15 May 2026 09:15
232
Mədəniyyət
A- A+
Neftçi-musiqiçi

Neftçi-musiqiçi


Amma söhbət məşhur "Bəxtiyar" filminin eyniadlı personajından getmir


Saksafon ifaçısı Rüfət Yusupovla iştirakçısı olduğumuz bir tədbirdə tanış olduq. Tanış olduq deyəndə ki, əslində, onun saksafonda ifa etdiyi bir-birinə bənzəməyən musiqi nömrələri içi biz qarışıq ətrafına yığılanları sehirləmişdi. Bu sehrin cazibəsindən çıxmaq mümkün deyildi. Çünki Rüfətin ifalarında nəsə bir qeyri-adilik, şirinlik hiss olunur, peşəkarlıq duyulurdu. 

Rüfət 1982-ci ildə Bakıda dünyaya göz açıb. Orta təhsilini başa vuraraq neftçi olmaq arzusu ilə Azərbaycan Dövlət Neft Akademiyasına qəbul olub. Bakalavr, magistr təhsili alıb. Mərhum akademik Azad Mirzəcanzədinin tələbəsi olub. Sonra ordu sıralarına çağırılıb. Vətən qarşısındakı borcunu yerinə yetirib. 

Xidmətdən qayıtdıqdan sonra Rüfətin həyatının yeni mərhələsi başlayıb. 2005-ci ildə müsabiqə yolu ilə bp şirkətinə işə qəbul olub. Bilik və bacarığını nəzərə alaraq onu neft hasilatı üzrə əməliyyat şöbəsinə işə götürüblər. Elə o vaxtdan bu günə qədər həmin şirkətdə çalışır. İşindən ayrılmayan Rüfət sonrakı illər musiqi dünyasının qapısını döyür. 2009-2013-cü illər Azərbaycan Milli Konservatoriyasında "Nəfəs alətləri" ixtisası üzrə təhsil alır. 2017-2025-ci illərdə "Şıx" sanatoriyasında mədəni-kütləvi işin təşkilatçısı vəzifəsində çalışmağa başlayır. 2022-ci ildən isə "Kurort" QSC-nin Mədəni-Kütləvi qrupun rəhbəri kimi fəaliyyət göstərir. 

Keçdiyi ömür yolunu vərəqlədikcə onu öyrənmək istədik ki, görəsən, neftçi Rüfət Yusupovda musiqiyə, saksafon ifa etməyə həvəs necə və nə vaxtdan oyanıb. Bunu özündən soruşduq. Dedi ki, musiqiyə həvəsi oyananda hardasa 20 yaşı var idi: "Həmin vaxt artıq Azərbaycan Dövlət Neft Akademiyasının sonuncu kursunda oxuyurdum. Amma musiqi təhsili də almaq istəyirdim. Arzumu reallaşdırmaq üçün yaşadığım ünvana yaxın olan musiqi məktəbinə üz tutdum. Çox keçmədi ki, burada piano ixtisası üzrə təhsil almağa başladım. Məndə milli musiqimizə marağı piano müəllimim Zaur Rüstəmov oyatdı. Onun köməyi ilə musiqinin sirlərinə daha da dərindən bələd oldum. Zaur müəllim uzun illər idi ki, Əhməd Bakıxanov adına Xalq Çalğı Alətləri Ansamblının pianoçusu kimi fəaliyyət göstərirdi. Həmin illər o məni özü ilə ansamblın bütün məşq, çəkiliş və səsyazmalarına aparırdı. Musiqi aləmində tanınan belə nümunəvi, peşəkar ansamblın ifasını dinləyə-dinləyə, kollektivin zəngin milli repertuarlarını öyrənir, bütün alətlərin solo ifasının üslubunu diqqətlə izləyərdim". 

