03 İyun 2026 01:14
239
Fərmanlar
A- A+
Kibertəhlükəsizlik sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi və Fərmanının ləğv edilməsi haqqında

Kibertəhlükəsizlik sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi və Fərmanının ləğv edilməsi haqqında


Azərbaycan Respublikası Prezidentinin Fərmanı


Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, kibertəhlükəsizlik və fərdi məlumatların mühafizəsi sahələrində idarəetmə, tənzimləmə və nəzarət mexanizmlərinin təkmilləşdirilməsi, bu sahələrdə həyata keçirilən fəaliyyətin optimallaşdırılması və dövlət nəzarətinin səmərəliliyinin artırılması məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin əsasında Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (bundan sonra - Nazirlik) tabeliyində "Milli Kibertəhlükəsizlik Agentliyi" publik hüquqi şəxs yaradılsın.

2. "Milli Kibertəhlükəsizlik Agentliyinin Nizamnaməsi" təsdiq edilsin (əlavə olunur).

3. Müəyyən edilsin ki:

3.1. Milli Kibertəhlükəsizlik Agentliyi (bundan sonra - Agentlik) ölkədə kibertəhlükəsizlik sahəsində tənzimləmənin və nəzarətin (kritik informasiya infrastrukturlarına, dövlət orqanlarına (qurumlarına) məxsus olan informasiya infrastrukturlarına münasibətdə yalnız məlumat mübadiləsinin) həyata keçirilməsini, həmçinin dayanıqlılığın artırılmasını, o cümlədən informasiya infrastrukturu subyektlərinin fəaliyyətinin koordinasiyasını, informasiya infrastrukturlarının kibertəhlükəsizliyinin pozulmasına yönəldilmiş hərəkətləri  aşkarlamaq, araşdırmaq və qarşısını almaq üçün preventiv tədbirlərin görülməsini (dövlət orqanlarına (qurumlarına) məxsus olan informasiya infrastrukturları, eləcə də kritik informasiya infrastrukturları istisna olmaqla), mövcud və yarana biləcək kibertəhlükələr barədə ölkə səviyyəsində məlumatlandırmanı, əhalinin, dövlət və qeyri-dövlət qurumlarının kibertəhlükəsizlik sahəsində maarifləndirilməsini və onlara metodiki dəstək göstərilməsini təmin edən (ali kateqoriya dövlət orqanlarına, mühafizə olunan şəxslərə, qorunan və strateji obyektlərə, habelə dövlət orqanlarına (qurumlarına) məxsus olan informasiya infrastrukturlarına münasibətdə aidiyyəti səlahiyyətli orqan vasitəsilə, kritik informasiya infrastrukturunun təhlükəsizliyinə münasibətdə kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi sahəsində səlahiyyətli orqan vasitəsilə), habelə yayılması qadağan edilən informasiyanın internet informasiya ehtiyatlarında yerləşdirilməsinə qarşıtədbirlər görən və fərdi məlumatların mühafizəsi sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir;

3.2. Agentlik bu Fərmanın 1-ci hissəsində qeyd edilən dövlət orqanının hüquqi varisidir, onun bütün hüquq və öhdəlikləri, habelə əmlakı Agentliyə keçir;

3.3. Agentliyin nizamnamə fondu bu Fərmanın 1-ci hissəsində qeyd edilən dövlət orqanı üçün cari ilin dövlət büdcəsində nəzərdə tutulmuş və həmin dövlət orqanının öhdəliklərinin tam icra olunduğu tarixədək istifadə olunmamış vəsait hesabına formalaşdırılır;

3.4. Agentliyin fəaliyyətinin təşkili və təmin edilməsi xərcləri fəaliyyətindən, o cümlədən göstərdiyi xidmətlərdən əldə olunan vəsait və qanunla qadağan edilməyən digər mənbələr hesabına maliyyələşdirilir;

3.5. Agentliyin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün4 (dörd) üzvdən - sədr və onun 3 (üç) müavinindən ibarət İdarə Heyəti yaradılır.

4. Agentliyintəsisçisinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin:

4.1.  Azərbaycan Respublikasının Prezidentinə:

4.1.1. Agentliyinnizamnaməsinin təsdiqi və nizamnamə fondunun miqdarının müəyyən edilməsi, onlarda dəyişiklik edilməsi;

4.1.2. Agentliyinidarəetmə orqanlarının yaradılması;

4.1.3. Agentliyinyenidən təşkili və ləğvi;

4.2. Nazirliyə:

4.2.1. bu Fərmanın 4.1-ci bəndində qeyd edilənlər istisna olmaqla, "Publik hüquqi şəxslər haqqında" Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli.

5. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

5.1. Agentlikdövlət qeydiyyatına alındığı gündən 1 (bir) ay müddətində bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulan dövlət orqanının balansındakı əmlakın Agentliyinbalansına verilməsini təmin etsin və Agentliyinmaddi-texniki təminatının yaxşılaşdırılması ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

5.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

6.  Nazirlik:

6.1. Agentliyindövlət qeydiyyatına alınması üçün bu Fərman qüvvəyə mindiyi tarixdən 3 (üç) gün müddətində "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tədbirlər görsün;

6.2. bu Fərmandan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görsün.

7. "İnformasiya təhlükəsizliyi sahəsində fəaliyyətin təkmilləşdirilməsi tədbirləri haqqında" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 26 sentyabr tarixli 708 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 9, maddə 860 (Cild I) 4-cü hissəsi aşağıdakı redaksiyada verilsin:

"4.Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ölkədə ümumi kibertəhlükəsizlik vəziyyətini mütəmadi təhlil etsin, əhalinin, dövlət və qeyri-dövlət  qurumlarının rəqəmsal vasitələrdən istifadə zamanı mövcud və yarana biləcək kibertəhlükələr barədə məlumatlandırılmasını həyata keçirsin, onlara texniki və metodiki dəstək göstərsin (ali kateqoriya dövlət orqanlarına, mühafizə olunan şəxslərə, qorunan və strateji obyektlərə, habelə dövlət orqanlarına (qurumlarına) məxsus olan informasiya infrastrukturlarına münasibətdə aidiyyəti səlahiyyətli orqan vasitəsilə, kritik informasiya infrastrukturunun təhlükəsizliyinə münasibətdə kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi sahəsində səlahiyyətli orqan vasitəsilə), ölkəyə daxil olan ümumi internet trafikində qlobal kiberhücumların qarşısını almaq məqsədilə telekommunikasiya operatoru, provayderi və aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə qabaqlayıcı tədbirlər görsün və mütəmadi olaraq Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.".

8. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017,  № 5, maddə 765 (Cild I); 2024, № 4, maddə 381, № 6 (I kitab), maddə 649, № 7, maddələr 812, 814, 815, № 12 (I kitab), maddə 1294, (II kitab), maddə 1367; 2025, № 2, maddə 127, № 3, maddə 232, № 4 (I kitab), maddə 325, № 5, maddə 463, № 6, maddələr 541, 561, № 8, maddələr 756, 763, № 9, maddə 820, № 10, maddə 898, № 11, maddələr 1018, 1036; 2026, № 1, maddə 36, № 2, maddə 123, № 3, maddə 226; Azərbaycan Respublikası Prezidentinin 2026-cı il  15 aprel tarixli 643 nömrəli və 6 may tarixli 660 nömrəli fərmanları) ilə təsdiq edilmiş "Rayon (şəhər) məhkəmələrinin və hərbi məhkəmələrin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı"nın 31-5.2-ci bəndində "yanında Elektron Təhlükəsizlik Xidmətinin rəisi, onun müavini, şöbə müdiri, onun müavini, sektor müdiri" sözləri "tabeliyində Milli Kibertəhlükəsizlik Agentliyinin İdarə Heyətinin sədri, onun müavinləri, departament direktoru, onun müavini, şöbə müdiri, baş mütəxəssis, böyük mütəxəssis, aparıcı mütəxəssis, mütəxəssis" sözləri ilə əvəz edilsin.

9. "Azərbaycan Respublikasında rəqəmsal inkişaf və nəqliyyat sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 1, maddə 41 (Cild I); 2024, № 2, maddə 155, № 6 (I kitab), maddə 654, № 8, maddə 948, № 12 (I kitab), maddə 1287; 2025, № 3, maddələr 224, 227, № 6, maddə 552, № 8, maddə 759;2026, № 3, maddə 227) aşağıdakı dəyişikliklər edilsin:

9.1. 5-ci hissədən ", Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin işçilərinin say həddi 30 ştat vahidi" sözləri çıxarılsın;

9.2. həmin Fərmanla təsdiq edilmiş "Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi haqqında Əsasnamə"nin 3-cü hissəsi üzrə:

9.2.1. 3.0.36-cı və 3.0.36-1-ci yarımbəndlərə "sistemlərinin" sözündən sonra "(ali kateqoriya dövlət orqanlarının, habelə mühafizə olunan şəxslərin, qorunan və strateji obyektlərin təhlükəsizliyini təmin edən dövlət orqanlarının, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin və dövlət sirrinə aid edilən fərdi məlumatların informasiya ehtiyatları və sistemləri istisna olmaqla)" sözləri əlavə edilsin;

