08 Aprel 2026 08:00
185
SİYASƏT
A- A+
Yeni istiqamət, yeni hədəflər

Yeni istiqamət, yeni hədəflər


Müstəqil yaşamaq, müstəqil dövləti olmaq hər bir xalqın ən müqəddəs arzusudur.

Müstəqilliyin yolu isə çox çətin və keşməkeşlidir.

Hər xalq bu mübarizədən qalib çıxa bilmir.

Müstəqilliyə nail olduqdan sonra da bir çox sınaqla üzləşməli olursan.

Ulu Öndər Heydər Əliyevin təbirincə desək, dövlət müstəqilliyini yaşatmaq onu qazanmaqdan qat-qat çətindir!

Xoşbəxtlikdən Azərbaycan xalqı bütün bunların öhdəsindən şərəflə gələ bildi!

Qarşıda duran əngəl və maneələr, Azərbaycan xalqının müstəqil dövlət kimi yaşamasını istəməyənlər də kifayət qədər idi.

Əvvəlcə müstəqilliyimiz üçün buxova çevrilən "Qarabağ problemi" yenidən dirçəldilərək separatizm hərəkatına rəvac verildi.

Sonra Ermənistanın dostları və havadarları ona hərbi və maliyyə dəstəyi göstərərək, ərazilərimizin işğalına şərait yaratdılar.

Belə bir gərgin və mürəkkəb vəziyyətdə xalqın əsl rəhbərindən ayrı düşməsi, ölkəyə maymaq, qorxaq, təcrübəsiz və səriştəsizlərin rəhbərlik etməsi az qala fəlakətlə nəticələnəcəkdi.

Son məqamda Azərbaycan xalqı özünün ən doğru və müdrik qərarını qəbul edərək Ulu Öndər Heydər Əliyevi yenidən ölkəyə rəhbərliyə çağırdı.

Xalqın dəvətinə biganə qalmayan Heydər Əliyev geri dönərək mümkün görünməyənləri belə reallıqlara çevirdi:

* Vətəndaş müharibəsinin alovlarını söndürdü;

* İki dəfə - 1994-cü ilin oktyabr və 1995-ci ilin martında dövlət çevrilişi cəhdlərinin qarşısını aldı;

* Qanunsuz silahlı dəstələr ləğv edilərək əhalidəki külli miqdarda silah-sursat toplanıldı;

* Azərbaycanın bir dövlət kimi məhv edilərək, əvvəllərdə olduğu kimi, kiçik hissələrə bölünməsinin qarşısı alındı;

* Ölkədə möhkəm və dönməz sabitlik yaradıldı;

* Azərbaycanın müstəqilliyi əbədiliyə çevrildi.

Qarşıda yeni vəzifələr və həllini gözləyən çoxsaylı problemlər də mövcud idi.

* Ölkənin yeni Konstitusiyası qəbul edildi;

* İki dövlət proqramı qəbul edilərək özəlləşdirmə həyata keçirildi, bazar iqtisadiyyatına keçid təmin olundu;

* Müstəqil daxili və xarici siyasət xətti hazırlanaraq həyata keçirilməsinə başlanıldı;

* "Əsrin müqaviləsi" imzalanaraq ölkə iqtisadiyyatının sürətli inkişafına şərait yaradıldı;

* Uzunmüddətli atəşkəsə nail olundu;

* Azərbaycan beynəlxalq qurum və təşkilatlara üzvlüyə qəbul edildi və s.

Ömür bundan artığına imkan vermədi.

Ulu Öndər Heydər Əliyev ən layiqli siyasi varisini yetişdirərək ölkənin gələcəyini möhkəm və ehtibarlı əllərə tapşırdı, Azərbaycan xalqına müqəddəs vəsiyyətini edərək əbədiyyətə qovuşdu.

***

Yeni dövlət başçısı seçilən cənab İlham Əliyev həm Ulu Öndər Heydər Əliyevin yarımçıq qoyduğu işləri başa çatdırmalı, həm də yeni hədəflər müəyyən edərək onların icrasına nail olmalı idi.

Belə də oldu!

