02 May 2024 09:10
1184
Mədəniyyət
A- A+
Maarifçi və xeyriyyəçi qadın

Maarifçi və xeyriyyəçi qadın

 

Tarixən xalqımızın ictimai-siyasi həyatında və taleyüklü məsələlərində   Azərbaycan qadınları fəal iştirak etmiş, milli-mənəvi dəyərlərimizin qorunmasında, maarifçilik şüurunun formalaşması və inkişafında öz dəstəklərini əsirgəməmişlər. 
Azərbaycan qadını gözəl ana olmaqla yanaşı, klassik poeziyanın ən gözəl nümunələrini yaradıb, at belində qılınc çalıb, dövlət idarəçiliyində öz sözünü deyib. Onların bir çoxunun adları çoxəsrlik tariximizin səhifələrinə qızıl hərflərlə yazılıb. Azərbaycan tarixində Məhsəti Gəncəvi, Heyran xanım, Aşıq Pəri, Uzun Həsənin anası Sara xatun, Şah İsmayıl Xətainin yoldaşı Taclı xanım və onlarca başqa tarixi qadın şəxsiyyətlər olmuşdur. 
Xalqımızın tarixinə öz adını qızıl hərflərlə yazdırmış belə qadınlardan biri də Qarabağ xanı İbrahimxəlil xanın qızı Gövhər ağadır. Əsl adı Gövhərnisə bəyim olan bu tarixi şəxsiyyət 1790-cı ildə Şuşa şəhərində anadan olmuşdur. Onun haqqında ilk məlumatları Qarabağın tarixinə dair yazılmış "Qarabağnamələr"dən əldə edirik. 
İbrahimxəlil xanın vəziri olmuş Mirzə Camal Cavanşir "Qarabağ tarixi" əsərinin "Xanın adlı-sanlı övladları" başlıqlı fəslində qeyd edir: "Mərhum İbrahim xanın sağ qalan qızlarından biri nəcib Gürcüstan tavatının qızından doğulmuş Gövhər ağadır, biri isə İzzət bəyimdir ki, Gürcüstan valisinin vəziri Mirzə Rəbinin qızından olmuşdur. Gürcüstan valisi İrakli mərhum İbrahim xanla daim dost və müttəfiq olmaq istəyirdi. Lakin din ixtilafı imkan vermədiyindən öz vəzirinin üç qızını mərhum xana və iki oğlu - Əbülfət xana və Məhəmmədqasım ağaya vermişdi ki, bu nikah vasitəsilə aralarında məhəbbət əlaqələri yaradılmış olsun".
Mirzə Camalın verdiyi məlumatdan məlum olur ki, Gövhər ağanın anası gürcü knyazının qızı idi. Bu haqda daha dəqiq məlumatı isə digər Qarabağ salnaməçisi Mirzə Camal Xəzani "Tarix-i Qarabağ" adlı əsərində verir: "İbrahim xan dəxi o qızı nikah edib özünə almışdı ki, bir oğlu Abbasqulu ağa adlı və bir nəfər qızı ki, Gövhər ağa ola, şul Abaşidze knyazının qızından təvəllüd etmişlərdi".
Mirzə Camalın da təsdiq etdiyi kimi Gövhər ağa İbrahimxəlil xanla gürcü knyazı Abaşidzenin qızı Cəvahir xanımın nikahından dünyaya gəlmişdi. 
Gövhər ağa kiçik yaşlarından elm və biliyə maraq göstərmiş, bir neçə Şərq dillərini; türk, ərəb və fars dillərini mükəmməl şəkildə öyrənmişdir. Yüksək təhsil almış Gövhər ağa Şərq poeziyasını və tarixini dərindən bilir, bəzi hallarda Qarabağ xanlığının digər ölkə və xanlıqlarla diplomatik münasibətlərinin qurulmasında atasına kömək edirdi. 
Müasirlərinin nəql etdiyinə görə, Gövhər ağa zahirən çox gözəl, olmuşdur. Hətta onu Cənubi Qafqazın gözəli hesab edirdilər. Tarixi mənbələrdə qeyd edilən məlumatlardan belə məlum olur ki, Gövhər ağa iki dəfə ailə həyatı qurmuşdu. 
Gövhər ağa birinci dəfə 1806-cı ildə Şəki xanı Cəfərqulu xanla ailə qurur. 1814-cü ildə Cəfərqulu xan vəfat etdikdən sonra Şuşaya geri dönür. İkinci dəfə 1828-ci ildə əmisi oğlu Xan kişi bəylə evlənir. Lakin bu dəfə də ailə münasibətləri uzun davam etmir. 1830-cu illərin əvvəllərində Xan kişi bəy vəfat etdikdən sonra o, bir daha ailə həyatı qurmur. 
