06 Fevral 2026 10:37
362
PARLAMENT
A- A+
Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb  

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb  


Milli Məclisin növbəti plenar iclası fevralın 10-da keçiriləcək.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, iclasın gündəliyinə aşağıdakı 12 məsələ daxil edilib:

1. “İnformasiya və kommunikasiya texnologiyaları sistemlərindən istifadə etməklə törədilən müəyyən cinayətlərlə mübarizədə və ağır cinayətlərə aid olan sübutların elektron formada mübadiləsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi – Birləşmiş Millətlər Təşkilatının Kibercinayətkarlığa qarşı Konvensiyası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi;

2. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi;

3. “Patent haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş);

4. “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş);

5. Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş);

6. Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Banklar haqqında” və “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş);

7. “Əhalinin sağlamlığının qorunması haqqında” və “Onkoloji yardım haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş);

8. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş);

9. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş);

10. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Ailə Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində, “Gənclər siyasəti haqqında”, “Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Sosial xidmət haqqında”, “Reklam haqqında”, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında”, “Uşaqların zərərli informasiyadan qorunması haqqında” və “Media haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş);

11. “Kinematoqrafiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş);

12. “Yol hərəkəti haqqında” və “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Amerikalı ekspert: Vensin səfəri ABŞ-Azərbaycan münasibətlərinin gələcəyi üçün çox vacibdir 

11:42
11 Fevral

Bakı–Şamaxı–Yevlax yolunda buzlaşmaya görə sürücülərə xəbərdarlıq edilib 

11:25
11 Fevral

Dünya reytinqi: “Qarabağ” 9, “Sabah” 13 pillə irəliləyib

10:58
11 Fevral

Yağıntılı hava şəraiti müşahidə olunur - FAKTİKİ HAVA  

10:37
11 Fevral

Amerika Birləşmiş Ştatlarının Vitse-prezidenti Cey. Di. Vens Şəhidlər xiyabanını ziyarət edib

10:14
11 Fevral

Rohinca müsəlmanlarının soyqırımı ilə bağlı BƏM-ə təkzibolunmaz dəlillər təqdim edilib

09:20
11 Fevral

Paytaxtın İslam Səfərli küçəsində abadlıq-quruculuq işləri davam etdirilir

09:15
11 Fevral

Zəhmətkeş alim, qayğıkeş müəllim, dəyərli ziyalı

09:10
11 Fevral

Baharın ayaq səsi

09:05
11 Fevral

Türkiyə hökumətinin tərkibində dəyişiklik edilib

09:02
11 Fevral

Burada tariximiz yaşayır

09:00
11 Fevral

Qarlı hava şəraitində Qusarda sahələrin monitorinqi davam edir

08:55
11 Fevral

Lənkəranda və Lerikdə "Heydər Əliyev ideyaları ilə başlayan 30 illik inkişaf yolu" adlı forum keçirilib

08:50
11 Fevral

Onlar dövlətin qüruru, dövlət onların dayağıdır

08:45
11 Fevral

Dirçələn torpaq, güclənən iqtisadiyyat

08:40
11 Fevral

Sosial-iqtisadi inkişafın monitorinqinin nəticələri açıqlanıb

08:35
11 Fevral

1,1 milyon təqaüdçünün pensiyası artırıldı

08:30
11 Fevral

Qarşılıqlı etimad, dərinləşən əməkdaşlıq

08:25
11 Fevral

Sülh, həmrəylik və tolerantlıq

08:20
11 Fevral

Azərbaycan və ABŞ arasında yeni strateji mərhələnin başlanğıcı

08:15
11 Fevral

TRIPP artıq reallıqdır

08:10
11 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!