Ölkə daxilində həllini gözləyən bir sıra təxirəsalınmaz məsələlər vardı:

* Regionların sosial-iqtisadi inkişafına dair 4 dövlət proqramı qəbul edilərək icra olundu;

* Elektrik enerjisi ilə təminatda mövcud olan fasilələr aradan qaldırıldı;

* 116 yaşayış kompleksi salınaraq məcburi köçkünlərin həyat şəraiti xeyli yaxşılaşdırıldı;

* Sahibkarlığın inkişafına münbit şərait yaradıldı;

* Yoxsulluq və işsizlik 40-50 faizdən 5-6 faizədək endirildi;

* Ölkə üzrə qazlaşdırma 95 faizi keçdi;

* Xalqın sosial-iqtisadi vəziyyətinin yüksəldilməsi üçün əsaslı tədbirlər müəyyənləşdirildi.

Beynəlxalq sahədə də bir sıra zəruri addımlar atıldı:

* Beynəlxalq qurum və təşkilatlarda iş gücləndirildi, hücum diplomatiyasına keçid təmin edildi;

* "Şərq-Qərb", "Şimal-Cənub" nəqliyyat dəhlizləri işə salındı;

* "Cənub qaz dəhlizi"nin işə salınması Azərbaycan qazının Avropa bazarlarına çıxarılmasında mühüm rol oynadı;

* Cənab İlham Əliyevin beynəlxalq qurumlara rəhbərliyi dövründə göstərdiyi təşəbbüslər və atdığı addımlar Azərbaycanın dostlarının və tərəfdaşlarının sayını xeyli artırdı;

* Azərbaycan dünyaya həm də idman dövləti kimi təqdim olundu.

İcra olunan çoxşaxəli və çoxcəhətli işlərlə yanaşı, başlıca hədəf işğal altındakı torpaqların azad edilməsi idi.

Azərbaycan Prezidenti İlham Əliyev bəyan etdiyi - "Azərbaycan bir qarış torpağını belə kimsəyə güzəştə getməyəcəkdir" və "Azərbaycan öz ərazisində ikinci erməni dövlətinin yaranmasına yol verməyəcəkdir" prinsipinə sonadək sadiq qaldı!

* Bunun üçün güclü iqtisadiyyat yaratdı;

* Yeni gənc nəsil yetişdirərək onların iştirakı ilə müasir ordu qurdu;

* Həmin ordunu ən yeni texnologiyalara əsaslanan silahlarla silahlandırdı;

* Ermənistanın yeni rəhbəri N.Paşinyan "Qarabağ Ermənistandır və nöqtə" söyləyəndə isə "Qarabağ Azərbaycandır və nida işarəsi" deyərək "dəmir yumruğ"unu işə saldı.

***

Azərbaycan heç zaman torpaqlarının işğalı ilə barışmayacaqdır! - bunu dəfələrlə həm Ulu Öndər Heydər Əliyev, həm də Prezident İlham Əliyev bütün dünyaya bəyan etmişdilər.

ATƏT-in sülh danışıqlarını şüurlu şəkildə uzatması, əslində, həmsədr dövlətlərin ermənipərəst mövqe tutaraq Azərbaycanı işğalla barışdıracaqlarını güman etmələri müharibəni labüdlüyə çevirirdi.

Güclü iqtisadiyyatı və möhtəşəm ordusu olan Azərbaycan dördgünlük Aprel döyüşləri sınağından sonra torpaqların yalnız hərbi yolla azad ediləcəyinə əmin olmuşdu.

Bunun üçün əlverişli məqamın yaranması gözlənilirdi.

Nəhayət, belə bir gün gəlib çatdı, Ali Baş Komandan İlham Əliyev "İrəli!" əmrini verdi!

Azərbaycan tarixinə Zəfər müharibəsi kimi düşən 44 günlük savaş Azərbaycan Ordusunun möhtəşəm qələbəsi ilə başa çatdı!

İldırım sürətilə davam edən hərbi əməliyyatlar nəticəsində düşmən ordusu məhv edilərək fərarilər dəstəsinə çevrildi, Ermənistan tərəfi yalvar-yaxar edərək kapitulyasiya aktı sayılan üçtərəfli Bəyanatı imzaladı.

Azərbaycan təkcə hərb meydanında deyil, diplomatiya sahəsində və informasiya müharibəsində də qalib gəldi!

Erməni yenə də erməniliyini göstərdi.

Havadarlarına və müdafiəçilərinə güvənərək üçtərəfli Bəyanatın bir neçə bəndini icra etməkdən yayınmağa çalışdı.