Rüfət Yusupovun nəfəsli alətlərə sevgisi də həmin günlərdə oyanıb. Sözünə davam edən həmsöhbətimiz o zamanlardan söz açaraq dedi ki, ansamblda solo partiyalarını səsləndirən nəfəs alətləri (klarnet, balaban, tütək) diqqətini daha çox cəlb edirdi: "Amma buna baxmayaraq, nəfəsli alətlərin sirlərinə yiyələnmək, onlarda mahnı ifa etmək o ərəfələrdə heç ağlıma da gəlmirdi. Bəzən tale insanın özünün xəbəri olmadan onun gələcək yolunu təyin edir, sürprizlər hazırlayır. Elə mənim saksafonda ifa etməyi öyrənməyim də buna oxşadı. Günlərin birində təsadüfən konservatoriyanın nəfəs alətləri müəllimi Çingiz Mehdiyevlə tanış olduq. Söhbət zamanı müəllim nəfəsli alətlərə olan marağımı hiss etdi. Məni nəfəsli alətləri çoxlarından yaxşı öyrənəcəyimə əmin etdikdən sonra  dərslərə başladıq. Müəllim əvvəlcə klarnet, sonra isə saksafon dərslərini tədris etdi. Dərslər davam etdikcə müəllimin etimadını doğruldurdum. Bacarığımı görən Çingiz müəllim məni konservatoriyaya, nəfəs alətləri ixtisasına qəbul olmağa hazırlamağa başladı".

Beləcə, Rüfət Yusupov yavaş-yavaş taleyini musiqi dünyasına bağlayır. Müəllimi Çingiz Mehdiyevdən nəfəs alətlərində ifa etməyi öyrəndikdən sonra ikinci ali təhsil almaq üçün konservatoriyaya qəbul olur. 

İfaçılıq üslubundan söz açan Rüfət dedi ki, xalq musiqisinə olan sevgisi və dərin bələdçiliyi işini xeyli asanlaşdırır. Saksafonun sirlərinə yiyələndikcə onda bu alətdə təkcə Avropa musiqisi deyil, Azərbaycan xalq və bəstəkar musiqilərini də ifa etmək istəyi yaranırdı: "Bu janrda ifa etmək həvəsini məndə o illər efirlərdə tez-tez görünən mahir saksafonçu Eldar Zeynalov oyatdı. Onun saksafonda səsləndirdiyi "Şükriyyə", "Abşeron", "Mənim əzizlərim", "Dalğalar", "Qurban adına" və başqa ifaları bu alətin ecazkar səsində, avazında  həm də milli ruhun gizli və sirli daşıyıcısı olduğunu qəlbimə sızdırdı. Bu böyük sənətkarla tanış olmaq, ondan saksafon dərsləri almaq arzusu ilə yaşayırdım. Bu yerdə yenə də təsadüf köməyimə çatdı. Onun Süleyman Ələsgərov adına 1 nömrəli İncəsənət Məktəbində işlədiyini öyrəndim və bu böyük sənətkarla görüşüb tanış oldum. Eldar müəllimə saksafonda bu alətə xas olan estrada, pop, caz üslubunda yox, məhz milli ruhda musiqilər ifa etmək istədiyimi bildirdim. O,  əvvəlcə buna tərəddüd etsə də, kiçik sınaqdan sonra razılaşdı. Gördü ki, israrlıyam".

Gündüzlər neftçi kimi çalışan Rüfət Yusupov işdən sonra musiqi dünyasının qapılarını açır. Gündəlik olaraq "Kurort" QSC-nin bütün sanatoriya filiallarında canlı konsert proqramları ilə çıxış edir. Bir-birindən şən musiqilərlə sanatoriyalarda müalicə alan insanların zövqünü oxşayır, könüllərini açır. Rüfət deyir ki, AHİK və "Kurort" QSC-nin yeni rəhbərliyinin onlara olan etimadı sayəsində 8 nəfərdən ibarət ansambl yaradıb: "Hazırda ansamblın genişləndirilməsi barədə düşünürəm. Rəngarəngliyi təmin etmək üçün konsertlər zamanı milli alətlərlə yanaşı, saksafon, piano, skripka kimi Avropa alətlərində də musiqi nömrələri səsləndirmək istəyirik". 

Maraqlı söhbətinə davam edən Rüfət Yusupov daha sonra sözünə davam edərək bildirdi ki, həm neftçi, həm də musiqiçi olduğuna görə özünü xoşbəxt sanır: "Mənə elə gəlir ki, onlar bir-birini tamamlayır, qoşa qanad kimi ürəyimdə, qəlbimdə çırpınır". Gələcək planlarından söz açan Rüfət dedi ki, dinləyicilərə rahatlıq gətirən ideyaların həyata keçirilməsi istiqamətində fikirləşir: "Yaratdığımız yeni ansamblın daha geniş və rəngarəng proqramla çıxış etməsi üçün üzərimizə düşən vəzifələri can-başla yerinə yetirmək bacarığındayıq. Təəssüflər olsun ki, əvvəllər mədəni-kütləvi sahəyə soyuq, laqeyd münasibət bəslənmişdi. Bu işə ixtisası olmayan, musiqi sənətindən o qədər də biliyi olmayan şəxslər cəlb olunmuşdu. Artıq bu, arxada qalıb. Çalışırıq ki, sanatoriyalarda müalicə olunan insanlar üçün daha  keyfiyyətli, daha zövqlü canlı musiqi gecələri təşkil edək". 

