30 Sentyabr 2026 10:40
103
DÜNYA
A- A+
Macarıstan Parlamenti Peter Macyarın toxunulmazlığını ləğv edib

Macarıstan Parlamenti Peter Macyarın toxunulmazlığını ləğv edib


Baş nazir deputatlardan qərarı dəstəkləmələrini istəyib


Macarıstan Parlamenti Baş nazir Peter Macyarın, eləcə də Viktor Orbanın hökumətindən olan iki keçmiş nazirin toxunulmazlığını ləğv edib. Bu, siyasətçilərlə bağlı ayrı-ayrı cinayət işlərində araşdırmaların davam etdirilməsinə imkan verəcək.

"Associated Press" agentliyinin məlumatına görə, deputatlar P.Macyarın, eləcə də keçmiş mədəniyyət naziri Balaş Hanko və keçmiş milli inkişaf naziri Mikloş Şestakın toxunulmazlığının qaldırılmasına səs veriblər.

Oğurluqda şübhəli bilinən P.Macyar "nüfuzuna xələl gətirmək cəhdlərini təkzib edə bilməsi" üçün toxunulmazlığının qaldırılmasını istəyib.

Ona qarşı istintaq hərəkatı 2024-cü ilin iyun ayında gecə klubunda baş verən hadisədən qaynaqlanır. Müstəntiqlər iddia edirlər ki, mübahisə zamanı P.Macyar onu mobil telefonu ilə çəkən bir kişinin əlindən cihazını alaraq Dunay çayına atıb.

Bu, P.Macyarın partiyasının parlament seçkilərində böyük qələbə qazanmasından təxminən iki il əvvəl baş verib və nəticədə Viktor Orbanın baş nazir vəzifəsini itirməsi ilə nəticələnib.

P.Macyar öz hərəkətlərini inkar etmir, lakin onların oğurluq kimi təsnif edilə bilməyəcəyinə inanır və istintaqı siyasi motivli adlandırır. O, bu işdə dəyən ziyanın 300 dollardan bir qədər çox olduğunu iddia edir.

Hökumət başçısı həmçinin prokurorluğu eyni zamanda özünün və V.Orban hökumətindəki iki keçmiş nazirin toxunulmazlığının qaldırılmasını tələb etdiyinə görə tənqid edib.

Səsvermədən əvvəl P.Macyar qanunvericilərə heç bir cinayət törətmədiyini və bütün hərəkətlərinə görə cavab verməyə hazır olduğunu bildirib.


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Papa Avropanı sülh naminə güzəştə getməyə çağırıb

10:45
30 Sentyabr

Macarıstan Parlamenti Peter Macyarın toxunulmazlığını ləğv edib

10:40
30 Sentyabr

Hakerlər təxminən 3 milyon Pentaqon hərbçisinin məlumatlarını oğurlayıblar

10:35
30 Sentyabr

Qızıl və gümüş bahalaşıb

10:32
30 Sentyabr

Azərbaycan nefti 118,22 dollara satılır

10:31
30 Sentyabr

Qəbələdən Şuşaya uzanan qəhrəmanlıq yolu

10:30
30 Sentyabr

Nazir: Yerli şirkətlərin müdafiə təchizatındakı payının artacağını gözləyirik

10:29
30 Sentyabr

Nazir: Gələcəyin müdafiə sənayesi zavodlarla yanaşı, universitetlərdə və tədqiqat mərkəzlərində qurulur  

10:29
30 Sentyabr

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

10:26
30 Sentyabr

Bakıda “Birliyin Gücü – 2026” birgə hərbi təliminin müşahidəçiləri ilə görüş olub

10:25
30 Sentyabr

ZƏFƏR gündəliyi

10:20
30 Sentyabr

Ölkə ərazisində hava şəraiti yağıntılı keçib

10:18
30 Sentyabr

ADA Universitetində şanlı Zəfər tariximiz "Zəfər rəqsi" filminin nümayişi ilə anılıb

10:10
30 Sentyabr

Prezident İlham Əliyev: Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti beynəlxalq səviyyədə yüksək qiymətləndirilir  

10:01
30 Sentyabr

Vətən müharibəsinin hər günü şanlı tariximizdir

10:00
30 Sentyabr

Vüqar Mustafayev: Təhlükəsizlik bilik, mühəndislik qabiliyyəti və istehsal gücü üzərində formalaşır  

09:54
30 Sentyabr

Prezident: Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir  

09:53
30 Sentyabr

Aqrar sektorda müasir texnologiyalardan istifadə günün tələbidir

09:50
30 Sentyabr

“ADEX 2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin və “Securex Caspian 2026” 15-ci Yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisinin iştirakçılarına

09:49
30 Sentyabr

Bakıda qurulan yeni tərəfdaşlıqlar

09:40
30 Sentyabr

Azərbaycan-Türkiyə-Özbəkistan birliyinin gücü

09:30
30 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!