Daha iki dəfə - 2023-cü ilin aprelində və sentyabrında da "dəmir yumruq" yenidən işə düşdü.

Bir neçə saat davam edən hərbi əməliyyatlar nəticəsində düşmən ordusunun tör-töküntüləri və terrorçu dəstələri ağ bayraq qaldıraraq təslim oldular, Azərbaycan qanunları əsasında yaşamaq istəməyən erməni separatçıları könüllü şəkildə torpaqlarımızı tərk etdilər.

Ərazisində bir nəfər belə separatçı və əcnəbi əsgər qalmayan Azərbaycan tam və qəti qələbə qazanaraq ərazi bütövlüyünü, dövlət suverenliyini və Konstitusiya əsaslarını da bərpa etdi.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin şücaəti sayəsində ikiəsrlik Qarabağ münaqişəsinə birdəfəlik son qoyuldu, Azərbaycan qarşıya qoyduğu birnömrəli hədəfinə çatdı!

Əsas milli ideya uğurlu həllini tapdıqdan sonra yeni hədəflərin müəyyənləşməsi zərurətə çevrildi.

***

Azərbaycan dünyada yeganə ölkədir ki, öz gücü və imkanları hesabına müharibə apardı, hərbi yolla məqsədinə çatdı, qalib ölkə olsa belə şərtləri müəyyən edərək sülh təklifini özü irəli sürdü.

Ölkəmizin baş problemini uğurla həll etməsi, qloballaşan dünyada baş verən bir sıra proseslər balanslaşdırılmış və uzaqgörən siyasət yürüdülməsini zəruri edir.

Bu sahədə Azərbaycan Prezidenti İlham Əliyevin atdığı addımlar müdrik və səmərəli olmaqla yanaşı, dünya tərəfindən də bəyənilir və təqdir olunur.

Çünki bu siyasətin mayasında sülhpərvərlik və hamıya fayda gətirmək niyyəti durur.

Bəli, Azərbaycan güclü ordu quraraq istədiyinə nail oldu!

Bu gün isə onun məqsədi sülh və əməkdaşlıq yolu ilə dövləti daha da inkişaf etdirmək, yeni çağırışlara cavab verməkdir.

Bir sıra istiqamətlər üzrə fəaliyyət davam etdiriləcəkdir, bu təbii və normaldır!

Əsas məqsədə çatdıqdan sonra yeni hədəflərin müəyyənləşdirilməsi də anlaşılandır.

* İqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun daha da inkişafı;

* Cənubi Qafqazın sülh və əməkdaşlıq bölgəsinə çevrilməsi;

* Avropa İttifaqı ilə əməkdaşlığın davam etdirilməsi; 

* Təbii qaz ixracının ilbəil artırılması;

* İqlim dəyişmələrindən irəli gələn çətinliklərə hər an hazır olmaq;

* Yeni layihələrin reallaşdırılmasına nail olmaq - külək, günəş, su-elektrik stansiyalarının sayını artırmaq;

* "Yaşıl enerji" istehsalını və onun dünya bazarlarına çıxarılmasını diqqət mərkəzində saxlamaq;

* Orta dəhlizi işə salmaq və dünya dövlətlərinin onun vasitəsilə daha çox yük daşımasına nail olmaq;

* TDT ilə qarşılıqlı faydalı əlaqə və əməkdaşlığı daim inkişaf etdirmək;

* Beynəlxalq təşkilatlarda iştirakla bərabər, onlardan ölkənin maraqları naminə daha çox faydalanmaq;

* Azərbaycanın beynəlxalq nüfuzunu və siyasi çəkisini daim artırmaq.

Bütün bu və digər hədəflər, məqsəd və vəzifələr ölkənin maraqlarının təmininə xidmət edir.

Bəs bu sahədə qazanılan uğur və nailiyyətlər hansılardır?

Sualın cavabını yaxınlarda ABŞ-nin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoffun beynəlxalq forumda çıxışı zamanı Azərbaycan Prezidenti İlham Əliyev haqqında söylədiyi fikirlərdə tapmaq olar:

"Dünyada bir sıra güclü liderlər var. Mən İlham Əliyevi xüsusi qeyd etmək istəyirəm. O, ölkəsini dəyişdirən xüsusi liderdir... Belə liderlər dünya üçün vacibdir, çünki onlar sabitlik yaradır və əməkdaşlıq üçün imkanlar açır".

