25 Noyabr 2022 02:37
2031
Elm və texnika
A- A+
Narın bütün növlərinin yetişdirildiyi ölkə

Narın bütün növlərinin yetişdirildiyi ölkə

 

İşıqsevən bitki Azərbaycanda təbii halda Alazan-Əyriçay vadisində, Kür-Araz, Lənkəran-Astara ovalığında, Abşeron yarmadasında bitir. 
Ümumiyyətlə, nar tarixən Azərbaycanın demək olar ki, bütün regionlarında yetişdirilib. Lakin quru subtropik zonada yerləşən Şirvan ən yaxşı nar sortlarının yetişdirilməsi məkanı kimi qəbul edilib. Ölkəmizdə nardan və onun meyvələrinin qabığından istifadə olunur. Əsasən yarı-quru mülayim və subtropik iqlimdə yetişdirilsə də, sərt qış və isti yay fəsillərini yaşayan bölgələrdə də çox asanlıqla uyğunlaşa bilir. Buna görə də Azərbaycan "şah meyvə"nin bütün növlərinin yetişdirildiyi yeganə ölkə sayılır.
Hazırda Cənubi Qafqazda nar ağacı geniş becərilir. Azərbaycanın bir sıra rayonlarında - Ağsu, Göyçay, Ağdaş, İsmayıllı, Lənkəran, Masallı, Şəmkir və digər rayonlarda nar bağları salınıb. Bundan əlavə, həmin rayonların meşələrində, dağ yamaclarında cır nara da rast gəlinir.
Son 25-30 ildə Muğan zonasında - Şirvan, Sabirabad, Saatlı, Salyan, Neftçala, Cəlilabad, Kürdəmir və Beyləqan rayonlarında narın müxtəlif sortları becərilir və bağ sahələri ildən-ilə genişləndirilir.
Azərbaycanda nar deyəndə ağlımıza gələn ilk rayon təbii ki, Göyçaydır. Bu səbəbdəndir ki, nar bayramları da orada keçirilir. Məhz Göyçay narı dünyada tanınaraq, "əsl Azərbaycan narı" kimi qiymətləndirilir. Həmçinin şirə istehsalı üçün də əsasən Göyçay narından istifadə olunur. 
 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

R.M.Fətəliyevin "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi haqqında

00:21
09 İyun

Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi haqqında Əsasnamənin təsdiq edilməsi haqqında" 2015-ci il 23 iyul tarixli 571 nömrəli, "Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında" 2018-ci il 19 dekabr tarixli 413 nömrəli, "Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında" 2019-cu il 27 iyun tarixli 759 nömrəli və "Elektron kənd təsərrüfatı" informasiya sistemi haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə" 2019-cu il 23 dekabr tarixli 897 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə

00:20
09 İyun

Azercell abunəçilərinin nəzərinə

00:19
09 İyun

Azərbaycan ilə Suriya arasında ilk konsulluq məsləhətləşmələri aparılıb

23:36
08 İyun

Azərbaycan-Gürcüstan strateji tərəfdaşlıq münasibətlərinin cari vəziyyəti barədə fikir mübadiləsi aparılıb  

23:24
08 İyun

"AzInTelecom” Milli Kibertəhlükəsizlik Forumunda rəqəmsal həllərini təqdim edib

20:29
08 İyun

Aİ İtaliyanın 23 milyard avroluq “yaşıl enerji” dəstəyi proqramını təsdiqləyib

20:23
08 İyun

“Startap” şəhadətnaməsi alan KOB subyektlərinin sayı 282-yə çatıb

20:17
08 İyun

Anomal istilər səyahət vərdişlərini necə dəyişir?

20:08
08 İyun

Uşaqlıqdakı yuxu problemləri yeniyetməlikdə depressiya riskini ikiqat artırır

19:57
08 İyun

Qarabağ və Şərqi Zəngəzurda məşğulluq imkanları ilə bağlı səyyar görüşlər keçirilib  

19:53
08 İyun

Azərbaycanla Çin arasında ticarət dövriyyəsi 1,5 milyard dolları ötüb

19:49
08 İyun

Okeanların istiləşməsi rekord həddə çatdı

19:38
08 İyun

Serbiyanın idman naziri Azərbaycana gəlib

19:31
08 İyun

Filippində güclü zəlzələ baş verib

19:26
08 İyun

Türk ekspert: Azərbaycan-Türkiyə-Gürcüstan əməkdaşlığı Qafqazın gələcək inkişaf modelini müəyyənləşdirir 

19:24
08 İyun

Laboratoriyada yaradılan süni göz modeli korluğun müalicəsində yeni səhifə açır

19:09
08 İyun

Azərbaycan ilə Vyetnam arasında məhkəmə və prokurorluq sahələrində əlaqələr genişləndirilir  

18:59
08 İyun

Türkiyə XİN: Azərbaycan ilə Ermənistan arasında yekun sülh sazişinin imzalanacağını ümid edirik  

18:47
08 İyun

Milli Məclisdə ictimai dinləmə: Sosial şəbəkələrlə bağlı yeni qanun layihəsi müzakirə olunub  

18:43
08 İyun

Yeni qanun layihəsi uşaqların rəqəmsal təhlükəsizliyinin təmin olunmasına xidmət edir 

18:34
08 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!