28 Yanvar 2026 09:45
2215
Oxucu məktubları
A- A+
Cavabsız cavab

Cavabsız cavab

Sizin 08.01.2026-cı il tarixli məktubunuza aidiyyəti üzrə "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-də baxılıb.

Nəzərinizə çatdırırıq ki, "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-də "Məhməd. Fəthlər sultanı", Mədəniyyət TV kanalında isə "Paytaxt: Əbdülhəmid" tarixi türk seriallarının yayımı davam edir. Bununla yanaşı, QSC-də "Dirilən adam" adlı milli serialımızın da yayımı başlayıb. 


Hörmətlə,

Emin HÜSEYNOV,

Proqramlar direktoru


Redaksiyadan: Biz "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-yə qəzetimizdə dərc olunmuş oxucu məktubuna operativ reaksiya verdiyi üçün təşəkkür edirik. Əslində, belə də olmalıdır, çünki KİV olaraq hamımız oxucu, dinləyici və tamaşaçı üçün çalışırıq və o üzdən onların hər fikri, iradı, gileyi bizim, daha doğrusu, fəaliyyətimiz üçün gərəkli və faydalıdır.

Amma məsələ ondadır ki, AzTV-nin tamaşaçısı olan oxucumuzun narazılığı QSC-nin redaksiyamıza göndərdiyi məktubda sadalanan filmlərdən yox, konkret olaraq "Quruluş Osman" və "Səlahəddin Əyyubi: Qüdsün fatehi" seriallarının yayımının xəbərdarlıqsız və izahsız dayandırılmasından idi. Başqa sözlə, hörmətli telekanalın başqa türk seriallarını yayımlaması məktub müəllifinin sualına aydınlıq gətirmir və belə olan halda kim zəmanət verə bilər ki, QSC-nin hazırda nümayiş etdirdiyi seriallar da bir gün qəfildən kəsilməyəcək - xəbərdarlıqsız, izahsız. Bu isə, sözsüz ki, tamaşaçı etibarının itirilməsi deməkdir.  


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Yerin təkindən istifadə sahəsində fəaliyyətin təkmilləşdirilməsi (neft-qaz sahəsi üzrə fəaliyyət istisna olmaqla) və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi haqqında

00:15
21 Aprel

"Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsində əməliyyat-axtarış subyektlərinin səlahiyyət bölgüsü haqqında" Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli 507 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə

00:14
21 Aprel

Böyük Britaniyada məktəblərdə mobil telefon qadağası qanuniləşdirilir

23:30
20 Aprel

Fransada ənənəvi çörək istehlakı azalır

21:33
20 Aprel

D vitamini niyə vacibdir?

21:24
20 Aprel

Bəzi insanlar rəngləri “eşidir”, sözləri “dadır”

21:13
20 Aprel

Yeni Zelandiyanın paytaxtında fövqəladə vəziyyət

21:03
20 Aprel

BƏƏ-də məktəblərdə yeni təhlükəsizlik qaydaları tətbiq olunur

20:52
20 Aprel

“Threads” yenilənir

20:46
20 Aprel

Türkiyənin Milli Müdafiə Universitetinin nümayəndə heyəti ölkəmizdə səfərdədir  

20:41
20 Aprel

Tramp danışıqlarda irəliləyiş əldə ediləcəyi təqdirdə İran liderləri ilə görüşməyə hazır olduğunu bildirib

20:40
20 Aprel

İnsanabənzər robot rekord qırıb

20:36
20 Aprel

Kanada ABŞ-dən iqtisadi asılılığını azaltmaq istəyir

20:23
20 Aprel

“iPhone 18” bu rənglərdə ola bilər

20:17
20 Aprel

Dünya yeni bir başlanğıca ehtiyac duyur

20:11
20 Aprel

Neft qiymətləri artdı

20:04
20 Aprel

"Qida borusu və mədə xərçəngi" mövzusunda beynəlxalq elmi-praktiki konfrans

20:02
20 Aprel

Rumen Radevin koalisiyası Bolqarıstan seçkilərində qalib olub

19:58
20 Aprel

Azərbaycanın Suriya ilə təbii qaz ticarəti 53,9 milyon dolları ötüb

19:46
20 Aprel

Bakıda İslam İnkişaf Bankı Qrupunun 51-ci İllik Toplantılarına hazırlıq sessiyası keçirilib

19:39
20 Aprel

Gürcüstan-Azərbaycan arasındakı ticarət dövriyyəsi birinci rübdə 322,2 milyon dollar olub  

19:31
20 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!