Diqqəti daha bir məqama çəkmək istəyirik.

Stiv Uitkoffun açıqlamasından belə bir qənaət də yaranır ki, Azərbaycan Prezidentinin son dövrdə apardığı siyasət və gördüyü işlər ölkəmizlə bərabər, dünya üçün də vacib və əhəmiyyətlidir.

***

Azərbaycan Prezidenti cənab İlham Əliyevin son dövr çıxış və açıqlamalarında görülən və görüləcək işlərlə bağlı maraqlı fikirlərə rast gəlirik:

"Planlarımıza gəldikdə, bəli, biz Avropanın enerji bazarında mövcudluğumuzu genişləndirmək niyyətindəyik. Artıq Avropanın daha iki ölkəsinə - Almaniyaya və Avstriyaya qaz tədarükünə başlamışıq. Beləliklə, hazırda Avropa İttifaqının 10 üzv dövləti Azərbaycandan qaz alır. Qarşıdakı illərdə Azərbaycanın yataqlarından yeni qaz hasilatı ilə əlaqədar olaraq hasilat həcmlərini artırmaq imkanımız mövcuddur. Lakin bunun üçün şübhəsiz ki, ötən dəfə də qeyd etdiyimiz kimi, mövcud qaz nəqli infrastrukturlarının genişləndirilməsi üzərində düşünməliyik. Çünki bu gün "Cənub qaz dəhlizi" artıq tam yüklənmiş vəziyyətdədir. Biz bazarda mövcud tələbatı və qlobal vəziyyəti nəzərə alaraq, artacaq tələbatı qarşılamaq məqsədilə əlavə genişləndirmə və interkonnektor imkanlarını araşdırırıq. Məqsədimiz ixracı maksimum səviyyəyə çatdırmaqdır".

"Biz 2032-ci ilə qədər alternativ enerji mənbələrindən 6-8 giqavat elektrik enerjisi əldə etməyi gözləyirik. Əlbəttə ki, bu, böyük aktivdir. Beləliklə, biz onu ixrac etməliyik. Hazırda elektrik enerjisi istehsalı üçün istifadə etdiyimiz təbii qazı əvəzləmək məqsədilə daxili tələbat üçün istifadə etməliyik. Kommunikasiya sektoru, süni intellekt, data mərkəzləri ilə bağlı planlarımız da daxil olmaqla artan iqtisadiyyat və sənaye üçün şəraiti təmin etməliyik".

"Biz hidroelektrik stansiyalarına sərmayə yatırırıq. Bu layihələr Ermənistanın işğalından azad edilmiş ərazilərdə icra olunur. Hələ ki, 307 meqavat gücündə hidroelektrik stansiyalar artıq sistemimizə qoşulub. Planlarımız bunu 2-3 ilə təqribən ikiqat artırmaqdır. Bu, bizə əlavə potensial və ucuz enerji verəcək".

"Biz enerji kabelləri - Azərbaycandan Avropaya Qara dənizin dibi ilə gedən enerji kabeli və Mərkəzi Asiyadan Azərbaycana gələn enerji kabeli üzərində birlikdə işləməliyik. Hər iki müqavilə imzalanıb və bir layihədə iqtisadi-texniki əsaslandırma tamamlanmaq üzrədir, digər layihədə isə bu iş davam edir".

"Beləliklə, hidroenerji, Günəş enerjisi, külək enerjisi, potensial olaraq termal enerji, - biz hazırda bu məsələni araşdırırıq, - qaz və bütün mümkün kombinasiyalar nəzərdən keçirilir və işin məhz belə aparılması zəruridir".

Söylənilənlərə diqqət yetirdikdə görürük ki, Azərbaycan müxtəlif hədəfləri üzvi şəkildə bir-biri ilə əlaqələndirməyi də ustalıqla bacarır.

* Ölkədə "Böyük qayıdış" proqramı sürətlə icra olunur;

* Otuz il ərzində ermənilərin xaraba qoyduqları ərazilərdə yeni tipli yaşayış məntəqələri salınır;

* Yurd həsrəti çəkən keçmiş məcburi köçkünlər sistemli şəkildə doğma yurd-yuvalarına qayıdaraq dövlətin onlar üçün tikib təmir etdiyi evlərdə və mənzillərdə məskunlaşır, xoşbəxt günlərinə başlayırlar.

