11 Noyabr 2026 17:17
159
DÜNYA
A- A+
3500-dən çox robot 112 milyon qızılbalığın sağlamlığını qoruyur  

3500-dən çox robot 112 milyon qızılbalığın sağlamlığını qoruyur  


Norveçin “Stingray Marine Solutions” şirkətinin sualtı robotları balıqçılıq təsərrüfatlarında parazitlərlə mübarizə aparır. Süni intellekt və lazer texnologiyası ilə təchiz olunan 3500-dən çox robot Norveç sahillərindəki fermalarda 112 milyondan çox qızılbalığın qorunmasına kömək edir.

Robotlar kameralar vasitəsilə balıqları müşahidə edir, süni intellektin köməyi ilə onların üzərindəki dəniz bitlərini aşkar edir və lazer şüası ilə parazitləri məhv edir. Gecə-gündüz fəaliyyət göstərən sistem balıqların adi həyat tərzinə mane olmur. Lazer yalnız parazitləri hədəfə aldığı üçün kimyəvi təmizləmə üsullarına ehtiyac azalır. Hazırda Norveçdə yetişdirilən qızılbalıqların 20-25 faizi bu texnologiyadan faydalanır.

Dəniz bitləri balıq yetişdirilməsi sahəsində ciddi problemlərdən hesab olunur. Onlarla mübarizədə istifadə edilən kimyəvi vasitələr balıqlarda stress yarada, dəniz ekosisteminə zərər verə və zamanla parazitlərdə müqavimət formalaşdıra bilər. Lazer texnologiyası isə kimyəvi maddələrdən istifadə etmədən parazitlərin sayını azaltmağa imkan verir.

Şirkətin məlumatına əsasən, sistemdən istifadə edilən təsərrüfatlarda balıqların sağlamlıq vəziyyəti yaxşılaşır, tələfat azalır. Parazitlərin sayının aşağı salınması ətraf sularda yaşayan vəhşi balıqlar üçün də faydalıdır. Bundan əlavə, parazitləri yeyən təmizləyici balıqlara ehtiyac azalır. Şirkətdə hazırda 250 nəfər çalışır.

Bununla belə, texnologiyanın tətbiqi müəyyən çətinliklər yaradır. Robotların quraşdırılması yüksək ilkin xərc tələb edir. Bundan başqa, qurğular yalnız yerləşdirildikləri qəfəsləri müşahidə edə bilir. Dəniz bitləri qaranlıq, bulanıq və kameraların əhatə etmədiyi sahələrdə gizlənə bilər. Buna görə sistem parazitlərin tamamilə aradan qaldırılmasından daha çox onların sayının nəzarətdə saxlanılması üçün effektiv hesab olunur.


Ülkər XASPOLADOVA,

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

SpaceX Starship-in 15-ci uçuş sınağının tarixini açıqladı

17:23
11 Noyabr

3500-dən çox robot 112 milyon qızılbalığın sağlamlığını qoruyur  

17:17
11 Noyabr

NASA astronavt axtarışındadır  

17:14
11 Noyabr

Zelda oyunu dörd günə 5,2 milyon nüsxə sataraq rekord qırdı  

17:06
11 Noyabr

Prezident Ərdoğan COP31-də bütün dünyaya qətiyyətli mövqe nümayiş etdirməyə çağırıb  

16:46
11 Noyabr

Heydər Əliyev Fondu COP31 çərçivəsində pavilyonla təmsil olunur

16:45
11 Noyabr

Zelenski: Avropa sülh danışıqlarında tək nümayəndə təyin etməlidir

16:43
11 Noyabr

100-dən çox QHT-dən Avropa Parlamentinə “İslamofobiya və irqçilik” etirazı

16:40
11 Noyabr

16 ölkənin iştirak etdiyi interpol əməliyyatında 260-dan çox şəxs saxlanılıb

16:39
11 Noyabr

Yeni filtr sistemi ilə hava kanallarına ehtiyac qalmayacaq  

16:34
11 Noyabr

29 il əvvəl “Əsrin müqaviləsi” çərçivəsində ilkin neft hasil olundu  

16:29
11 Noyabr

Ötən həftənin iqtisadi icmalı  

16:25
11 Noyabr

Karbon emissiyaları azala bilər

16:23
11 Noyabr

Azərbaycan və Çin arasında təhsil sahəsində birgə təşəbbüslər nəzərdən keçirilib

16:13
11 Noyabr

Braziliya Prezidenti: İqlim fəlakətləri ehtimalı artır

16:07
11 Noyabr

Qızılın qiyməti kritik həddə yaxın səviyyədədir

16:06
11 Noyabr

BMT-nin komitəsində Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edilib  

16:01
11 Noyabr

Avropanın gələcəyi faciəlidir

16:00
11 Noyabr

Türkiyə Prezidenti iqlim sammitlərinin təşkilində təcrübələrini bölüşdüklərinə görə Azərbaycana və Braziliyaya təşəkkür edib  

15:56
11 Noyabr

İran zənginləşdirilmiş nüvə materiallarının ölkədən çıxarılmasına icazə verməyəcək  

15:55
11 Noyabr

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər YENİLƏNİB

15:53
11 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!