02 Noyabr 2026 13:42
304
CƏMİYYƏT
A- A+
 Lerik: şəhər mühiti və ekoloji gələcək

 Lerik: şəhər mühiti və ekoloji gələcək


Lerik Bələdiyyələrinin Əlaqələndirmə Şurası və rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Dünəndən sabaha Lerik: Şəhər mühiti və ekoloji gələcək” mövzusunda elmi-praktik və hesabat xarakterli tədbir keçirilib.

 Bələdiyyə üzvlərinin, ictimaiyyət nümayəndələrinin, mədəniyyət müəssisələrinin əməkdaşlarının və rayon gənclərinin iştirak etdikləri tədbir Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Açılış nitqində bildirilib ki, 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfər Azərbaycan xalqının milli birliyinin, dövlətimizin gücünün və ordumuzun qəhrəmanlığının təcəssümüdür. İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri şəhərsalma, memarlıq və dayanıqlı inkişaf baxımından yeni mərhələnin əsasını qoyur.

Sonra iştirakçılara Lerik şəhərinin təbii gözəlliklərini, tarixi-mədəni irsini və müasir simasını əks etdirən videoçarx göstərilib. Ardınca çıxış edən Şingədulan kənd bələdiyyəsinin sədri Elmir Əliyev rayonun abadlaşdırılması, yerli infrastrukturun inkişafı, ictimai məkanların vəziyyəti və şəhər mühitinin daha da yaxşılaşdırılması istiqamətində görülən işlərdən və qarşıda duran vəzifələrdən danışıb, şəhərin inkişafında yerli özünüidarəetmə orqanlarının, aidiyyəti qurumların və ictimaiyyətin birgə fəaliyyətinin əhəmiyyətini vurğulayıb.

Lerik rayon Heydər Əliyev Mərkəzinin direktor vəzifəsini müvəqqəti icra edən Bahar Mürsəliyeva isə çıxışında bildirib ki, şəhərlərin inkişafı yalnız infrastruktur və tikinti işləri ilə məhdudlaşmır, tarixi-mədəni irsin qorunması, ekoloji tarazlığın təmin edilməsi və ictimai məsuliyyətin artırılması  da bu prosesin mühüm tərkib hissəsidir: “Şəhərin tarixi simasının qorunması, yaşıllıq sahələrinə qayğı, tullantıların düzgün idarə olunması və ekoloji maarifləndirmə işlərinin genişləndirilməsi çox  vacibdir. Həmçinin gənclərin ekoloji təşəbbüslərə və şəhərin inkişafına yönəlmiş ictimai fəaliyyətlərə cəlb edilməsi  zamanın tələbidir”. 

 Çıxışında şəhərin sosial-iqtisadi inkişafı, memarlıq simasının qorunması, şəhərsalma prinsiplərinə əməl olunması və müasir yaşayış mühitinin formalaşdırılması məsələlərinə toxunan rayon icra hakimiyyətinin əməkdaşı Kənan Baxşıyev,  şəhərsalma prosesində ərazinin təbii-coğrafi xüsusiyyətlərinin, ekoloji amillərin və sakinlərin ehtiyaclarının nəzərə alınmasını,  küçə və ictimai məkanların abadlaşdırılması, yaşıllıq sahələrinin qorunması, mühəndis-kommunikasiya infrastrukturunun təkmilləşdirilməsi və şəhərsalma mədəniyyətinin yüksəldilməsinin dayanıqlı inkişaf baxımından əhəmiyyətini bildirib.

Azərbaycan Respublikasının Milli Məclisinin əməkdaşı Pərviz Ağaxanlı çıxışında Lerik rayonunun zəngin tarixi-arxeoloji irsindən, xüsusilə qədim insan məskənlərindən biri olan Buzeyir mağarasının əhəmiyyətindən bəhs edib. Mağaranın bölgənin qədim tarixinin, ilkin insan məskənlərinin və arxeoloji irsinin öyrənilməsi baxımından mühüm əhəmiyyət daşıdığını qeyd edərək burada aparılan işlər barədə məlumat verib.

Digər çıxışlarda şəhərin sanitar təmizliyinin və abadlığının davamlı təmin edilməsi, mövcud yaşıllıq sahələrinin qorunması və genişləndirilməsi, tullantıların idarə olunmasının təkmilləşdirilməsi, ictimai məkanların əlçatanlığının artırılması, tarixi abidələrin mühafizəsi və əhali arasında ekoloji mədəniyyətin formalaşdırılması əsas tövsiyə istiqamətləri kimi diqqətə çatdırılıb.


Zəfər ORUCOĞLU

Lerik


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

173 dərəcəyədək temperatura davam gətirən plastik hazırlanıb  

15:59
02 Noyabr

Xəyal qura bilməyənlərin yuxu sirri 

15:41
02 Noyabr

Yəməndə münaqişə səbəbindən 300 mindən çox insan evini tərk edib  

15:32
02 Noyabr

BMT Qərbi Səhra sülh missiyasının fəaliyyətinə son qoydu

15:27
02 Noyabr

İnsanın orta bədən temperaturu niyə düşür?  

15:16
02 Noyabr

Azərbaycanın sosial media məkanında lider dəyişikliyi:“Youtube” rəqibini geridə qoyub  

15:10
02 Noyabr

Noyabrda Səyyar ASAN xidmətin fəaliyyət göstərəcəyi ünvanlar açıqlanıb

15:07
02 Noyabr

Dəyişən əmək bazarı, yeni ixtisaslar

15:05
02 Noyabr

Kreml Rusiyanın Türk Dövlətləri Təşkilatında iştirakını məqsədəuyğun hesab edir  

14:59
02 Noyabr

Çin Afrikaya yüksək texnologiyalı silah tədarükünü genişləndirib  

14:59
02 Noyabr

“Meta” ev işlərini robotlara həvalə etmək istəyir  

14:58
02 Noyabr

ABŞ-də aralıq seçkiləri öncəsi rəy sorğuları nəyi göstərir?

14:53
02 Noyabr

İnsan qanında şəkərin norması açıqlanıb

14:50
02 Noyabr

Şanxay üç min internet peyki buraxmağa hazırlaşır

14:21
02 Noyabr

“İrəvan Qazılığının tarixi” kitabı təqdim olunub  

14:17
02 Noyabr

 Lerik: şəhər mühiti və ekoloji gələcək

13:42
02 Noyabr

Ötən ay ölkə ərazisində havanın temperaturu 25 gün normadan yuxarı olub  

13:24
02 Noyabr

Qaz və elektrik enerjisinin qiymətindəki artım “Azəristiliktəchizat”ın xərclərinə təsir göstərirmi?

13:12
02 Noyabr

Sabahın hava proqnozu açıqlanıb

13:07
02 Noyabr

Rəcəb Tayyib Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi və xalqımızı Azərbaycan səmasından təbrik etdi VİDEO  

13:04
02 Noyabr

Neftçalada gənclərlə bağlı maarifləndirici tədbir keçirilib  

13:02
02 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!