02 Noyabr 2026 15:10
218
CƏMİYYƏT
A- A+
Azərbaycanın sosial media məkanında lider dəyişikliyi:“Youtube” rəqibini geridə qoyub  

Azərbaycanın sosial media məkanında lider dəyişikliyi:“Youtube” rəqibini geridə qoyub  


2026-cı ilin oktyabrında “YouTube” bir ay əvvəl lider mövqeyində olan “Facebook”u əhəmiyyətli dərəcədə üstələyərək Azərbaycanın aparıcı sosial media platformasına çevrilib. Bu tendensiya sosial mediadan onlayn resurslara gələn trafikin strukturunda əhəmiyyətli dəyişikliyi əks etdirir.

AZƏRTAC “StatCounter Global Stats” analitik platformasının oktyabr hesabatına istinadla xəbər verir ki, məlumata görə, “YouTube” platformasının ölkədəki ümumi sosial media trafikində payı 40,07 faizə çatıb. Bu, sentyabr ayı ilə müqayisədə 18,48 faiz bəndi artım deməkdir.

Digər tərəfdən, “Facebook” bu göstərici üzrə ay ərzində 9,66 faiz bəndi azalaraq 27,42 faizlik payla ikinci yerə düşüb.

“X” platforması (əvvəllər “Twitter” adlanırdı) sosial trafikin 10,19 faizini təşkil edərək üçüncü yeri qoruyub saxlayıb. Onun payı 0,87 faiz bəndi azalıb.

“Instagram” 7,34 faizlik payla dördüncü yeri tutub. Ay ərzində onun payı 5,05 faiz bəndi azalıb.

“Pinterest” və “LinkedIn” müvafiq olaraq 6,32 və 5,49 faizlə sonrakı yerlərdə qərarlaşıb. “Pinterest”in payı 1,54 faiz bəndi azalsa da, “LinkedIn” 0,24 faiz bəndi ilə cüzi artım nümayiş etdirib.

“YouTube” platformasının göstəriciləri xüsusilə diqqətəlayiqdir. Sentyabr ayında “Facebook” ilə “YouTube” arasındakı fərq birincinin xeyrinə təxminən 15,5 faiz bəndi olsa da, oktyabr ayına qədər videohostinq platforması nəinki fərqi azaldıb, həm də rəqibini 12,65 faiz bəndi geridə qoyub.

Beləliklə, cəmi bir ay ərzində “YouTube” Azərbaycanın aparıcı sosial platformaları arasında güc balansını dəyişdirib. Bu arada, “Instagram” və “Facebook”un göstəricilərinin azalması sosial trafikin strukturunda əhəmiyyətli dalğalanmaları göstərir. Lakin bu məlumatlar onların istifadəçilərinin sayının birbaşa azaldığı, “YouTube” auditoriyasının isə mütənasib olaraq artdığı anlamına gəlmir. “StatCounter” qeydiyyatdan keçmiş və ya aktiv istifadəçilərin sayını deyil, müxtəlif sosial platformalardan veb-saytlara girişlərin payını ölçür.

Platformanın metodologiyasına əsasən, statistika dünya miqyasında 1 milyondan çox veb-saytın səhifə baxışlarının təhlili əsasında tərtib edilir. Bu statistikaya sosial şəbəkələrdən həmin resurslara girişlər daxildir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

173 dərəcəyədək temperatura davam gətirən plastik hazırlanıb  

15:59
02 Noyabr

Xəyal qura bilməyənlərin yuxu sirri 

15:41
02 Noyabr

Yəməndə münaqişə səbəbindən 300 mindən çox insan evini tərk edib  

15:32
02 Noyabr

BMT Qərbi Səhra sülh missiyasının fəaliyyətinə son qoydu

15:27
02 Noyabr

İnsanın orta bədən temperaturu niyə düşür?  

15:16
02 Noyabr

Azərbaycanın sosial media məkanında lider dəyişikliyi:“Youtube” rəqibini geridə qoyub  

15:10
02 Noyabr

Noyabrda Səyyar ASAN xidmətin fəaliyyət göstərəcəyi ünvanlar açıqlanıb

15:07
02 Noyabr

Dəyişən əmək bazarı, yeni ixtisaslar

15:05
02 Noyabr

Kreml Rusiyanın Türk Dövlətləri Təşkilatında iştirakını məqsədəuyğun hesab edir  

14:59
02 Noyabr

Çin Afrikaya yüksək texnologiyalı silah tədarükünü genişləndirib  

14:59
02 Noyabr

“Meta” ev işlərini robotlara həvalə etmək istəyir  

14:58
02 Noyabr

ABŞ-də aralıq seçkiləri öncəsi rəy sorğuları nəyi göstərir?

14:53
02 Noyabr

İnsan qanında şəkərin norması açıqlanıb

14:50
02 Noyabr

Şanxay üç min internet peyki buraxmağa hazırlaşır

14:21
02 Noyabr

“İrəvan Qazılığının tarixi” kitabı təqdim olunub  

14:17
02 Noyabr

 Lerik: şəhər mühiti və ekoloji gələcək

13:42
02 Noyabr

Ötən ay ölkə ərazisində havanın temperaturu 25 gün normadan yuxarı olub  

13:24
02 Noyabr

Qaz və elektrik enerjisinin qiymətindəki artım “Azəristiliktəchizat”ın xərclərinə təsir göstərirmi?

13:12
02 Noyabr

Sabahın hava proqnozu açıqlanıb

13:07
02 Noyabr

Rəcəb Tayyib Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi və xalqımızı Azərbaycan səmasından təbrik etdi VİDEO  

13:04
02 Noyabr

Neftçalada gənclərlə bağlı maarifləndirici tədbir keçirilib  

13:02
02 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!