9.2.2. 3.0.67-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:

"3.0.67. ölkədə ümumi kibertəhlükəsizlik vəziyyətini mütəmadi təhlil etmək, əhalini,  dövlət və qeyri-dövlət qurumlarını rəqəmsal vasitələrdən istifadə zamanı mövcud və yarana biləcək kibertəhlükələr barədə məlumatlandırmaq, onlara texniki və metodiki dəstək göstərmək (ali kateqoriya dövlət orqanlarının, mühafizə olunan şəxslərə, qorunan və strateji obyektlərə, habelə dövlət orqanlarına (qurumlarına) məxsus olan informasiya infrastrukturlarına münasibətdə aidiyyəti səlahiyyətli orqan vasitəsilə, kritik informasiya infrastrukturunun təhlükəsizliyinə münasibətdə kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi sahəsində səlahiyyətli orqan vasitəsilə), ölkəyə daxil olan ümumi internet trafikində qlobal kiberhücumların qarşısını almaq məqsədilə telekommunikasiya operatoru, provayderi və aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə qabaqlayıcı tədbirlər görmək, kibertəhlükəsizlik sahəsində informasiya infrastrukturu subyektlərinin fəaliyyətinin koordinasiyasını (kritik informasiya infrastrukturları, dövlət orqanlarına (qurumlarına) məxsus olan informasiya infrastrukturlarına münasibətdə yalnız məlumat mübadiləsini) həyata keçirmək;";

9.2.3. 3.0.67-1-ci yarımbənddə "qurumlarına" sözü "orqanlarına (qurumlarına)" sözləri ilə əvəz edilsin;

9.2.4. 3.0.67-2-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:

"3.0.67-2. ölkədə kibertəhlükəsizlik sahəsində koordinasiyanı (kritik informasiya infrastrukturları, dövlət orqanlarına (qurumlarına) məxsus olan informasiya infrastrukturlarına münasibətdə yalnız məlumat mübadiləsini) və preventiv tədbirlərin görülməsini, habelə kibertəhlükələr barədə məlumatların toplanılmasını və araşdırılmasını, eləcə də ölkə üzrə digər informasiya infrastrukturlarının kibertəhlükəsizliyinin pozulmasına yönəldilmiş hərəkətlərin aşkarlanmasını və araşdırılmasını, qarşısının alınmasını təmin edən milli kompüter insidentlərinə qarşı mübarizə mərkəzinin fəaliyyətini təşkil etmək, milli və sahəvi kompüter insidentlərinə qarşı mübarizə mərkəzləri arasında vahid məlumatlandırma mexanizmlərini müəyyən etmək;"; 

9.2.5. 3.0.69-cu yarımbəndə "sistemlərində" sözündən sonra "(ali kateqoriya dövlət orqanlarının, habelə mühafizə olunan şəxslərin, qorunan və strateji obyektlərin təhlükəsizliyini təmin edən dövlət orqanlarının, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin və dövlət sirrinə aid edilən fərdi məlumatların informasiya ehtiyatları və sistemləri istisna olmaqla)" sözləri əlavə edilsin;

9.2.6. 3.0.70-ci yarımbənddə "elektron təhlükələrin" sözləri "kibertəhlükələrin" sözü ilə əvəz edilsin;

9.2.7. 3.0.83-1-ci yarımbənddə "Nazirliyin yanında Elektron Təhlükəsizlik Xidməti" sözləri "tabeliyindəki qurum" sözləri ilə əvəz edilsin;

9.3. həmin Fərmanla təsdiq edilmiş "Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin strukturu"nun 5-ci hissəsi ləğv edilsin.

10. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 9, maddə 1826 (Cild I); 2024, № 6 (I kitab), maddə 654, № 9, maddə 1004; 2025, № 8, maddə 759) ilə təsdiq edilmiş "Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları"nın 7.1.11-ci yarımbəndində "elektron təhlükələr" sözləri "kibertəhlükələr" sözü ilə əvəz edilsin.

11. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 14 iyun tarixli 742 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 6, maddə 1034 (Cild I); 2025, № 1, maddə 20) ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydası"nın 1.6.2-ci yarımbəndində "elektron təhlükələrin" sözləri "kibertəhlükələrin" sözü ilə əvəz edilsin.

12. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 6 oktyabr tarixli 2328 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 10, maddə 1376 (Cild I); Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 4 may tarixli 659 nömrəli Fərmanı) ilə təsdiq edilmiş "Normativ hüquqi aktlar" informasiya sistemi haqqında Əsasnamə"nin 7.1.4-cü yarımbəndində "elektron təhlükələr" sözləri "kibertəhlükələr" sözü ilə əvəz edilsin.

13. "İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 29 mart tarixli 3851 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 3, maddə 571 (Cild I); 2025, № 5, maddə 477) 1-ci hissəsində "Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin rəisi" sözləri "Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində "Milli Kibertəhlükəsizlik Agentliyi" publik hüquqi şəxsin İdarə Heyətinin sədri" sözləri ilə əvəz edilsin.

14. Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 27 fevral tarixli 953 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2026, № 2, maddə 162) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026-2028-ci illər üçün Fəaliyyət Planı"nın "8. Fəaliyyət Planının həyata keçirilməsi üzrə Tədbirlər Planı"nın 8.4.1-ci yarımbəndinin "aralıq nəticələr" və "yekun nəticələr" sütunlarında ismin müvafiq hallarında "Elektron Təhlükəsizlik Xidməti" sözləri ismin müvafiq hallarında "Milli Kibertəhlükəsizlik Agentliyi" sözləri ilə əvəz edilsin.

15. "Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 5 mart tarixli 833 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 3, maddə 235 (Cild I) ləğv edilsin.


İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 2 iyun 2026-cı il


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Kibertəhlükəsizlik sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi və Fərmanının ləğv edilməsi haqqında

01:14
03 İyun

"Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə

01:13
03 İyun

Milli Kibertəhlükəsizlik Agentliyinin NİZAMNAMƏSİ

01:12
03 İyun

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 30 iyul tarixli 367 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qruplarının fəaliyyət Qaydası”nda dəyişiklik edilməsi haqqında

01:10
03 İyun

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 11 aprel tarixli 107 nömrəli Qərarı ilə təsdiq edilmiş “Aviasiya personalına şəhadətnamələrin, vəsiqələrin və ya sertifikatların verilməsi və digər dövlətdə verilmiş analoji sənədlərin tanınması Qaydaları”nda dəyişiklik edilməsi haqqında 

01:08
03 İyun

“Sabunçu Tikinti-Quraşdırma” Qapalı Səhmdar Cəmiyyətinin səhmdarlarının nəzərinə!

01:07
03 İyun

REQUEST FOR EXPRESSIONS OF INTEREST (CONSULTING SERVICES - FIRMS SELECTION)

01:06
03 İyun

MARAQ MƏKTUBLARININ QƏBUL EDİLMƏSİNƏ DAİR ELAN (MƏSLƏHƏT XİDMƏTLƏRİ) 

01:05
03 İyun

Ərdoğanla Paşinyan arasında telefon danışığı olub

23:42
02 İyun

Ukraynalı uşaqların növbəti qrupu reabilitasiya üçün Azərbaycana yola salınıb

22:30
02 İyun

Tramp: İran və ABŞ-nin bir neçə gün əvvəl danışıqları dayandırdığı barədə xəbərlər yalandır

21:53
02 İyun

ABŞ Dövlət katibi: Cekson-Venik ticarət məhdudiyyətlərinin aradan qaldırılmasını istərdik

21:34
02 İyun

Stiv Deyns: Azərbaycan və Ermənistanın Ağ Evdə bir araya gəlməsi böyük dönüş nöqtəsi idi

21:25
02 İyun

Kanada Azərbaycanla münasibətlərin daha da inkişaf etdirilməsində maraqlıdır

21:04
02 İyun

Senator: TRIPP Ermənistan və Azərbaycan üçün deyil, həm də bir çox qonşu ölkələr üçün xeyir vəd edir  

21:04
02 İyun

Azərbaycan qlobal enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan etibarlı tərəfdaşdır  

20:00
02 İyun

Müdafiə naziri Zakir Həsənov Gürcüstanda bir sıra hərbi obyektlərdə olub

19:59
02 İyun

31-ci Bakı Enerji Forumu başa çatıb

19:57
02 İyun

Ermənistan vətəndaşlarının apellyasiya məhkəməsində vəsatətlərə baxılıb

19:53
02 İyun

Əfqanıstan İslam Əmirliyinin Baş naziri Əl-Hac Molla Məhəmməd Həsən Axunddan

19:52
02 İyun

CECECO: Təmiz enerji sahəsində innovasiyaların genişləndirilməsi maliyyə resurslarına çıxış və güclü regional tərəfdaşlıq tələb edir  

19:51
02 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!