15 Aprel 2026 15:16
1406
PARLAMENT
A- A+
Parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsində görüş

Parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsində görüş


Aprelin 15-də Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvləri Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Qadınlar Şurasının ilk iclasında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Türkiyə Böyük Millət Məclisinin Qadın və kişi bərabərliyi komissiyasının sədri Çiğdem Erdoğanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüblər.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, görüşdə Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova Çiğdem Erdoğanı Azərbaycan parlamentində görməkdən məmnunluğunu ifadə edib. O, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Qadınlar Şurasının toplantısında müzakirə olunan məsələlərin əhəmiyyətindən, onların həlli istiqamətində ikitərəfli və təşkilat çərçivəsində, eyni zamanda, türk dövlətləri arasında əməkdaşlığın önəmindən danışıb. Tədbirin gender bərabərliyinin təmin edilməsi, qadınların ictimai-siyasi həyatda fəal iştirakı, habelə sahibkar qadınların dəstəklənməsi və hüquqlarının qorunması baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. 

Komitə sədri hər iki ölkədə müxtəlif sahələrdə çalışan qadınlar arasında daha sıx təmaslarının qurulması, öz təcrübələrini bölüşməsi üçün geniş imkanların olduğunu bildirib. 

Hicran Hüseynova Azərbaycanla Türkiyə arasında dostluq, qardaşlıq münasibətlərinin daim möhkəmləndiyini söyləyib. Dövlətlərimizin və xalqlarımızın həmişə bir-birinin yanında olduğunu deyib. Dövlətlərimiz arasında əlaqələrin güclənməsində parlamentlərin önəmli rolundan danışıb. Qanunvericilik orqanlarında fəaliyyət göstərən ayrı-ayrı komitələr arasında əməkdaşlığın inkişafının önəmini qeyd edib. 

Türkiyə Böyük Millət Məclisinin Qadın və Kişi Bərabərliyi komissiyasının sədri Çiğdem Erdoğan səmimi görüşə və qonaqpərvərliyə görə təşəkkürünü bildirib. Rəhbərlik etdiyi komissiyanın fəaliyyəti barədə söhbət açıb. O, Azərbaycanın sədrliyi ilə keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Qadınlar Şurasının tədbirini yüksək qiymətləndirib, faydalı müzakirələrin aparıldığını vurğulayıb. Ölkələrimizin bu kimi beynəlxalq tədbirlərə evsahibliyinin özümüzü daha geniş tanıtmaq, əlaqələrimizi genişləndirmək, əməkdaşlığın yeni istiqamətlərini müəyyənləşdirmək  baxımından  önəmli  olduğunu söyləyib.

Azərbaycan Milli Məclisinin Ailə, qadın və uşaq məsələləri komitəsi ilə Türkiyə Böyük Millət Məclisinin Qadın və Kişi Bərabərliyi komissiyası arasında əməkdaşlıq Protokolunun imzalandığını xatırlayan Çiğdem Erdoğan bu əlaqələrin daha da gücləndirilməsi üçün səylərin artırılmasının, o cümlədən qarşılıqlı səfərlərin, görüşlərin keçirilməsinin vacibliyini ifadə edib.

Çiğdem Erdoğan habelə ölkəsinin qadınların inkişafı və imkanlarının genişlənməsi istiqamətində gördüyü işlərdən bəhs edərək, bir müddət əvvəl rəhbərlik etdiyi komissiyanın təşkilatçılığı ilə Nyu-Yorkda Türkevi binasında “Könül birliyindən güc birliyinə: Türk dünyası arasında sahibkarlıq ekosistemi” mövzusunda Türkiyə, Azərbaycan və Şimali Kipr qadın sahibkarlarının da iştirakı ilə tədbirin baş tutduğunu diqqətə çatdırıb. O, gələcəkdə belə toplantılara digər türk dövlətlərinin qatılmasının əhəmiyyətindən danışıb.

Söhbət zamanı Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva, komitə üzvü Müşfiq Məmmədli, Türkiyə nümayəndə heyətinin üzvü Songül Uzun çıxış edərək Türkiyə və Azərbaycan arasında qardaşlıq münasibətlərinin daha da dərinləşdiyini, parlamentlər arasında əməkdaşlığın genişləndirildiyini söyləyiblər. Qadınlarımız arasında əlaqələrin möhkəmləndirilməsi, qadınların inkişafı və iqtisadi fəallığının artırılmasının vacibliyi barədə fikirlərini bölüşüblər.

