31 May 2025 10:05
3130
Oxucu məktubları
A- A+
Kənd bələdiyyəsi müraciətimizə diqqətlə yanaşdı

Kənd bələdiyyəsi müraciətimizə diqqətlə yanaşdı


Şəmkir Rayon İcra Hakimiyyətinin rəhbərliyi əhalinin müraciətlərini dinləmək və qaldırılan problemləri vaxtında aradan qaldırmaq üçün tez-tez kənd və qəsəbələrdə olur, əhali ilə görüşür. 

Elə bu yaxınlarda Kür qəsəbəsində keçirilən görüşdə qaldırılan bir məsələ qısa vaxt ərzində öz həllini tapdı. Diqqətə çatdırım ki, kəndimiz rayonun Kür qəsəbəsinə yaxın ərazidə yerləşdiyindən, sakinlər tez-tez qəsəbə ilə əlaqə saxlamalı olurlar. Lakin qəsəbədən kəndə gedən yol bərbad vəziyyətdə idi. 

Səyyar görüşdə kənd sakinləri bu barədə rayon rəhbərliyinə məlumat verdilər. Elə həmin gün yola baxış keçirildi. Sakinlərin müraciəti nəzərə alınaraq kənd bələdiyyəsi tərəfindən Kür qəsəbəsindən İsgəndərli kəndinə gedən yolda təmir-bərpa işlərinə başlanıldı, yola qum-çınqıl döşənərək hamarlandı. Paralel olaraq kənddaxili yollarda da bir sıra abadlıq işləri görüldü. 

Bizim müraciətə diqqətlə yanaşan və yolumuzu abadlaşdıran kənd bələdiyyəsinə minnətdarlığımızı bildiririk.


Saleh NƏSİBOV,

Şəmkir rayon İsgəndərli kəndinin sakini

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib  

12:08
20 Yanvar

Milli Məclisin kollektivi Şəhidlər xiyabanını ziyarət edib  

11:57
20 Yanvar

Ombudsman Aparatının kollektivi Şəhidlər xiyabanını ziyarət edib  

11:47
20 Yanvar

Prezident İlham Əliyev Davosda “Euronews” televiziyasına müsahibə verib FOTOLAR YENİLƏNƏCƏK  

11:38
20 Yanvar

20 Yanvar şəhidlərinin xatirəsi daim uca tutulacaqdır

10:11
20 Yanvar

Qeydə alınan zəlzələ təkanları təhlükə yaratmır

09:40
20 Yanvar

Azərbaycan ritmini dünyada təbliğ edən sənətkar

09:35
20 Yanvar

Mingəçevir - Kür üstündə nur şəhəri  

09:30
20 Yanvar

Qeyri-neft-qaz sektorunda məhsul istehsalı 5,5 faiz artıb

09:25
20 Yanvar

Azərbaycan qazı inamla Qərbə doğru irəliləyir

09:20
20 Yanvar

Peşə hazırlığı - gələcəyə hesablanmış dövlət siyasəti

09:15
20 Yanvar

Yazarlarımızın qələmində əbədiləşən 20 Yanvar

09:10
20 Yanvar

Azadlığın qanla yazılmış manifesti

09:05
20 Yanvar

Qanla yazılan tarix heç vaxt unudulmur

09:00
20 Yanvar

20 Yanvarın şahidi və şəhidi - qanla suvarılan qərənfil

08:55
20 Yanvar

Şəhid ailələrinə və əlillərə dövlət qayğısı daimidir

08:50
20 Yanvar

Arzusu həkim olmaq idi

08:45
20 Yanvar

Şəhidlər xiyabanından Zəfər meydanına

08:40
20 Yanvar

Azərbaycan xalqının milli yaddaşı və qəhrəmanlıq salnaməsi

08:35
20 Yanvar

Müstəqil yaşamaq istəyinin təcəssümü

08:30
20 Yanvar

Yarımçıq qalan arzular...

08:25
20 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!