Bu prosesin gedişində iqtisadi inkişafın yeni istiqamətləri də müəyyənləşir.

* Müasir infrastruktur qurulur, tarixi, mədəni, dini abidələr bərpa edilir, parklar, idman meydançaları, məktəblər, yeni mədəniyyət ocaqları inşa olunur.

* Bölgədə beynəlxalq turizmin inkişafına şərait yaradılır.

* Aqrar sahənin inkişafında mühüm əhəmiyyəti olan su anbarları yenidən qurulur.

* Yeni su-elektrik stansiyaları tikilir, bərpaolunan enerji istehsalına xüsusi diqqət yetirilir.

***

Azərbaycan sülh istəyir və sülh üçün çalışır!

Lakin bu o demək deyil ki, hərbi gücü və imkanları zəifdir!

Qətiyyən!

Ordumuz öz döyüş əzmini də, əsgər və zabitlərimiz hərbi məharətlərini də, yeni texnologiyaya əsaslanan ən müasir silahlarımız atəş dəqiqliklərini və dağıdıcı güclərini də 44 gündə ən yüksək səviyyədə nümayiş etdirdilər.

Lakin müharibə inkişafa deyil, iqtisadiyyatın dağılmasına səbəb olur.

* Müharibə problemləri həll etmir, mübahisəli məsələlər danışıqlar və razılaşmalar yolu ilə nizama salınır.

* Müharibə insanlara rahatlıq və xoşbəxtlik gətirmir, əksinə, itkilərə, qaçqınlar ordusunun yaranmasına, evsiz və işsiz qalanların sayının artmasına səbəb olur.

* Müharibə dünya üçün də faydalı deyil, o, böhranlar yaradır, qiymətlərin artması, inflyasiyanın yüksəlməsi, dövlətlərarası iqtisadi əlaqələrin pozulması, ləngiməsi ilə nəticələnir.

Azərbaycan müharibənin də, qarşılıqlı hörmətə və maraqlara əsaslanan əməkdaşlığın da nə olduğunu yaxşı bilir!

Azərbaycan Prezidenti cənab İlham Əliyev daim sülhə dəvət etsə də, ölkəmizin hərbə hazır olduğunu da bəyan edir:

"Bu gün Azərbaycan dövləti o qədər güclüdür ki, heç kimin ağlına bizə qarşı hər hansı bir təxribat törətmək gəlməsin. Artıq Azərbaycan 1992-ci ilin Azərbaycanı deyil. Bu gün dövlətimiz güclü dövlətdir, özünü müdafiə etməyə qadir olan dövlətdir. Son 80 il ərzində bizim qədər tam və mütləq qələbə qazanmış ikinci dövlət olmamışdır dünyada. Bu gün biz sülh içində yaşayırıq və bunun təminatçısı Azərbaycan dövlətidir, bizim siyasətimizdir".

"İtlə yoldaş ol, çomağını əldən qoyma" - məşhur atalar sözüdür.

Azərbaycan Prezidenti daim verdiyi vədə, imzaladığı sənədlərə sadiqlik nümayiş etdirib.

Kimsə sözündən qaçanda, yaxud imzaladığı sənədə əməl etmək istəməyəndə belələrini ciddi şəkildə cəzalandırmağı da yaxşı bacarır!

Üçtərəfli Bəyanatın bir neçə bəndinə əməl etmək istəməyən Ermənistanın buna vadar edilməsini 2023-cü ilin aprelində və 19-20 sentyabrında bütün dünya gördü!

Kimlərinsə Ermənistanla birgə hərbi təlimlər keçirməsinin, Avropa İttifaqının dalbadal maliyyə yardımı ayırmasının, hansısa dövlətin və ya beynəlxalq qurumun haylara dəstək sayılan sənədlər qəbul etməsinin heç bir əhəmiyyəti olmur.

Bu gün Ermənistanda revanşist qüvvələr baş qaldıraraq hansısa dövlətin dəstəyi ilə hakimiyyətə gəlmək, köhnə bayatıları oxumaq niyyətindədirlər.