Görüşdə Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvləri Günay Ağamalı, Ülviyyə Ağayeva, Tamam Cəfərova, Sevinc Hüseynova, Mehriban Vəliyeva, İlham Məmmədov, Türkiyənin Azərbaycandakı Səfirliyinin müşaviri Seyla Sağlık Yavuzer, TBMM nümayəndəsi Yasemin Elibol və digər rəsmi şəxslər iştirak ediblər.

"Azərbaycan"


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dünya çempionatı: Almaniya Ekvador millisinə məğlub olub

06:49
26 İyun

Dünya çempionatı: Kot-d'İvuar qələbə qazanıb

06:47
26 İyun

NATO-da Azərbaycan Silahlı Qüvvələr Günü qeyd edilib

06:44
26 İyun

Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb VİDEO

06:30
26 İyun

Venesuelada zəlzələ nəticəsində ölənlərin sayı 188 nəfərə çatıb

06:29
26 İyun

Birinci vitse-prezident Mehriban Əliyeva Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib

06:27
26 İyun

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının və mülki işçilərinin təltif edilməsi haqqında

03:38
26 İyun

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının təltif edilməsi haqqında

03:36
26 İyun

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularına "general-mayor" ali hərbi rütbəsinin verilməsi haqqında

03:36
26 İyun

H.R.Quliyevin Azərbaycan Respublikasının Özbəkistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında

03:35
26 İyun

"Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" və "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

03:35
26 İyun

"Gəmilərdə zərərli çirklənmə əleyhinə sistemlərə nəzarət haqqında beynəlxalq Konvensiya"ya qoşulmaq barədə

03:35
26 İyun

"Yaşadıqları dövlətdən kənarda olarkən işçilərlə istehsalatda baş vermiş bədbəxt hadisələrin təhqiqatı qaydası haqqında" 1994-cü il 9 dekabr tarixli Sazişə dəyişikliklərin edilməsi haqqında Protokol"un təsdiq edilməsi barədə

03:34
26 İyun

"Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" və "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə"Azərbaycan Respublikasının 2026-cı il 26 may tarixli 414-VIIQD nömrəli Qanununun tətbiqi və "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi və "Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti haqqında Əsasnamə"nin təsdiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 fevral tarixli 593 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

03:34
26 İyun

Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 26 yanvar tarixli 590 nömrəliFərmanı ilə təsdiq edilmiş "Rəqəmsal dövlət maliyyəsi" informasiya sistemihaqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə

03:34
26 İyun

"Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi" publik hüquqi şəxsin Nizamnaməsinin təsdiq edilməsi haqqında 

03:33
26 İyun

Maliyyə icarəsi haqqında

03:32
26 İyun

"Maliyyə icarəsi haqqında" Azərbaycan Respublikasının 2026-cı il 26 may tarixli 412-VIIQ nömrəli Qanununun tətbiqi barədə

03:30
26 İyun

Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının Rəqabət Məcəlləsində, "Müflisləşmə və iflas haqqında", "Taxıl haqqında", "Beynəlxalq xüsusi hüquq haqqında", "Tütün və tütün məmulatı haqqında", "Dövlət rüsumu haqqında", "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında", "Banklar haqqında","Daşınmaz əmlakın dövlət reyestri haqqında", "Çayçılıq haqqında", "Ailə kəndli təsərrüfatı haqqında", "Atçılıq haqqında", "Bank olmayan kredit təşkilatları haqqında", "Pambıqçılıq haqqında", "İcbari sığortalar haqqında", "Lisenziyalar və icazələr haqqında", "Kənd təsərrüfatı kooperasiyası haqqında", "Elm haqqında", "Kredit büroları haqqında", "Nağdsız hesablaşmalar haqqında", "Daşınar əmlakın yüklülüyü haqqında", "Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında" və "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında"Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

03:29
26 İyun

"Azərbaycan Respublikasının Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 386 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

03:28
26 İyun

"İntellektual gömrük"informasiya sisteminin yaradılması və bununla əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında

03:28
26 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!