07 Oktyabr 2026 11:50
229
İQTİSADİYYAT
A- A+
Məcnun Məmmədov: "Aqrar sahə haqqında" qanun layihəsi problemlərin həllinə yönəlib

Məcnun Məmmədov: "Aqrar sahə haqqında" qanun layihəsi problemlərin həllinə yönəlib


Müzakirəyə çıxarılan "Aqrar sahə haqqında" qanun layihəsinin məqsədi aqrar qanunvericiliyimizdə uzun illər hiss olunan boşluğu aradan qaldırmaqdır. İndiyədək bu sahə taxıl, çay, pambıq kimi ayrı-ayrı məhsullar üzrə qəbul edilən qanunlarla tənzimlənib. Həmin qanunlar öz dövründə müəyyən rol oynasa da, sahəni bütövlükdə əhatə edən baza qanun bugünədək yoxdur. Yəni sahənin subyektlərini, dövlətin vəzifələrini və dəstək alətlərini müəyyən edən vahid akt qəbul olunmayıb. Nəticələr isə praktikada aydın görünür.

AZƏRTAC xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Milli Məclisdə “Aqrar sahə haqqında” qanun layihəsinə dair ictimai dinləmədə çıxış zamanı deyib.

O qeyd edib ki, "fermer", "aqrar məhsul istehsalçısı", "ilkin emal" kimi əsas anlayışların vahid tərifi olmadığından dövlət dəstəyinin və vergi güzəştlərinin tətbiqində mübahisələr yaranır. Subsidiya mexanizmləri əsasən müəyyən hüquqi qüvvəli aktlarla tənzimlənir, istehsalçılar arasında səmərəliliyə görə fərq qoyulmur. Layihə bu problemlərin sistemli həllinə yönəlib. İlk növbədə 47 əsas anlayış qanun səviyyəsində vahid sistem şəklində təsbit olunur. İlkin emalla sənaye emalı arasındakı sərhəd konkret texnoloji əməliyyatlarla müəyyən edilir. Bununla dəstəyin hansı fəaliyyətə şamil olunduğu sualına dəqiq cavab verilir.

“Digər mühüm yenilik dövlət dəstəyi ilə bağlıdır. Aqrar məhsul istehsalçıları sahibkarlıq məqsədli fermerlər və ailə-kəndli təsərrüfatlarını əhatə edən digər istehsalçılar olmaqla iki kateqoriyaya ayrılır. Subsidiyadan güzəştli kreditə, sığortadan dövlət-özəl tərəfdaşlığına qədər 12 dəstək aləti ilk dəfə qanunda sadalanır. Dəstək informasiya sistemindəki məlumatlar və istehsalçıların reytinqi əsasında göstəriləcək. Reytinq iqtisadi səmərəliliyi və vəsaitin təyinatı üzrə istifadəsini qiymətləndirir. Bu o deməkdir ki, dövlət vəsaiti real nəticə göstərən istehsalçıya yönələcək”,-deyə nazir vurğulayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bakı–Ağstafa xəttində əlavə qatarlar hərəkətə çıxacaq

13:23
07 Oktyabr

Böyük Britaniya nümayəndəsi: İtkin düşmüş şəxslər müəyyən edilmədiyi müddətdə bu məsələyə son qoymaq mümkün deyil  

13:20
07 Oktyabr

Vergi daxilolmaları 13,6 milyard manatı keçdi

13:02
07 Oktyabr

Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilib

12:36
07 Oktyabr

Ombudsman: Bakı Dialoqu formatında IV beynəlxalq konfransda səslənən rəqəmlər böyük ümid yaradır  

12:22
07 Oktyabr

Pakistanda əməliyyat zamanı 13 terrorçu məhv edilib

12:21
07 Oktyabr

Dörd min Azərbaycan vətəndaşının taleyi mühüm humanitar narahatlıq olaraq qalır  

12:00
07 Oktyabr

Mövlud Çavuşoğlu: İtkin düşmüş şəxslər məsələsi əməkdaşlıq, etimad və peşəkarlıq tələb edir  

11:59
07 Oktyabr

Konqresinin hesabatı: İran müharibəsində ABŞ 81 hərbi təyyarə, helikopter və PUA itirib

11:58
07 Oktyabr

“Azərpoçt” İçərişəhərdə yeni poçt şöbəsini istifadəyə verib  

11:57
07 Oktyabr

Şamil Ayrım: İtkinlərin taleyinin müəyyənləşdirilməsi siyasi mübahisələrdən kənarda, humanitar məsələ kimi qiymətləndirilməlidir  

11:57
07 Oktyabr

Nazir: Qanun layihəsi dövlətin aqrar sahədəki vəzifələrini 32 istiqamət üzrə dəqiqləşdirir  

11:53
07 Oktyabr

Tahir Rzayev: Aqrar sahədə dəstək mexanizmini təkmilləşdirmək başlıca istiqamətdir  

11:52
07 Oktyabr

“PostEurop”un sədri: Azərbaycan poçt sektorunun transformasiyasında etibar edə biləcəyimiz ölkələrdəndir  

11:51
07 Oktyabr

ICMP-nin baş direktoru: Dünyada itkin düşmüş şəxslərin sayı artır  

11:51
07 Oktyabr

Məcnun Məmmədov: "Aqrar sahə haqqında" qanun layihəsi problemlərin həllinə yönəlib

11:50
07 Oktyabr

ICMP-nin baş direktoru Bakıda keçirilən beynəlxalq tədbir barədə: Bu müzakirələr əhəmiyyətlidir

11:34
07 Oktyabr

Novak Cokoviç 7-ci dəfə “China Open” turnirinin qalibi olub  

11:33
07 Oktyabr

Keniyada Ebola virusuna ilk yoluxma və ölüm halı qeydə alınıb

11:31
07 Oktyabr

Azərbaycan Britaniya ilə nəqliyyat və rəqəmsal inkişaf üzrə əməkdaşlıq barədə memorandum imzalayıb  

11:13
07 Oktyabr

Azərbaycanın xarici işlər naziri Türkmənistanın Avaza şəhərinə işgüzar səfərə yola düşüb  

11:11
07 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!