əsr Azərbaycan şairi Qətran Təbrizi “Divan”ında, Orta əsr şairlərimizdən Sururi, Şahin, Həqiri də öz yaradıcılıqlarında, Mirzə Fətəli Axundzadə “Hekayəti-Molla İbrahimxəlil kimyagər”, “Hekayəti-müsyö Jordan həkimi-nəbatət və dərviş Məstəli şah - caduguni-məşhur”, “Sərgüzəşti-vəziri-xani Lənkəran” əsərlərində Novruz bayramından söz açıblar.

Ədəbiyyatımızın sonrakı dövrlərində qələmə alınmış bir sıra əsərlərdə də Novruz bayramı əhvali-ruhiyyəsi əksini tapıb, bayramda keçirilən mərasimlər təsvir edilib. Əsasən, qəmli, hüznlü şeirləri ilə tanınan Molla Vəli Vidadi belə bu mövzudan şən ovqatla söz açıb:

 

Novruzi-bahar oldu, cahan tazətər oldu,

Rəf oldu ələmlər.

Dağıldı bu şadlıq xəbəri dərbədər oldu

Yandı oda qəmlər.

 

Sovet dövrü Azərbaycan ədəbiyyatında da bir sıra əsərlərdə Novruz bayramına, adət-ənənəsinə müəyyən yer verilib. Onlardan biri şair Səməd Vurğunun “Komsomol” poemasıdır. Novruzla bağlı məqamlar bu poemada əksini tapıb.

Yazıçı İsmayıl Şıxlının 1957-1967-ci illərdə yazdığı məşhur “Dəli Kür” romanında XX əsrin əvvəllərində kiçik bir Azərbaycan kəndində - Göytəpədə baş verən hadisələrin fonunda xalqımızın odövrkü yaşam tərzi, məişəti ilə tanış oluruq.  Həmin dövrdə Novruzun necə qeyd olunduğu barədə bu tarixi romanda yazılanlar olduqca maraqlıdır: “Novruz bayramı idi. Kənd uşaqları səbirsizliklə axşamın düşməsini gözləyir, tez-tez xırman yerinə topladıqları ota baxırdılar. Onlar qucaq-qucaq küləş, saman gətirib otun üstünə atırdılar. Bundan başqa, əllərinə keçən quru çırpıları, odun qırıntılarını da buraya atırdılar. Onlar şər qarışan kimi tonqal yandıracaqdılar... Qızlar sakit oturmurdular. Özlərinə təzə paltar tikir, axşama qədər hazır edib geyməyə çalışırdılar. Gəlinlər yumurta boyayır, arvadlar tez-tez düyü arıtlayan qızlara göz yetirirdilər. Səmənilər süfrələrə düzülürdü. Hamı bayrama hazırlaşırdı. Varlı da, kasıb da çalışırdı ki, bu axşam süfrəsi boş qalmasın. Aylarla yığdıqlarını bir gecə üçün xərcləyənlər də var idi”.

Yazıçı Əzizə Cəfərzadə XIX əsrdə yaşamış Azərbaycanın görkəmli şairi Seyid Əzim Şirvaniyə həsr etdiyi “Aləmdə səsim var mənim” əsərində xalqımızın toy və yas mərasimləri, şeir məclisi - “Beytüs-səfa”, çillə çıxarmaq, orucluq bayramı adətləri, müsəlla, qaravəlli, Novruz-İlaxır çərşənbə adətləri, ümumi ibadət və digər mərasimləri təsvir edib.

Hər bir azərbaycanlının uşaqlıq xatirələrində çərşənbə və Novruz bayramlarının silinməz izləri olur. Əksəriyyətimiz illər ötsə də, o bayramları xoş duyğularla, xiffətlə yada salırıq. Cənubi Azərbaycandan olan şair Məhəmmədhüseyn Şəhriyarın məşhur “Heydərbabaya salam” poemasında bu hisslər böyük səmimiyyətlə ifadə olunub:

 

Qızlar deyər: “Atıl-matıl, çərşənbə,

Ayna təkin bəxtim açıl, çərşənbə”.

Yumurtanı göyçək, güllü boyardıq,

Çaqqışdırıb sınanları soyardıq,

Oynamaqdan bircə məgər doyardıq?

Əli mənə yaşıl aşıq verərdi,

İrza mənə növruzgülü dərərdi.

 

Şair poemada şirin bir dillə Novruz mərasimlərini, adət-ənənələrini təsvir edib.

 

Zöhrə FƏRƏCOVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Az və ya çox yatmaq erkən qocalmanı sürətləndirə bilər  

17:41
15 May

Azərbaycan, Ukrayna, Qazaxıstan, Qırğızıstan və Özbəkistan arasında TRACECA Vahid Tranzit İcazəsi Sazişi imzalanıb  

17:31
15 May

Mirziyoyev: TDT dayanıqlı inkişaf tempi nümayiş etdirən nüfuzlu quruma çevrilib

17:30
15 May

Türkiyə Prezidenti Türk Dövlətləri Təşkilatı ölkələrini ortaq rəqəmsal vizyonu formalaşdırmağa çağırıb

17:29
15 May

Bakıda mayın 17-də və 18-də fasilələrlə yağış yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ

17:28
15 May

DSMF-nin təşəbbüsü ilə Müşfiq qəsəbəsində 100-dən çox ağac əkilib

17:27
15 May

Baş Dövlət Yol Polisi İdarəsi əlverişsiz hava şəraiti ilə bağlı xəbərdarlıq edib

17:26
15 May

Tramp: Mənim Kim Çen Inla çox yaxşı münasibətlərim var

17:25
15 May

Birinci Qarabağ müharibəsinin şəxsiyyətləri müəyyənləşən 2 itkin şəhidi torpağa tapşırılıb  

17:24
15 May

Qazaxıstanın dövlət qulluqçuları “ASAN xidmət” təcrübəsini öyrənirlər

17:24
15 May

Baş prokuror Masallı rayonunda vətəndaşların müraciətlərini dinləyib

17:23
15 May

Monqolustanlı parlamentari: Azərbaycanla münasibətlər son illərdə dinamik inkişaf edir

17:23
15 May

Xocalı sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib  

17:22
15 May

Türküstanda Türk Dövlətləri Təşkilatı Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclası olub

17:21
15 May

Qırğızıstan Prezidenti: Türk İnvestisiya Fondu TDT-yə üzv ölkələr arasında iqtisadi əməkdaşlığın rəqəmsallaşdırılmasına təsirli təsir göstərəcək  

17:20
15 May

İstehlak bazarında qiymətlər açıqlanıb

17:19
15 May

Özbəkistan Prezidenti TDT-də səmərəli sədrliyə görə Azərbaycan Prezidentinə təşəkkürünü bildirib  

17:19
15 May

Aprelin 19-da keçirilmiş imtahanların nəticələri açıqlanıb: bir nəfər 300 bal toplayıb

17:18
15 May

Slovakiya Milli Şurası sədrinin başçılıq etdiyi nümayəndə heyəti Xankəndidə quruculuq işləri ilə tanış olub  

17:17
15 May

Almaniya Kansleri və ABŞ Prezidenti Hörmüz boğazının açılmasını müzakirə ediblər

17:16
15 May

İntensiv yağış yağacaq, dolu düşəcək, çaylarda sululuq artacaq – XƏBƏRDARLIQ

17:15
15 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!