Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının
109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, "İşsizlikdən sığorta
haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan
Respublikasının 2020-ci il 7 avqust tarixli 163-VIQD nömrəli Qanununun qüvvəyə minməsi
ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:
1. Müəyyən
edilsin ki:
1.1. "İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası
Qanununun 13.2.3-cü və 17.1-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti
orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
1.2. həmin Qanunun 13.2.3-cü və 17.1-ci maddələrində
"orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyi nəzərdə tutulur.
2. "İşsizlikdən
sığorta haqqında” Azərbaycan
Respublikasının 2017-ci il 30 iyun
tarixli 765-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin
2017-ci il 5 avqust tarixli 1569 nömrəli Fərmanında (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2018, № 8, maddə 1516, № 12 (I kitab), maddə 2579,
2019, № 6, maddə 1038, № 7, maddə 1217, № 12, maddə 1922; 2020, № 5, maddə 561;
Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 2 iyul tarixli 1081 nömrəli Fərmanı)
aşağıdakı dəyişikliklər edilsin:
2.1. 2.1-ci bənddə "10.2-ci, 16-cı” sözləri "10.2-ci, 13.2.3-cü, 16-cı, 17.1-ci” sözləri ilə əvəz edilsin;
2.2. 2.7-1-ci bənddə "19.0.2.6-cı maddəsində (ikinci
halda)” sözləri "13.2.3-cü, 17.1-ci və 19.0.2.6-cı (ikinci halda) maddələrində” sözləri ilə əvəz edilsin.
3. Azərbaycan
Respublikasının Nazirlər Kabineti "İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2020-ci il
7 avqust tarixli 163-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll
etsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
21 sentyabr 2020-ci il