04 Dekabr 2025 12:02
268
DÜNYA
A- A+
Hakan Fidan: Türkiyə - Rusiya ilə Ukrayna arasında sülh danışıqları üçün ən yaxşı yerdir  

Hakan Fidan: Türkiyə - Rusiya ilə Ukrayna arasında sülh danışıqları üçün ən yaxşı yerdir  


Türkiyənin xarici işlər naziri Hakan Fidan Türkiyəni Rusiya ilə Ukrayna arasında sülh danışıqları üçün ən yaxşı yer adlandırıb.

AZƏRTAC xəbər verir ki, jurnalistlərlə söhbətində Türkiyə diplomatiyasının rəhbəri İstanbulda keçirilən Rusiya-Ukrayna danışıqlarının son üç raundunu xatırladıb. “Tərəflər Türkiyədə təşkil olunmuş danışıqlar prosesinin hər mərhələsindən məmnun idilər”, - deyə H.Fidan bildirib və Ankaranın Kiyevlə Moskva arasında sülhə ümidini itirmədiyini vurğulayıb.

Onun sözlərinə görə, danışıqlar prosesinin davam etdirilməsi region üçün böyük əhəmiyyət kəsb edir. “Şərtlər nə qədər çətin və tərəflərin mövqeləri nə qədər uzaq olsa da, razılığa gəlmək istəyi varsa, qaçılmaz olaraq bir nöqtədə kəsişəcəksiniz”, - deyə türkiyəli nazir bildirib.

H.Fidan, həmçinin ABŞ Prezidentinin xüsusi elçisi Stiven Uitkoffun rolunu yüksək qiymətləndirərək, Amerika liderinin nümayəndəsini Ukrayna ilə Rusiya arasında “kifayət qədər hazırlıqlı və bacarıqlı vasitəçi” adlandırıb.

Türkiyəli nazir qeyd edib ki, Ukrayna mövzusu bir çox tərəfin maraqlarını, o cümlədən Rusiya, həmçinin Avropanın məqsədləri və təhlükəsizliyini əhatə edir. “Hər şey bir-biri ilə sıx bağlıdır. Tərəflərdən hər biri fərqli parametrlərə əsaslanır və fərqli bir şey istəyir”, - deyə türkiyəli nazir bildirib və qeyd edib ki, “Türkiyə, hər kəsdən daha çox, yenidən dialoq platformasına çevrilməkdə maraqlıdır”.

“Əgər kağız üzərində çərçivə müəyyən edilə bilərsə, tərəflər detalları razılaşdırmaq üçün ortaq bir masa arxasında görüşə bilərlər”, - deyə H.Fidan bildirib.

Xarici işlər naziri Türkiyənin müstəsna iqtisadi zonasında iki tankerdə baş verən son yanğınlara toxunaraq qeyd edib ki, baş verənlər təkcə gəmiçilik üçün təhlükə yaratmır, həm də Qara dənizi “ticarət və dəniz sərnişin daşımaları üçün qapalı zonaya” çevirir. O, həmçinin qeyd edib ki, son hadisələr “Egey və Aralıq dənizlərinə çıxışı olan” Türkiyə üçün deyil, Rumıniya və Bolqarıstan üçün daha böyük problemdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanın “yaşıl enerji" gündəliyi

08:00
05 Dekabr

"AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 fevral tarixli 2515 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə

01:19
05 Dekabr

ABŞ-də nümayiş zamanı qırıcı təyyarə qəzaya uğrayıb  

22:35
04 Dekabr

Qazaxıstanla əmək və sosial müdafiə sahəsində gələcək əməkdaşlıq müzakirə olunub  

22:34
04 Dekabr

Maka Boçorişvili: Vaşinqtonda imzalanmış saziş Cənubi Qafqazda davamlı sülhün təmin edilməsi üçün mühüm təməl daşıdır  

22:30
04 Dekabr

Keniya parlamenti britaniyalı hərbçiləri müxtəlif cinayətlərdə ittiham edir  

22:29
04 Dekabr

“Caviar” bu smartfonları zərgərlik əsərinə çevirir  

22:26
04 Dekabr

Ekstremal hadisələr daha dağıdıcı olacaq  

22:25
04 Dekabr

Cari ilin ən yaxşı “Google Chrome” yeniləmələri elan edilib  

22:24
04 Dekabr

Güzəştli mənzillərin seçimi ilə bağlı kiberhücum cəhdinin qarşısı uğurla alınıb – RƏSMİ AÇIQLAMA  

21:06
04 Dekabr

ABŞ-da bayraqlar yarıya qədər endirilib  

21:05
04 Dekabr

Ermənistan vətəndaşlarının məhkəməsində təqsirləndirilən şəxslərin vəkillərinin müdafiə çıxışı yekunlaşıb  

21:03
04 Dekabr

Prezidentin Mətbuat Xidmətinin məlumatı

20:57
04 Dekabr

Elçin Şamilli: Süni intellekt rəssamın imkanlarını genişləndirir, amma yaradıcılığın təbiətini əvəz etmir  

20:56
04 Dekabr

QMİ sədri ABŞ Etnik Anlaşma Fondunun prezidenti və təsisçisi ilə görüşüb  

20:54
04 Dekabr

Rəşt-Astara dəmir yolu xətti istismara verilsə, iki qitə arasında nəqliyyat əlaqəsi təmin olunacaq 

20:53
04 Dekabr

Azərbaycan ilə Böyük Britaniya arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın inkişafı müzakirə olunub

20:51
04 Dekabr

Rumın ekspert: Rusiyanın hibrid taktikası Qərbi çətin duruma yönəldir  

20:50
04 Dekabr

Ukrayna Baş Kəşfiyyat İdarəsi Krımda Rusiyaya məxsus MiQ-29 qırıcısını məhv edib VİDEO  

20:47
04 Dekabr

Azərbaycan və Şimali Kipr arasında ailə, qadın və uşaq məsələləri üzrə əməkdaşlıq müzakirə olunub  

18:51
04 Dekabr

Xarici işlər naziri: Azərbaycan ATƏT çərçivəsində konstruktiv əməkdaşlığa sadiqdir

18:08
04 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!