18 Aprel 2026 09:07
2466
Hüquq məsləhəti
A- A+
Bilmək istəyirəm

Bilmək istəyirəm


- Qonşu mənzildə baş vermiş qısaqapanma nəticəsində yaranan yanğın bacımın yaşadığı evə də keçmiş, ev əşyaları ilə birlikdə tamamilə yanaraq yararsız hala düşmüşdür. Daha sonra ailə müvəqqəti olaraq kirayə mənzilə köçmüş, lakin intensiv yağıntılar nəticəsində həmin ev də su altında qalmışdır. Hazırda ailə olduqca çətin və çıxılmaz vəziyyətlə üz-üzədir. Belə hallarda dövlət tərəfindən hansı növ maddi və sosial dəstək tədbirləri nəzərdə tutulur?


Z.FƏRƏCOVA,

Bakı şəhəri, Sabunçu rayonu


- Sualınıza cavab olaraq bildiririk ki, baş vermiş hadisələr həqiqətən çox ağırdır və ailənin ard-arda belə sınaqlarla üzləşməsi böyük çətinlik yaradır. Bu vəziyyətdə hüquqi müstəvidə atılmalı olan addımlar və nəzərdə tutulan dəstək mexanizmləri barədə ətraflı məlumatı diqqətinizə təqdim edirik. 

Birincisi, birdəfəlik maddi yardımdır. Bununla bağlı fövqəladə hallar və ya bədbəxt hadisələr nəticəsində əmlakına ziyan dəymiş, yaşayış sahəsini itirmiş şəxslər ilk növbədə rayon (şəhər) icra hakimiyyətinə müraciət edə bilərlər. Müraciətə hadisə və vəziyyətlə bağlı müvafiq sübutların (sənədlərin) əlavə olunması zəruridir. Nəzərə alınmalıdır ki, rayon (şəhər) icra hakimiyyətinin daxili ehtiyat fondlarından çətin vəziyyətə düşmüş ailələrə birdəfəlik maddi yardımın ayrılması mümkündür.

Həmçinin, birdəfəlik maddi yardımla bağlı ərazi üzrə müvafiq bələdiyyəyə də müraciət oluna bilər. 

İkincisi, sosial müdafiə tədbiri kimi sosial yardımdır. Belə ki, "Ünvanlı dövlət sosial yardımı haqqında" qanunun 3-cü maddəsinə görə, sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə, əlilliyi olan uşağa və ya 8 yaşına çatmamış uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması, müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi, fiziki şəxs olan işəgötürənin fəaliyyətinə xitam verilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər.

Sosial yardım aztəminatlı ailələrə müvafiq icra hakimiyyəti orqanı (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi) tərəfindən təyin olunur. Sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi qaydaları "İnzibati icraat haqqında" Azərbaycan Respublikasının Qanununa və "Ünvanlı dövlət sosial yardımı haqqında" qanuna əsasən müvafiq icra hakimiyyəti orqanı  (Azərbaycan Respublikasının Nazirlər Kabineti) tərəfindən müəyyən edilir.

Bundan başqa, yaranmış vəziyyətlə bağlı sığorta faktı da yaddan çıxmamalıdır. Nəzərə almaq lazımdır ki, bu halda ziyan görmüş ev və ya mənzil icbari sığorta olunmalıdır. 

İcbari sığorta növlərində əmlaka dəyən zərər həmin əmlakın zədələnməsi, məhv olması və ya hər hansı digər formada itkisi ilə bağlı onun əmlak mənafelərinə dəyən zərərlərdir. Zərər dəymiş əmlakın təmiri və ya bərpası texniki və digər səbəblərdən mümkün olmadıqda, yaxud səmərəsiz olduqda, o, məhv olmuş hesab edilir.

