07 İyul 2026 15:03
120
SİYASƏT
A- A+
Keniyada Azərbaycanın dövlət idarəçiliyi təcrübəsi təqdim olunub

Keniyada Azərbaycanın dövlət idarəçiliyi təcrübəsi təqdim olunub


Nayrobi şəhərində Keniyanın Dövlət Qulluğunun Gücləndirilməsi üzrə Hökumət Məktəbinin 100 illik ildönümünə həsr olunmuş tədbir keçirilib.

Azərbaycanın Keniyadakı səfirliyindən AZƏRTAC-a bildirilib ki, səfir Sultan Hacıyev tədbirin “İqtisadi rifah və konstruktiv əməkdaşlıq üzrə yüksək siyasət dialoqu” adlı panel müzakirələrində çıxış edib.

Çin, İtaliya və Fransanın səfirlərinin qatıldığı müzakirələrdə səfir Sultan Hacıyev Azərbaycanın sosial-iqtisadi, siyasi və mədəni inkişafının tarixi dönüş mərhələləri barədə danışıb. Qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin xilaskarlıq missiyası və Prezident İlham Əliyevin rəhbərliyi ilə formalaşmış ictimai-siyasi və sosial-iqtisadi bünövrənin tərkibi olan dövlət idarəçilik sistemi ölkənin hərtərəfli inkişafına yol açıb. Müstəqilliyin ilk illərində xarici yardımlardan asılı olan, ərazisinin 20 faizi işğala məruz qalmış Azərbaycan mütərəqqi idarəçilik sayəsində bu gün regionda sülhə və sabitliyə töhfə verən, mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi edən, habelə beynəlxalq inkişafa yardım göstərən donor dövlətə çevrilib.

Diplomat, həmçinin Azərbaycanda təhsil mühitinin modernləşdirilməsi, dövlət qulluqçularının hazırlığı, əhalinin peşə qabiliyyətinin yüksəldilməsi istiqamətində həyata keçirilən mütərəqqi həllər barədə məlumat verib.

Qeyd edək ki, Keniyanın Dövlət Qulluğunun Gücləndirilməsi üzrə Hökumət Məktəbi Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və Dövlət İmtahan Mərkəzi ilə əməkdaşlıq imkanlarını fəal şəkildə araşdırır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Daxili işlər naziri Lerikdə vətəndaşların müraciətlərini dinləyib, Lənkəranda gənclərin arasından seçim edib 

15:53
07 İyul

ATƏT PA-da Azərbaycan və ABŞ nümayəndə heyətləri arasında fikir mübadiləsi aparılıb

15:50
07 İyul

Tramp NATO sammitində iştirak etmək üçün Türkiyəyə gəlib

15:46
07 İyul

Şeyxülislam Allahşükür Paşazadə Daşkənddə sülhün və tolerantlığın təşviqinə çağırış edib

15:43
07 İyul

Müddətli həqiqi hərbi xidməti başa vurmuş sərhədçi əsgərlər Silahlı Qüvvələrin ehtiyatına buraxılıblar

15:40
07 İyul

Ukrayna dronları Rusiyanın 8 tankerini vurub

15:37
07 İyul

BDU-nun Astrofizika kafedrası: İyulun sonu aktiv α-Kaprikornid meteor yağışı müşahidə olunacaq

15:35
07 İyul

Haluk Görgün: Türkiyənin müdafiə sənayesi NATO transformasiyasının hərəkətverici qüvvələrindən biri olmağa hazırdır

15:17
07 İyul

Keniyada Azərbaycanın dövlət idarəçiliyi təcrübəsi təqdim olunub

15:03
07 İyul

Türk dövlətlərinin ticarət dövriyyəsi 326 milyard dolları ötüb

14:58
07 İyul

Azərbaycanla ABŞ-nin strateji tərəfdaşlığı hər iki ölkənin prezidentlərinin siyasi iradəsi əsasında uğurla inkişaf edir

14:57
07 İyul

Naftalanda yeni idman zonası istifadəyə verilib

14:35
07 İyul

Lənkəranda abadlıq işləri davam edir

14:33
07 İyul

Biləsuvar: taxıl yığımında ötən illə müqayisədə yüksək məhsuldarlıq var

14:31
07 İyul

Şəhid övladı 655,9 balla Göygöl rayon birincisi olub

14:28
07 İyul

Avropa Liqası: “Qarabağ”ın oyununa 16 mindən çox bilet satılıb

14:01
07 İyul

Ağalı sakinləri 33 ildən sonra doğma torpaqlarında taxıl biçini aparırlar

13:57
07 İyul

Xocavənddə daha 41 ailəyə evlərinin açarları təqdim olunub – YENİLƏNİB 2

13:55
07 İyul

Bakı-Tbilisi-Bakı marşrutunda əlavə yataq vaqonları istifadəyə verilir

13:16
07 İyul

Ronaldo Portuqaliya milli komandasından getdi

13:12
07 İyul

40 yaşlı Vozinya ilə müqavilə bağlamaq istəyən klubların sayı artıb

13:11
07 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!