14 Noyabr 2026 11:48
110
Mədəniyyət
A- A+
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

İrəvandakı Göy məscidin tarixi-mədəni və dini kimliyinin qorunması beynəlxalq mədəni irsin mühafizəsi prinsiplərinin tələbidir. Azərbaycanın İşğaldan Azad Edilmiş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyi İrəvan şəhərində yerləşən Göy məscidin mərasim zalına erməni şairi Yeğişe Çarentsinin adının verilməsi və həmin məkanda onun büstünün yerləşdirilməsinin nəzərdə tutulması ilə bağlı narahatlığını bildirir. Hesab edirik ki, tarixi dini abidələrin daxilində həyata keçirilən bu kimi təşəbbüslər onların ilkin təyinatı, tarixi funksiyası və mədəni mənsubiyyəti baxımından ciddi elmi və ictimai müzakirə tələb edir.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycanın İşğaldan Azad Edilmiş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyinin bəyanatında qeyd olunub.

Bildirilib ki, hər bir tarixi abidənin qorunması yalnız onun memarlıq quruluşunun saxlanılması ilə məhdudlaşmamalı, həm də həmin abidənin yaranma tarixinə, dini mahiyyətinə, ilkin funksiyasına və tarixi kimliyinə hörmət edilməsini əhatə etməlidir.

“XVIII əsrdə İrəvan xanı Hüseynəli xanın hakimiyyəti dövründə inşa edilmiş Göy məscid Azərbaycan xalqının tarixi-mədəni və dini irsinin mühüm memarlıq nümunələrindən biridir. Məscid İrəvan şəhərinin tarixi memarlıq simasında, bölgənin müsəlman əhalisinin dini və ictimai həyatında mühüm yer tutmuşdur. Onun tarixi İrəvan xanlığının siyasi, sosial və mədəni mühiti ilə sıx bağlıdır. Göy məscidin mərasim zalına başqa bir mədəniyyət xadiminin adının verilməsi və orada büstünün yerləşdirilməsi təşəbbüsü abidənin dini təyinatı və tarixi-memarlıq bütövlüyü baxımından qiymətləndirilməlidir. Söhbət konkret bir ədibin ədəbi irsinin tanınmasına qarşı çıxmaqdan getmir. Yeğişe Çarentsinin ədəbi fəaliyyətinə və yaradıcılığına ehtiram göstərilməsi üçün müxtəlif mədəni məkanlar mövcuddur. Lakin dini ibadət abidəsinin tarixi funksiyasına və memarlıq-mədəni kimliyinə uyğun olmayan memorial təşəbbüslərin həyata keçirilməsi məqsədəuyğun hesab edilə bilməz. Xüsusilə qeyd edirik ki, Göy məscidin bərpasında İran tərəfinin iştirak etməsi, maliyyə və texniki dəstək göstərməsi onun tarixi mənsubiyyətinin müəyyənləşdirilməsi üçün yeganə meyar ola bilməz. Abidənin tarixi kimliyi onun inşa edildiyi dövr, sifarişçisi, yerləşdiyi tarixi-mədəni mühit və memarlıq xüsusiyyətləri əsasında elmi şəkildə araşdırılmalıdır. Bərpa prosesində iştirak edən tərəflərin rolu ilə abidənin tarixi mənsubiyyəti bir-birindən fərqləndirilməlidir. Mədəni irsin qorunması sahəsində beynəlxalq sənədlər də bu məsələyə məsuliyyətli yanaşmanı tələb edir. 1954-cü il Haaqa Konvensiyası silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunmasının hüquqi əsaslarını müəyyən edir. 1972-ci il UNESCO Konvensiyası isə mədəni və təbii irsin müəyyənləşdirilməsi, mühafizəsi və gələcək nəsillərə ötürülməsi sahəsində dövlətlərin öhdəliklərini təsbit edir. ICOMOS-un Venesiya Xartiyasında əksini tapan autentiklik, tarixi dəyər və abidələrin qorunması prinsipləri də bu baxımdan mühüm metodoloji əhəmiyyət daşıyır. Biz hesab edirik ki, tarixi abidələrin istifadəsi və təqdimatı zamanı onların ilkin funksiyasını və mədəni kimliyini arxa plana keçirən yanaşmalardan çəkinmək lazımdır. Dini abidələr müxtəlif xalqların tarixi yaddaşının, mənəvi dəyərlərinin və mədəni özünəməxsusluğunun daşıyıcılarıdır. Onların siyasi, ideoloji və ya başqa məqsədlərlə istifadə edilməsi cəmiyyətlər arasında qarşılıqlı etimadın formalaşmasına xidmət etmir.