"İcbari sığortalar haqqında" qanunun 15.3-cü maddəsinə görə, əmlaka dəyən zərərin məbləği aşağıdakılardan ibarətdir:

1. Zərər dəymiş əmlakın təmiri və ya bərpası üçün birbaşa çəkilən xərclər, yaxud həmin əmlak məhv olmuş hesab edildikdə, onun sığorta hadisəsinin baş verməsindən bilavasitə əvvəlki dəyəri;

2. Zərəri azaltmaq məqsədi ilə binaların, qurğuların, avadanlığın sökülməsi və başqa yerə köçürülməsi ilə bağlı xərclər;

3. Zərər dəymiş əmlakın daşınması, habelə onun qalıqlarının yığılması və daşınması ilə bağlı xərclər;

4. Sığorta hadisəsi zamanı zərəri azaltmaq məqsədi ilə görülən tədbirlər nəticəsində əmələ gələn digər zərərlər.

Sığorta hadisəsi baş verdiyi təqdirdə sığorta şirkəti dəymiş ziyanı qiymətləndirməli və ödəniş etməlidir.

Bütün bunlarla yanaşı, ailənin yaşadığı ev tamamilə yararsız hala düşdüyü üçün ailə müvəqqəti yaşayış sahəsi ilə təmin olunma barədə ərazi üzrə icra hakimiyyətinə müraciət edə bilər. 


Sualları cavablandırdı:

Paşa SƏFƏROV,

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Rumıniya Rusiya diplomatını ölkədən çıxarır

19:41
27 İyul

Tramp İranla danışıqlara daha bir şans vermək üçün hücumları dayandırmaq qərarına gəldiyini açıqlayıb

19:39
27 İyul

Qəbələ və Salyanda torpaqların konsolidasiyası üzrə pilot layihələr icra olunacaq

19:08
27 İyul

Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi dövlət ittihamını müdafiə edən prokurorların çıxışları ilə davam etdirilib

18:34
27 İyul

Bakıda güləş üzrə U-17 dünya çempionatının açılış mərasimi keçirilib

18:23
27 İyul

Mikayıl Cabbarov: U-17 dünya çempionatı Azərbaycana etimadın göstəricisidir

18:13
27 İyul

UWW prezidenti: Güləşçilərə arzum budur ki, Azərbaycanın od-alovundan ilham alsınlar

18:08
27 İyul

Çingiz Hüseynzadə: Dünya çempionatı Azərbaycanın idman təşkilatçılığı baxımından yüksək səviyyədə olduğunu bir daha təsdiq edəcək

17:58
27 İyul

Fərid Qayıbov: İnanıram ki, dünya çempionatı Azərbaycan güləşçiləri üçün uğurlu olacaq

17:43
27 İyul

Sumqayıt Sənaye Parkında indiyədək 42 sahibkarlıq subyektinə rezident statusu verilib

17:10
27 İyul

“Moody’s” SOCAR-ın kredit reytinqini yenidən təsdiqləyib

16:41
27 İyul

Medianın İnkişafı Agentliyi Bəyanat yayıb

16:39
27 İyul

Bu il SOCAR xarici bazarlara 3,3 milyon tondan çox neft ixrac edib

16:35
27 İyul

Bu ilin ikinci rübündə Azərbaycanda qaz hasilatı artıb

16:17
27 İyul

Ukrayna kəşfiyyatı Rusiya FTX-nin təxribatının qarşısını aldığını açıqlayıb

16:07
27 İyul

Sabah dənizdə dalğanın artacağı gözlənilir, əhaliyə çimərliklərdə ehtiyatlı olmaq tövsiyə edilir

15:59
27 İyul

Oğuz rayonunda keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

15:53
27 İyul

Suriya lideri ölkəsinin xarici siyasət prioritetlərini açıqlayıb

15:47
27 İyul

Azərbaycanda taxıl sahələrindən 3 milyon tondan çox məhsul yığılıb

15:01
27 İyul

Bakı ICESCO-nun mühüm tədbirinə ev sahibliyi edir

14:57
27 İyul

Xəzər Boru Kəməri Konsorsiumu neftin qəbulunu bərpa edib

14:48
27 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!