12 İyun 2026 11:54
126
İQTİSADİYYAT
A- A+
Heydər Əliyev Beynəlxalq Aeroportundan 40-a yaxın aviaşirkət tərəfindən aviareyslər həyata keçirilir

Heydər Əliyev Beynəlxalq Aeroportundan 40-a yaxın aviaşirkət tərəfindən aviareyslər həyata keçirilir


Yay mövsümünün başlaması ilə səyahət planları da aktuallaşır. Hazırda Heydər Əliyev Beynəlxalq Aeroportundan dünyanın müxtəlif regionlarına 40-a yaxın aviaşirkət tərəfindən müntəzəm reyslər həyata keçirilir. “AZAL”, “Turkish Airlines”, “Lufthansa”, “LOT Polish Airlines”, “Air Astana”, “Wizz Air”, “Pegasus Airlines”, “AJet”, “Air Astana”, “Centrum Air”, “China Southern” və digər beynəlxalq aviadaşıyıcılar sərnişinlərə geniş marşrut şəbəkəsi təqdim edir.

Beynəlxalq aeroportdan AZƏRTAC-a bildirilib ki, yay mövsümündə ən yüksək tələbat ənənəvi olaraq Türkiyənin kurort şəhərləri və Avropanın məşhur turizm mərkəzləri üzrə müşahidə olunur.

Antalya, Bodrum, İzmir, Roma, Milan, Paris, Barselona, Praqa və Vyana kimi istiqamətlər bu mövsümdə sərnişinlərin ən çox üstünlük verdiyi marşrutlar sırasındadır.

Son illərdə Asiya və Mərkəzi Asiyaya maraq da əhəmiyyətli dərəcədə artıb. Azərbaycan və Çin arasında tətbiq olunan vizasız rejimdən sonra Pekin və Urumçi istiqamətləri sərnişinlər üçün daha cəlbedici olub. Astana, Almatı, Daşkənd, Şımkənd, və Səmərqənd kimi şəhərlər isə tarixi İpək Yolu irsi, zəngin mədəniyyəti və inkişaf edən turizm potensialı ilə diqqət çəkir.

Bununla yanaşı, yay mövsümündə Bakıdan həyata keçirilən uçuş şəbəkəsi yeni aviaşirkətlərin qoşulması ilə daha da genişlənib. “Air Serbia”nın Belqrad, “Airblue”nun Lahor və “FlyOne”nın Daşkənd istiqamətlərində təklif etdiyi uçuşlar sərnişinlərə daha çox seçim və əlavə səyahət imkanları yaradır.

Artan tələbatı nəzərə alaraq sərnişinlərə səyahətlərini əvvəlcədən planlaşdırmaq və aviabiletlərini erkən əldə etmək tövsiyə olunur. Uçuş cədvəlləri və aviabiletlər barədə ətraflı məlumatı müvafiq aviaşirkətlərin rəsmi internet səhifələrindən əldə etmək mümkündür.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Agentlik: Ölkə üzrə 4 min 194 ümumtəhsil məktəbi fəaliyyət göstərir

13:01
12 İyun

Sahil Babayev: Beynəlxalq əməkdaşlıq və diplomatik fəaliyyətə 655 milyon manat xərclənib  

12:51
12 İyun

İndoneziyada üç vulkan eyni vaxtda aktivləşib

12:47
12 İyun

Nazir: İşğaldan azad olunmuş ərazilərdə infrastruktura 4,5 milyard manat vəsait yönəldilib

12:46
12 İyun

Maliyyə naziri: Dövlət borcu ÜDM-in 18,4 faizinədək azalıb

12:37
12 İyun

İran XİN: ABŞ ilə razılaşmanın əsas bəndləri artıq təsdiqlənib

12:36
12 İyun

Pakistanda polisə hücum olub: ölənlər var

12:33
12 İyun

Maliyyə naziri: Məcmu valyuta ehtiyatlarının səviyyəsi makroiqtisadi sabitliyin mühüm təminatıdır

12:31
12 İyun

“Mehr”: İran və ABŞ arasında memorandum 14 bənddən ibarətdir  

12:29
12 İyun

Nazir: 2025-ci ildə dövlət büdcəsi ölkənin inkişaf prioritetlərinə uyğun şəkildə icra edilib  

12:26
12 İyun

Koordinasiya Şurası ölkə risk qiymətləndirilməsi hesabatını təsdiqləyib

12:23
12 İyun

Qızılın qiyməti həftəni 3,5 faizlik itki ilə tamamlayır

12:19
12 İyun

Əli Əhmədov: Qurtuluş məfkurəsi Azərbaycanın gələcəyinə istiqamət verir

12:16
12 İyun

Yaponiya yeni nəsil H3 raketini uğurla orbitə çıxarıb  

12:13
12 İyun

İcra başçısı: Ötən il İsmayıllıda 31 min hektar əkin sahəsindən 96 min ton taxıl məhsulu əldə olunub

12:11
12 İyun

Sədr müavini: Qərb regionunda 32 subartezian quyusunun təmiri nəzərdə tutulur

12:07
12 İyun

Qurban Qurbanov dünya çempionatındakı favoritini açıqlayıb

12:03
12 İyun

Nazir müavini: 2030-cu ilə qədər qoyun əti istehsalının 21 faiz artırılması nəzərdə tutulur  

12:01
12 İyun

Sahibə Qafarova: Ulu Öndərin dövlətçilik konsepsiyası xalqın uzunmüddətli strateji maraqlarına əsaslanır  

11:59
12 İyun

ADSEA sədri görülən və planlaşdırılan işləri açıqlayıb

11:57
12 İyun

Heydər Əliyev Beynəlxalq Aeroportundan 40-a yaxın aviaşirkət tərəfindən aviareyslər həyata keçirilir

11:54
12 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!