28 Mart 2024 19:30
336
İDMAN
A- A+

Manə Mollayeva : Xallar əldə etmək üçün vuruşacağıq

 

Nəzərə almalıyıq ki, UEFA Millətlər Liqası oyunlarından sonra təlim-məşq toplanışı olmayıb. Buna baxmayaraq, maksimum xallar əldə etmək üçün meydanda vuruşacağıq. Bunu "Report"a açıqlamasında Azərbaycan millisinin futbolçusu Manə Mollayeva Avropa çempionatının seçmə mərhələsində Macarıstan və İsveçrəyə qarşı keçirəcəkləri matçlar barədə danışarkən deyib.
26 yaşlı müdafiəçi hər iki qarşılaşmanın çətin keçəcəyini bildirib: "B Liqasında iştirak etmək daha da məsuliyyətlidir. Biz buna və daha artığına layiq olduğumuzu göstərməliyik. Artıq rəqiblər də çətinləşir və hamımız matçlara yaxşı hazırlaşırıq. Hər görüşə maksimum xal üçün çıxmalıyıq".
Manə Mollayeva B Liqasının I qrupundakı hədəflərindən də söz açıb: "Düşünürəm ki, buraya təsadüfən düşmədiyimizi və layiqincə mübarizə apara bildiyimizi sübut etməliyik".
Qeyd edək ki, yığma aprelin 5-də səfərdə Macarıstan, 4 gün sonra Bakıda İsveçlə üz-üzə gələcək.

"Azərbaycan"


 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video