Söhbətimizin sonunda Rüfət Yusupovdan övladlarından onun yolunu davam etdirənlərin olub-olmadığını soruşduq. Dedi ki, 10 yaşlı oğlu İsaxan saksafona böyük maraq göstərir: "Marağını nəzərə alaraq onu Qara Qarayev adına İncəsənət Məktəbində saksafon sinfinə qoymuşam. Artıq 7 aydır ki, oxuyur. İxtisas müəllimi ilə bərabər, mən də İsaxanın gündəlik dərsləri ilə maraqlanıram. Oğlum hazırda böyük bəstəkar Q.Qarayevin "Kiçik vals" əsəri üzərində çalışır. Bir neçə dəfə də məktəbdə keçirilən konsertdə bacarığını nümayiş etdirib". 


Vahid MƏHƏRRƏMOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Az və ya çox yatmaq erkən qocalmanı sürətləndirə bilər  

17:41
15 May

Azərbaycan, Ukrayna, Qazaxıstan, Qırğızıstan və Özbəkistan arasında TRACECA Vahid Tranzit İcazəsi Sazişi imzalanıb  

17:31
15 May

Mirziyoyev: TDT dayanıqlı inkişaf tempi nümayiş etdirən nüfuzlu quruma çevrilib

17:30
15 May

Türkiyə Prezidenti Türk Dövlətləri Təşkilatı ölkələrini ortaq rəqəmsal vizyonu formalaşdırmağa çağırıb

17:29
15 May

Bakıda mayın 17-də və 18-də fasilələrlə yağış yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ

17:28
15 May

DSMF-nin təşəbbüsü ilə Müşfiq qəsəbəsində 100-dən çox ağac əkilib

17:27
15 May

Baş Dövlət Yol Polisi İdarəsi əlverişsiz hava şəraiti ilə bağlı xəbərdarlıq edib

17:26
15 May

Tramp: Mənim Kim Çen Inla çox yaxşı münasibətlərim var

17:25
15 May

Birinci Qarabağ müharibəsinin şəxsiyyətləri müəyyənləşən 2 itkin şəhidi torpağa tapşırılıb  

17:24
15 May

Qazaxıstanın dövlət qulluqçuları “ASAN xidmət” təcrübəsini öyrənirlər

17:24
15 May

Baş prokuror Masallı rayonunda vətəndaşların müraciətlərini dinləyib

17:23
15 May

Monqolustanlı parlamentari: Azərbaycanla münasibətlər son illərdə dinamik inkişaf edir

17:23
15 May

Xocalı sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib  

17:22
15 May

Türküstanda Türk Dövlətləri Təşkilatı Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclası olub

17:21
15 May

Qırğızıstan Prezidenti: Türk İnvestisiya Fondu TDT-yə üzv ölkələr arasında iqtisadi əməkdaşlığın rəqəmsallaşdırılmasına təsirli təsir göstərəcək  

17:20
15 May

İstehlak bazarında qiymətlər açıqlanıb

17:19
15 May

Özbəkistan Prezidenti TDT-də səmərəli sədrliyə görə Azərbaycan Prezidentinə təşəkkürünü bildirib  

17:19
15 May

Aprelin 19-da keçirilmiş imtahanların nəticələri açıqlanıb: bir nəfər 300 bal toplayıb

17:18
15 May

Slovakiya Milli Şurası sədrinin başçılıq etdiyi nümayəndə heyəti Xankəndidə quruculuq işləri ilə tanış olub  

17:17
15 May

Almaniya Kansleri və ABŞ Prezidenti Hörmüz boğazının açılmasını müzakirə ediblər

17:16
15 May

İntensiv yağış yağacaq, dolu düşəcək, çaylarda sululuq artacaq – XƏBƏRDARLIQ

17:15
15 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!