Bundan sonra həyatının sonuna qədər xeyriyyəçilik işlərilə məşğul olan Gövhər ağa Şuşa şəhərində iki məscid, iki mədrəsə, bir karvansara, bir xəstəxana, bir körpü və sairə binaları inşa etdirir. Onun xeyriyyəçilik fəaliyyəti barəsində ümumən, "Qarabağnamələr"də kifayət qədər məlumatlar vardır. Lakin bunların içərisində Baharlının verdiyi məlumat daha müfəssəl və genişdir: "…O da öləndən sonra ta ərə getmədi və övladı yox idi. Amma öz axirəti üçün yaxşı binagüzarlıq etdi. Əlavə öz səyilə hamı üçün yaxşı fikir çəkdi. Belə ki, həmən bu iki qitə məscidi-camelərinin hər birini iki dəfə təmir edib və neçə kəndlər və dükanlar və karvansaralar bu məscidlərin barəsində vəqf edib ki, kəndlilərin mədaxili bu iki məscidi-camelər üçün məsrəf olsun. Məscidin həyətində azarlıxana təmir elədib ki, qərib adamlar naxoş olan vaxtda orada yatsın və müalicə olunsun. Hərgah ölsə, o adamın tədarükün görüb dəfn eləsinlər. Yenə hərgah qala əhlindən fağır və kasıb olsa, onları da xərc çəkib, dəfn edələr. Bir də o tüllablar ki, elm oxuyurlar, onlar üçün çırağ və həftədə iki dəfə çörək versinlər. Mücavirlərə və müəzzibinlərə məvacib qərar edibdir. Yenə özü və ata və ana və sair övladları üçün hər il ramazan və şaban ayında Quran oxunsun. Və əlli-altmış xətmi-Quran oxutsunlar və hər ildə həmən ehsan aylarında üç gün ehsan versinlər. Bu günə vəsiyyətlər iki böyük daşlara həkk olub və məscid divarına nəsb elədib. Sair mətrukatın və müxəllifatın Həsən ağa Süleyman xan oğluna hiybə edibdir. Allah rəhmət eləsin o kimsələrə ki, Allah yolunda və füqəranın barəsində vəsileyi-ərhamın haqqında bu günə binagüzarlıq ediblər. Xüsusən bu mərhumə".
Bunlardan əlavə, Gövhər ağa şəhərin kasıb və imkansız ailələrinə kömək edər, onların maddi və mənəvi ehtiyaclarını ödəyərdi. 
Gövhər ağanın övladı olmadığı üçün bütün mirasını xeyriyyə işlərinə yönəltmişdi. Sağlığında bütün mal-mülkünün siyahısını tərtib etdirən Gövhər ağa onları xeyir işlərə sərf edilməsi üçün vəqf etmişdir. Bu məqsədlə Gövhər ağa bir vəqfnamə hazırlatdırmışdır ki, vəqfnamənin müddəalarının həm kağız, həm də daş üzərinə yazılmasını əmr etmişdir.
Gövhər ağa maarif və mədəniyyətə maraq göstərir, sənət adamlarına, alim və şairlərə hamilik edirdi. Şuşada təsis edilmiş ədəbi məclislərdən, "Məclis-i fəramuşan"ın məşğələləri çox vaxt bu məscidin hücrələrində keçirilərdi. Bəzi mənbələrdə Gövhər ağanın özünün də qəzəl və fəxriyyələrinin olduğu deyilir. 
Gövhər ağa 1888-ci ildə 98 yaşında vəfat etmişdir. O, ilk əvvəl Cümə məscidinin həyətində, daha sonra vəsiyyətinə əsasən Kərbəla şəhərində dəfn edilmişdir. Bu haqda məlumata Baharlının kitabında rast gəlmək mümkündür.
Bunlar hamısı, bir daha tarixən Azərbaycan qadınının nə qədər maarifpərvər və xeyriyyəçi, həmçinin ictimai işlərdə nə qədər fəal olduğunu göstərir. İradəsi, comərdliyi, saflığı, sədaqəti ilə tariximizdə, milli-mənəvi dəyərlərimizin formalaşmasında tarix boyu böyük rol oynamış qadınlarımız cəmiyyətimizin bütün inkişaf mərhələlərində aparıcı qüvvə olmuşdur. 