Qeyd etmək istərdik ki, Azərbaycan xalqının Qarabağ və Şərqi Zəngəzurda yerləşən dini-mədəni irsinə münasibətdə də eyni prinsiplərin tətbiq olunması vacibdir. İşğal dövründə məscidlərə, qəbiristanlıqlara və digər dini-memarlıq abidələrinə vurulmuş ziyan mədəni irsin qorunmasının nə qədər mühüm məsələ olduğunu bir daha göstərir. Azərbaycan dövləti işğaldan azad edilmiş ərazilərdə tarixi və dini abidələrin bərpası, mühafizəsi və gələcək nəsillərə çatdırılması istiqamətində tədbirlər həyata keçirir. Mədəni irsin qorunması bütün dövlətlər üçün eyni məsuliyyət və obyektiv meyarlar əsasında həyata keçirilməlidir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, təşkilatımız:

• Ermənistan və İran tərəflərini İrəvandakı Göy məscidin tarixi mənsubiyyətinə, dini təyinatına və Azərbaycan xalqının mədəni irsi ilə bağlılığına hörmətlə yanaşmağa çağırır;

• Məscidin mərasim zalına Yeğişe Çarentsinin adının verilməsi və orada büstünün yerləşdirilməsi təşəbbüsünün tarixi abidənin ilkin funksiyası və autentikliyi baxımından yenidən nəzərdən keçirilməsini zəruri hesab edir;

• Göy məscidin tarixi-memarlıq xüsusiyyətlərinin, ilkin dini funksiyasının və tarixi kimliyinin qorunmasını tələb edir;

• UNESCO, ICOMOS və digər beynəlxalq mədəni irs qurumlarını Göy məscidin tarixi-mədəni kimliyinin qorunması məsələsinə diqqət yetirməyə çağırır;

• Tarixi və dini abidələrin siyasi və ideoloji məqsədlərdən kənar saxlanılmasının, onların mənsubiyyətinə və ilkin təyinatına hörmət edilməsinin regional mədəni əməkdaşlıq və etimad mühiti üçün mühüm şərt olduğunu bəyan edir.

Bir daha vurğulayırıq ki, tarixi abidələr ayrı-ayrı siyasi maraqların deyil, bəşəriyyətin ortaq yaddaşının daşıyıcılarıdır. Onların qorunması tarixi həqiqətə, elmi obyektivliyə və mədəni müxtəlifliyə hörmət əsasında həyata keçirilməlidir. Tarixi irsin qorunması onun yalnız divarlarını deyil, yaddaşını, kimliyini və mənəvi mahiyyətini də qorumaq deməkdir”, - deyə bəyanatda vurğulanıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan-Böyük Britaniya iqtisadi əlaqələri enerji layihələri ilə məhdudlaşmır

15:12
14 Noyabr

Yaponiyalı tələbələrə Azərbaycanın xarici siyasəti haqqında mühazirə oxunub

14:53
14 Noyabr

Azərbaycan–Böyük Britaniya münasibətləri strateji tərəfdaşlıq müstəvisində

14:39
14 Noyabr

Sabah Bakıda və rayonlarda yağış, dağlıq ərazilərdə qar yağacaq

14:31
14 Noyabr

Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

13:26
14 Noyabr

Bir gündə 10 təşəbbüs, 10 görüş...

13:26
14 Noyabr

Bahar Muradova: Azərbaycanda qlobal iqlim gündəliyinə verilən təkan Türkiyədə yeni qərarların alınmasına gətirib çıxarmalıdır

12:47
14 Noyabr

COP31-də altıncı günün əsas mövzusu uşaqlar və gənclərdir

12:29
14 Noyabr

Müdafiə Nazirliyi: Hərbi hissələrdə əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub

12:25
14 Noyabr

Britaniyalı ekspert: Azərbaycan və Böyük Britaniya arasında strateji tərəfdaşlıq münasibətlərin inkişafında mühüm mərhələdir

12:01
14 Noyabr

İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

11:48
14 Noyabr

Azərbaycan nefti 102 dollara satılır

11:27
14 Noyabr

Azərbaycan Avropanın enerji keçidində iştirak edəcək vacib tərəfdaşdır

11:24
14 Noyabr

Tramp Çin və Rusiya liderləri ilə ilk dəfə üçtərəfli görüş keçirəcək

11:20
14 Noyabr

Leyla Əliyeva COP31-də Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Tullantı Fondunun birgə pavilyonunda olub, bir sıra ekspertlərlə görüşüb

10:06
14 Noyabr

Bilmək istəyirəm

09:05
14 Noyabr

Fransa etirazları susdurmaq üçün antiterror tədbirlərinə əl atır

09:00
14 Noyabr

ADY 10 ayda yük daşımaları üzrə yüksək göstəricilər əldə edib

08:55
14 Noyabr

Orqanizmi səssiz zədələyən "şirinlik"

08:50
14 Noyabr

Azərbaycanda şəhərsalma - zəngin keçmiş, modern müasirlik, texnoloji gələcək

08:45
14 Noyabr

Tanınmış dilçi alim

08:40
14 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!