24 Yanvar 2025 18:41
683
Mədəniyyət
A- A+
Nizami Kino Mərkəzində “Tağıyev” sənədli filminin təqdimatı olub

Nizami Kino Mərkəzində “Tağıyev” sənədli filminin təqdimatı olub


Yanvarın 24-də Nizami Kino Mərkəzində “Damla” aztəminatlı ailələrə qayğı İctimai Birliyi və Türkiyədə fəaliyyət göstərən “İnsan Haqları və Azadlıqları İnsani Yardım Fondu” (IHH) qeyri-hökumət təşkilatının birgə təşəbbüsü ilə ərsəyə gələn böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin həyat və fəaliyyətindən bəhs edən "Tağıyev" sənədli filminin təqdimat mərasimi olub.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni və Türkiyə Respublikasının İstiqlal Marşı səsləndirilib.

Tədbirdə çıxış edən “İnsan Haqları və Azadlıqları İnsani Yardım Fondu” (IHH) qeyri-hökumət təşkilatının nümayəndəsi Yavuz Dədə bildirib ki, Hacı Zeynalabdin Tağıyev dövrün çətinliklərinə baxmayaraq xalqına xidmət etməyi və gələcək nəsillərin inkişafına töhfə verməyi özünə həyat kredosu seçib.

O vurğulayıb ki, Hacı Zeynalabdin Tağıyevin təşəbbüsü ilə Azərbaycanda təhsil və maarifçilik sahəsində atılan addımlar həmin dövrün ictimai-siyasi mühitinə ciddi təsir göstərib. O, xalqın dərdini öz dərdi bilən və öz sərvətini xalqa sərf etməkdən çəkinməyən biri olub. Onun xeyriyyəçilik missiyası bu gün də Azərbaycan xalqının yaddaşında yaşayır və gələcək nəsillər üçün nümunədir.

Filmin prodüseri Yavuz Yıldırım bildirib ki, Azərbaycanda Tağıyevlə bağlı bir çox layihələr həyata keçirilib. Bu cür böyük şəxsiyyətlərin həyat hekayələri filmlərə, seriallara və digər layihələrə mövzu olmalıdır. Çünki onların gördüyü işlər və ideyaları cəmiyyət üçün daim əhəmiyyətlidir.

Daha sonra "Tağıyev" sənədli filminin nümayişi olub.

Hacı Zeynalabdin Tağıyevin həyat və fəaliyyətini əks etdirən film onun xeyriyyəçilik fəaliyyəti, təhsil və milli şüurun oyanmasındakı rolu, eləcə də sosial rifah sahəsindəki töhfələrini tamaşaçılara çatdırmağı hədəfləyir. Bu sənədli film yalnız bir şəxsiyyətin həyat hekayəsini təqdim etmir, eyni zamanda, onun gördüyü işlərin müasir dövrdə də nümunə ola biləcək mahiyyətini vurğulayır.

Hacı Zeynalabdin Tağıyev nəinki Azərbaycanın, bütün türk dünyasının mühüm şəxsiyyətlərindən biri olub, onun xeyriyyəçilik və humanitar yardım sahəsindəki fəaliyyəti millətlərimiz arasında dərin bir bağ yaradıb, həmrəylik və maarifçilik kimi dəyərlərin təşviqində mühüm rol oynayıb. Hacı Zeynalabdin Tağıyev yalnız Azərbaycanın iqtisadi və sosial inkişafına töhfə verməklə kifayətlənməmiş, eyni zamanda, təhsil, səhiyyə və sosial rifah sahələrindəki qabaqcıl fəaliyyəti ilə türk dünyasının ortaq dəyərlərini əks etdirən bir simvola çevrilib.

Hacı Zeynalabdin Tağıyev kimi görkəmli şəxslərin gördüyü işlərin geniş kütlələrə çatdırılması, onların göstərdiyi nümunələrin gələcək nəsillər üçün bir örnək olması baxımından son dərəcə vacibdir. Belə layihələr həm milli dəyərlərimizi tanıtmaq, həm də onları gələcək nəsillərə çatdırmaq baxımından da böyük əhəmiyyət daşıyır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında

01:08
13 Fevral

E.Ş.Bağırovun Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri təyin edilməsi haqqında

01:05
13 Fevral

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin ƏSASNAMƏSİ

01:04
13 Fevral

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin STRUKTURU

01:02
13 Fevral

Mərkəzi Seçki Komissiyasının 2025-ci il 10 fevral tarixli iclas protokolunun təsdiq edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

01:00
13 Fevral

2025-ci il yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 10 fevral 2025-ci il tarixli 45 saylı müraciətə baxılmasına dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

01:00
13 Fevral

2025-ci il yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 10 fevral 2025-ci il tarixli 44 saylı müraciətə baxılmasına dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:59
13 Fevral

2025-ci il yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 11 fevral 2025-ci il tarixli 47 saylı müraciətə baxılmasına dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:58
13 Fevral

2025-ci il yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 12 fevral 2025-ci il tarixli 48 saylı müraciətə baxılmasına dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:57
13 Fevral

2025-ci il yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 10 fevral 2025-ci il tarixli 46 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:56
13 Fevral

2025-ci il yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 12 fevral 2025-ci il tarixli 49 saylı müraciətə baxılmasına dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:56
13 Fevral

Vladimir Putinlə Suriyanın yeni lideri arasında telefon danışığı baş tutub  

23:06
12 Fevral

Zelenski Trampla telefon danışığının detallarını açıqladı  

23:05
12 Fevral

BMT Ukrayna münaqişəsinin həllində iştirak etməyə hazırdır

23:03
12 Fevral

Ukrayna və ABŞ prezidentləri arasında telefon danışığı olub  

23:02
12 Fevral

ABŞ və Rusiya prezidentləri şəxsən görüşmək barədə razılığa gəliblər  

23:00
12 Fevral

Putinlə Tramp arasında telefon danışığı olub

22:59
12 Fevral

Naxçıvan Muxtar Respublikasının büdcə xərclərinin 56,9 faizi yerli yığımlar hesabına təmin edilib  

22:57
12 Fevral

Psixologiya Elmi-Tədqiqat İnstitutunun növbəti məqaləsi “Technium Sosial Elmlər Jurnalı”nda dərc edilib  

22:55
12 Fevral

Prezident İlham Əliyevin Çin telekanalına müsahibəsi Gürcüstan mətbuatının diqqət mərkəzində olub  

20:52
12 Fevral

Milli Məclisin Elm və təhsil komitəsinin iclası keçirilib

20:50
12 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!