Amma qisasçılıq fikrinə düşənlər unutmamalıdırlar:

Əvvəla, "dəmir yumruq" hazır vəziyyətdədir!

İkincisi, 44 gündə Yerablurun daha beş min məzar genişləndiyini və "döyüşkən xalq"ın 12 min hərbçisinin Azərbaycan əsgərinin qarşısından qaçaraq qorxaq fərariyə çevrildiyini hamı gördü.

Üçüncüsü, Azərbaycan 8 avqustda Vaşinqtonda imzalanan sənədlərə sadiq qalsa da, silahı daim əlindədir!

Dördüncüsü, güvəndiklərinizin, danışıqlarda daim tərəf kimi dəvət etdiklərinizin "köməyi"nin nə olduğunu da unutmayın!

Ən nəhayət, "mifik Ermənistan" xülyası ilə "real Ermənistan"ı itirə biləcəyinizi də yadda möhkəm saxlayın!

Bunu isə sizə rəhbəriniz N.Paşinyan daim tövsiyə edir!

* Azərbaycan sülh yolu ilə gedir!

* Azərbaycan yeni hədəflər müəyyən edərək yeni istiqamətlərdə inkişaf edir!

* Azərbaycanın hərbi qüdrəti də, iqtisadi imkanları da daim artır, möhkəmlənir!

Ən nəhayət, Azərbaycanın nəyi nə vaxt və necə etməyi hamıdan yaxşı bilən, bunu dəfələrlə əyani şəkildə nümayiş etdirən, dünyanın qəbul etdiyi, hörmət və ehtiramla yanaşdığı İlham Əliyev kimi qüdrətli sərkərdəsi və dövlət başçısı vardır!

Dövlətə 20 ildən artıq rəhbərliyi dövründə dediyini edib!

Bundan sonra da belə olacaqdır!

Unutmayın ki, sülh bizdən çox sizə lazımdır!



Bəxtiyar SADIQOV

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Roma Papası Trampın İrana qarşı təhdidlərini qəbuledilməz adlandırıb

09:25
08 Aprel

İran ABŞ-nin hücumlarına cavab olaraq Səudiyyə Ərəbistanı və BƏƏ-dəki hədəflərə zərbələr endirə bilər

09:23
08 Aprel

CNN: ABŞ–İran danışıqlarında müsbət irəliləyişlər gözlənilir

09:18
08 Aprel

Uşaqları artıq çəkidən necə xilas etməli?

09:15
08 Aprel

Pakistanın Baş naziri Trampı İranla danışıqların müddətini iki həftə uzatmağa çağırıb

09:10
08 Aprel

Dəniz suyu şirin su hövzələrinə qənim kəsilib

09:10
08 Aprel

UNESCO-da Novruz bayramı qeyd edilib

09:06
08 Aprel

Həyatını Üzeyir bəylə təsadüfi tanışlığı dəyişdi

09:05
08 Aprel

Xəzərin nəfəsi ilə yaşayan Bakı bulvarı

09:00
08 Aprel

Ağdaban fəryadı

08:55
08 Aprel

ASP ölkə sənayesinin flaqmanına çevrilir

08:50
08 Aprel

Sınaqlardan çıxan yaxın qonşuluq, uzaq gələcəyə hesablanan strateji tərəfdaşlıq

08:45
08 Aprel

Azərbaycanın suverenliyinə aid məsələlər müzakirə predmeti deyil

08:40
08 Aprel

Neftin bahalaşması dünyaya necə təsir edir

08:35
08 Aprel

Orta dəhliz dünyanın ümid marşrutuna çevrilir

08:30
08 Aprel

Regiona rifah gətirən tərəfdaşlıq modeli

08:25
08 Aprel

Prezident İlham Əliyevin Gürcüstana dövlət səfəri əməkdaşlıqda yeni imkanlar açır

08:20
08 Aprel

Azərbaycanın artan qlobal nüfuzu: regional aktordan strateji gücə doğru

08:15
08 Aprel

Hörmüz boğazı Yaxın Şərqdəki müharibənin iqtisadi cəbhəsinə çevrilib

08:10
08 Aprel

Akademik Rasim ƏLİQULİYEV: "Ölkənin rəqəmsal inkişafı süni intellekt mərhələsinə qədəm qoyur"

08:05
08 Aprel

Yeni istiqamət, yeni hədəflər

08:00
08 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!