Elnur MUSTAFAYEV,
fəlsəfə üzrə fəlsəfə doktoru

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyev Qırğızıstan, Özbəkistan və Tacikistan prezidentləri ilə birlikdə Çolpon-Ata şəhərində Qolf Klubun açılışında iştirak edib

19:28
30 İyul

Dağıstan Azərbaycanla sərhəddəki nəzarət-buraxılış məntəqələrini modernləşdirir

19:26
30 İyul

Bakı Qızlar Universitetinin təhsil fəaliyyəti dayandırılıb 

18:51
30 İyul

Dünya çempionatı: Azərbaycan güləşçisi təsəlliverici görüşə vəsiqə qazanıb

18:44
30 İyul

Deputat: Azərbaycan Mərkəzi Asiya ölkələri üçün Türk dünyasının inteqrasiyasını sürətləndirən aparıcı aktordur  

18:35
30 İyul

Azərbaycan və İran gömrük xidmətləri tranzit daşımalarının sürətləndirilməsi ilə bağlı razılığa gəliblər

18:28
30 İyul

Professor: Dövlət dilindən düzgün istifadə milli məsuliyyət və ictimai mədəniyyət göstəricisi kimi qəbul edilməlidir

18:21
30 İyul

Qaradağ rayonunda gənclərlə görüş keçirilib

18:14
30 İyul

Ekspert: Mərkəzi Asiya respublikalarının dünya iqtisadiyyatına inteqrasiyası Azərbaycandan keçir

18:11
30 İyul

Azərbaycanda sığorta məhsullarının çeşidliliyi artırıla bilər

18:04
30 İyul

Siyasi şərhçi: Qarabağda həyata keçirilən layihələr münaqişədən zərər çəkmiş ölkələr üçün təcrübə formalaşdırır 

17:57
30 İyul

Azərbaycan xarici siyasətində Türk dövlətləri ilə münasibətlər müttəfiqlik səviyyəsinə yüksəlir

17:50
30 İyul

Aygün Attar: Rəsmi Bakının Mərkəzi Asiya regionu ilə münasibətlərində yeni status formalaşır

17:44
30 İyul

Baş nazir Əli Əsədov Gürcüstanın Baş prokuroru ilə görüşüb

17:37
30 İyul

Ekspert: Orta Dəhliz qlobal qida təhlükəsizliyi və Avrasiya ticarətinin əsas logistika arteriyasına çevrilir

17:30
30 İyul

Prezident İlham Əliyev Qırğızıstana dövlət səfərinə gəlib

17:22
30 İyul

Beynəlxalq ictimaiyyət mina probleminə texniki, maliyyə və institusional dəstək göstərməklə yanaşmalıdır 

17:15
30 İyul

Xəzər dənizinin səviyyəsinin azalmasına təsir edən amillər araşdırılır

17:07
30 İyul

Azərbaycan əlverişli coğrafi mövqeyi ilə Çin–Avropa ticarət axınında təbii körpü rolunu oynayır 

17:00
30 İyul

Krit adasında meşə yanğınları davam edir, üç yanğınsöndürən həlak olub

16:55
30 İyul

“Azərbaycan-Gürcüstan dostluğu: Soydaşlarımız və Qarabağ (1990-2026)” kitabı nəşr olunub

16:50
30 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!