12 İyun 2026 11:57
156
CƏMİYYƏT
A- A+
ADSEA sədri görülən və planlaşdırılan işləri açıqlayıb

ADSEA sədri görülən və planlaşdırılan işləri açıqlayıb


Qlobal iqlim dəyişiklikləri, yağıntıların qeyri-sabit xarakter alması və mövcud su ehtiyatlarına artan tələbat su resurslarının idarə olunmasına yeni yanaşmaların tətbiqini zəruri edir. Bu çağırışları nəzərə alaraq Agentlik tərəfindən regionda su təminatının etibarlılığının yüksəldilməsi, infrastrukturun modernləşdirilməsi və su itkilərinin azaldılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramının müzakirəsi məqsədilə Ağdaşda keçirilən regional müşavirədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədri Zaur Mikayılov deyib.

O qeyd edib ki, son illərdə Türyançay Sol Sahil suvarma kanalının yenidən qurulması nəticəsində Ağdaş və Ucar rayonlarında ümumilikdə 11 min hektardan artıq torpaq sahəsinin, Türyançay Sağ Sahil suvarma kanalının yenidən qurulması hesabına isə Ağdaş rayonunda 12 min 500 hektar əkin sahəsinin su təminatı əhəmiyyətli dərəcədə yaxşılaşdırılıb. Zərdab rayonunda həyata keçirilmiş ÇTZ suvarma kanalının yenidən qurulması layihəsi mövcud torpaqların su təminatını yaxşılaşdırmaqla yanaşı, əlavə 3 min hektar yeni sahənin kənd təsərrüfatı dövriyyəsinə cəlb olunmasına imkan yaradıb. Suqovuşan su anbarının və magistral kanalının bərpası nəticəsində Yevlax rayonu da daxil olmaqla ümumilikdə 96 min hektara yaxın əkin sahəsi etibarlı su mənbəyi ilə təmin edilib. Tərtərçay Sol Sahil kanalının yenidən qurulması isə Yevlax və ətraf rayonlarda 30 min hektara yaxın torpağın su təminatının gücləndirilməsinə şərait yaradıb.

“Hazırda icra olunan ən mühüm strateji layihələrdən biri Şirvan suvarma kanalının tikintisidir və layihə tamamlandıqdan sonra Yevlax, Ağdaş, Göyçay, Kürdəmir və Zərdab daxil olmaqla 228 min hektardan artıq dayanıqlı su təminatı olan suvarma sahəsi formalaşacaq. Burada, mövcud 112 min hektardan çox əkinə yararlı torpağın su təminatı əsaslı şəkildə yaxşılaşacaq və əlavə 116 min hektardan artıq yeni sahə əkin dövriyyəsinə cəlb ediləcək. Perspektiv layihələr sırasında xüsusi əhəmiyyət daşıyan Qarabağ suvarma kanalı vasitəsilə Yevlax rayonu da daxil olmaqla, geniş bir bölgədə 115 min hektar mövcud əkin sahəsinin su təminatı yaxşılaşdırılacaq və əlavə 51 min hektar yeni torpaq sahəsi suvarma imkanları əldə edəcək. Eyni zamanda Sərsəng su anbarının müasir standartlara uyğun bərpası nəticəsində Yevlax və ətraf rayonlarda 96 min hektardan artıq əkin sahəsinin uzunmüddətli və etibarlı su təminatının yaradılması nəzərdə tutulur ki, bu da ölkəmizin ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsinə və kənd təsərrüfatının dayanıqlı inkişafına mühüm töhfə verəcək”, - deyə ADSEA sədri əlavə edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Agentlik: Ölkə üzrə 4 min 194 ümumtəhsil məktəbi fəaliyyət göstərir

13:01
12 İyun

Sahil Babayev: Beynəlxalq əməkdaşlıq və diplomatik fəaliyyətə 655 milyon manat xərclənib  

12:51
12 İyun

İndoneziyada üç vulkan eyni vaxtda aktivləşib

12:47
12 İyun

Nazir: İşğaldan azad olunmuş ərazilərdə infrastruktura 4,5 milyard manat vəsait yönəldilib

12:46
12 İyun

Maliyyə naziri: Dövlət borcu ÜDM-in 18,4 faizinədək azalıb

12:37
12 İyun

İran XİN: ABŞ ilə razılaşmanın əsas bəndləri artıq təsdiqlənib

12:36
12 İyun

Pakistanda polisə hücum olub: ölənlər var

12:33
12 İyun

Maliyyə naziri: Məcmu valyuta ehtiyatlarının səviyyəsi makroiqtisadi sabitliyin mühüm təminatıdır

12:31
12 İyun

“Mehr”: İran və ABŞ arasında memorandum 14 bənddən ibarətdir  

12:29
12 İyun

Nazir: 2025-ci ildə dövlət büdcəsi ölkənin inkişaf prioritetlərinə uyğun şəkildə icra edilib  

12:26
12 İyun

Koordinasiya Şurası ölkə risk qiymətləndirilməsi hesabatını təsdiqləyib

12:23
12 İyun

Qızılın qiyməti həftəni 3,5 faizlik itki ilə tamamlayır

12:19
12 İyun

Əli Əhmədov: Qurtuluş məfkurəsi Azərbaycanın gələcəyinə istiqamət verir

12:16
12 İyun

Yaponiya yeni nəsil H3 raketini uğurla orbitə çıxarıb  

12:13
12 İyun

İcra başçısı: Ötən il İsmayıllıda 31 min hektar əkin sahəsindən 96 min ton taxıl məhsulu əldə olunub

12:11
12 İyun

Sədr müavini: Qərb regionunda 32 subartezian quyusunun təmiri nəzərdə tutulur

12:07
12 İyun

Qurban Qurbanov dünya çempionatındakı favoritini açıqlayıb

12:03
12 İyun

Nazir müavini: 2030-cu ilə qədər qoyun əti istehsalının 21 faiz artırılması nəzərdə tutulur  

12:01
12 İyun

Sahibə Qafarova: Ulu Öndərin dövlətçilik konsepsiyası xalqın uzunmüddətli strateji maraqlarına əsaslanır  

11:59
12 İyun

ADSEA sədri görülən və planlaşdırılan işləri açıqlayıb

11:57
12 İyun

Heydər Əliyev Beynəlxalq Aeroportundan 40-a yaxın aviaşirkət tərəfindən aviareyslər həyata keçirilir

11:54
12 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!