07 Oktyabr 2026 11:58
233
DÜNYA
A- A+
Konqresinin hesabatı: İran müharibəsində ABŞ 81 hərbi təyyarə, helikopter və PUA itirib

Konqresinin hesabatı: İran müharibəsində ABŞ 81 hərbi təyyarə, helikopter və PUA itirib


ABŞ Konqresinin Tədqiqat Xidmətinin (CRS) yeni hesabatına əsasən, fevralın sonundan bəri İrana qarşı əməliyyatlar zamanı Amerikanın 81 hərbi hava nəqliyyat vasitəsi itirilib və ya zədələnib.

AZƏRTAC Amerika mediasına istinadla xəbər verir ki, yenilənmiş hesabata görə, bu rəqəmə sabit qanadlı təyyarələr, helikopterlər və dronlar daxildir. Sənəddə xəbərdarlıq edilir ki, məlumatların məxfiliyi, davam edən döyüş əməliyyatları və texnikanın sıradan çıxması səbəbindən bu rəqəm dəyişə bilər. Eyni zamanda, zədələnmiş bəzi hava vasitələri artıq yenidən istismara qaytarılmış ola bilər.

Ən böyük itkilər “MQ-9 Reaper” dronları ilə bağlıdır; İrana qarşı əməliyyatlar zamanı 45 belə dronun itirildiyi bildirilir. Hesabatda, həmçinin 12 ədəd “F-15E Strike Eagle” təyyarəsinin adı çəkilir; bunlardan üçü mart ayında Küveyt üzərində, biri isə aprel ayında İran səmasında məhv edilib.

CRS-in istinad etdiyi məlumatlara görə, daha sonra – sentyabr ayında İordaniyadakı “Muvaffaq Salti” aviabazasına İranın endirdiyi zərbə zamanı səkkiz ədəd “F-15” təyyarəsi yüngül zədələr alsa da, sonradan yenidən istismara qaytarılıb.

Digər itkilər və ya zədələnmələr siyahısına bir “F-35A Lightning II”, iki “A-10 Thunderbolt II”, yeddi “KC-135” havada yanacaqdoldurma təyyarəsi və bir “E-3 Sentry” hava xəbərdarlıq və idarəetmə təyyarəsi daxildir.

Hesabatda, həmçinin iki “MC-130J” xüsusi əməliyyat təyyarəsi, bir “HH-60W” döyüş-axtarış və xilasetmə helikopteri, bir “MQ-4C Triton” dronu və üç “MQ-1” pilotsuz uçuş aparatı qeyd olunub.

Helikopter itkilərinə Hörmüz boğazı üzərində vurulduğu bildirilən bir “AH-64 Apache”, xilasetmə əməliyyatları zamanı məhv edilən dörd “AH-6 Little Bird” və Ərəbistan dənizi üzərində qəzaya uğrayan bir “MH-60 Sea Hawk” daxildir.

CRS bildirib ki, bu itkilər Konqresin nəzarət funksiyası ilə bağlı bir sıra məsələləri gündəmə gətirə bilər. Bunlara Pentaqonun zədələnmiş hava vasitələrini əvəz etmək üçün kifayət qədər məlumat və maliyyəyə malik olub-olmaması, həmçinin “E-3” kimi azsaylı və köhnəlmiş platformaların itirilməsinin digər sahələrdə imkan boşluqları yaratması məsələləri aiddir.

Hesabatda, həmçinin ABŞ-nin müdafiə sənayesi bazasına düşə biləcək potensial yüklənmə vurğulanır və xəbərdarlıq edilir ki, istehsal gücü, təchizat zəncirləri, rəqabət aparan tələblər (o cümlədən xarici hərbi satışlar) Pentaqonun itirilmiş hava vasitələrini nə qədər tez bərpa edəcəyinə təsir göstərə bilər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bakı–Ağstafa xəttində əlavə qatarlar hərəkətə çıxacaq

13:23
07 Oktyabr

Böyük Britaniya nümayəndəsi: İtkin düşmüş şəxslər müəyyən edilmədiyi müddətdə bu məsələyə son qoymaq mümkün deyil  

13:20
07 Oktyabr

Vergi daxilolmaları 13,6 milyard manatı keçdi

13:02
07 Oktyabr

Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilib

12:36
07 Oktyabr

Ombudsman: Bakı Dialoqu formatında IV beynəlxalq konfransda səslənən rəqəmlər böyük ümid yaradır  

12:22
07 Oktyabr

Pakistanda əməliyyat zamanı 13 terrorçu məhv edilib

12:21
07 Oktyabr

Dörd min Azərbaycan vətəndaşının taleyi mühüm humanitar narahatlıq olaraq qalır  

12:00
07 Oktyabr

Mövlud Çavuşoğlu: İtkin düşmüş şəxslər məsələsi əməkdaşlıq, etimad və peşəkarlıq tələb edir  

11:59
07 Oktyabr

Konqresinin hesabatı: İran müharibəsində ABŞ 81 hərbi təyyarə, helikopter və PUA itirib

11:58
07 Oktyabr

“Azərpoçt” İçərişəhərdə yeni poçt şöbəsini istifadəyə verib  

11:57
07 Oktyabr

Şamil Ayrım: İtkinlərin taleyinin müəyyənləşdirilməsi siyasi mübahisələrdən kənarda, humanitar məsələ kimi qiymətləndirilməlidir  

11:57
07 Oktyabr

Nazir: Qanun layihəsi dövlətin aqrar sahədəki vəzifələrini 32 istiqamət üzrə dəqiqləşdirir  

11:53
07 Oktyabr

Tahir Rzayev: Aqrar sahədə dəstək mexanizmini təkmilləşdirmək başlıca istiqamətdir  

11:52
07 Oktyabr

“PostEurop”un sədri: Azərbaycan poçt sektorunun transformasiyasında etibar edə biləcəyimiz ölkələrdəndir  

11:51
07 Oktyabr

ICMP-nin baş direktoru: Dünyada itkin düşmüş şəxslərin sayı artır  

11:51
07 Oktyabr

Məcnun Məmmədov: "Aqrar sahə haqqında" qanun layihəsi problemlərin həllinə yönəlib

11:50
07 Oktyabr

ICMP-nin baş direktoru Bakıda keçirilən beynəlxalq tədbir barədə: Bu müzakirələr əhəmiyyətlidir

11:34
07 Oktyabr

Novak Cokoviç 7-ci dəfə “China Open” turnirinin qalibi olub  

11:33
07 Oktyabr

Keniyada Ebola virusuna ilk yoluxma və ölüm halı qeydə alınıb

11:31
07 Oktyabr

Azərbaycan Britaniya ilə nəqliyyat və rəqəmsal inkişaf üzrə əməkdaşlıq barədə memorandum imzalayıb  

11:13
07 Oktyabr

Azərbaycanın xarici işlər naziri Türkmənistanın Avaza şəhərinə işgüzar səfərə yola düşüb  

11:11
07 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!