18 İyul 2019 00:19
2297
CƏMİYYƏT
A- A+
Hacıkənd: hər qarışı ictimai iaşə obyekti ilə zəbt olunmuş məkan

Hacıkənd: hər qarışı ictimai iaşə obyekti ilə zəbt olunmuş məkan


İstirahət etmək hər kəsin haqqıdır. Özü də yayın qızmarında buna daha çox ehtiyac duyulur. Ancaq istirahətdən istirahətə fərq var. Təbiidir ki, yayın istisində özünü təbiətin qoynuna atmaq istəyənlər daha çox olur. Çünki təbiətin təmiz havasını uda-uda yaşıllıqlar qoynunda sərilmiş süfrə ətrafında dövrə vurub oturmuş ailə üzvlərinlə söhbət etməkdən gözəl nə ola bilər...

Qeyd edək ki, son illər ölkə rəhbərinin diqqət və qayğısı ilə əhalinin istirahətinin təşkili istiqamətində çoxsaylı tədbirlər həyata keçirilir. Bunun da nəticəsində insanların yay, xüsusən də həftəsonu istirahətləri səmərəli keçməklə yanaşı, növbəti iş həftəsi üçün işgüzarlıqları da artır.

Təbiət qoynunda istirahət etmək sarıdan Gəncə və ətraf bölgələrdə yaşayan insanların bəxti gətirib. Çünki şəhərin qızmar istisindən qurtulub sərin meşələrə üz tutmaq üçün cəmi yarım saat kifayət edir. Odur ki, Hacıkənd meşələri, eləcə də Göygöl ətrafındakı meşələr daim qələbəlik olur.

Qərb bölgəsində yaşayanların həftəsonu istirahətlərini necə keçirmələrini öyrənmək üçün üz tutduq Hacıkəndə. Ölkə başçısının diqqət və qayğısı ilə Gəncədən Göygölədək gözəl yol çəkilib. Hər tərəfdə səliqə-sahman hökm sürür. Göygöl rayonunun mərkəzindən çıxarkən ilk yetişdiyimiz məkan Aşıqlı kəndi oldu. Yay mövsümündə yol kənarlarında çörək, Azərbaycanın milli yeməkləri olan kətə və sair bişirib satan kənd sakinləri ilə görüşdük.

Diqqətə çatdıraq ki, bu ərazilərdə olan yaşayış məntəqələri - Aşıqlı, Yeni Zod, Bənövşəli, Göycəkənd, Çaykənd, Quşçu, Qarabulaq, Sarısu, Toğanalı və Əzgilli kəndləri Göygöl rayonunun inzibati ərazi vahidinə daxildirsə, Hacıkənd qəsəbəsi Gəncənin, "Göygöl” Dövlət Qoruğu isə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyindədir. İnsafən deyək ki, son illər Göygöl Rayon İcra Hakimiyyəti bu yolda yerləşən görkəmsiz məişət obyektlərinin götürülməsinə nail olmuş, yol kənarlarında fəaliyyət göstərən ticarət obyektlərində səliqə-sahman yaratmışdır. Hazırda kənd sakinlərinə bu ərazinin gözəlliyini qoruyub saxlamaq üçün ciddi nəzarət edilir.

Lakin bu ərazidə heç də hər şey gözoxşayan deyil. Yolboyu irəlilədikcə gördüyümüz mənzərə bizdə təəssüf hissi oyatdı. Belə ki, oturub dincəlmək üçün meşədə bir kvadratmetr də olsun belə boş yer tapmadıq. Hara getdiksə, ya ailəvi istirahət mərkəzləri, ya da kafe və çayxanalarla rastlaşdıq. Məcbur olub ailəvi istirahət mərkəzlərinin birində oturmalı olduq. Belə qərara gəldik ki, elə günorta naharımızı burada edək. Sonda deyilən hesab bizi təəccübləndirdi. Söylədilər ki, biz hələ insaflıyıq. Digər yeməkxanalarda bunun iki qatını alırlar. Sözümüz yoxdur, bazar iqtisadiyyatıdır! Kim necə qiymət qoyur, öz işidir!

Ümumiyyətlə, Hacıkənd meşələrində yeməkxana, çayxana əlindən tərpənmək olmur! Hara baxırsan, ictimai iaşə obyektidir. Kiçik bir ərazidə bu qədər yeməkxana olar?! Dedilər ki, meşələrdə ağacların qırılıb yerində obyekt tikilməsi üçün şərait yaradılmasına icazəni Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nəzdində olan departament verir.

Biz Hacıkənddə olarkən meşələrdə traktor səsi eşidilirdi. Görünür, bu proses bu gün də davam edir. Sual olunur, bu biabırçılıq nə vaxta kimi davam edəcək? Axı insanların istidən qorunmaq, daldalanmaq üçün təbiətin onlara verdiyi imkanı niyə əllərindən alırlar? Hər ailənin imkanı yoxdur ki, burada fəaliyyət göstərən və qiymətləri od tutub yanan ailə istirahət mərkəzlərinə getsin! Bu yeməkxanalarda müştəridən kim neçə istəyir, onu da alır. Heç yeməklərin qiyməti barədə müştəriyə məlumat verən "menyu” da yoxdur! Ödənən pulun qəbzi verilmir. Bu isə o deməkdir ki, gəlirlər gizlədilir!

Ərazidə antisanitariya hökm sürür. İçməli su problemi yaşanır. Göygöl Rayon İcra Hakimiyyətindən öyrəndik ki, bütün yeməkxanalar elektrik enerjisini rayonun kəndlərinə gedən yüksək gərginlikli elektrik xəttindən götürürlər ki, bu da kəndlərdə yaşayan sakinlər üçün təhlükədir. Təsəvvür edin ki, hər yeməkxanada 100 ədəddən çox lampa yanır, elektrik cihazları işləyir. Hacıkənddə isə təxminən 50-dək yeməkxana fəaliyyət göstərir. Bu o deməkdir ki, hər an qəza və açılmalar ola bilər ki, bunun da nəticəsində kəndlər işıqsız qalar.

Qeyd edək ki, Hacıkənddə ictimai iaşə obyekti işlətmək üçün icazə veriləndə bağlanmış müqavilədə həmin ərazidə tikinti işlərinin aparılmamasını xüsusi qeyd etməlidir. Ancaq icazə alan hər kəs həmin ərazidə elə işlər görür ki, tikinti işlərinə bərabər olur. Hətta cəmi bir neçə sot üçün müqavilə bağlayan şəxs həmin ərazidə hektarla yer zəbt edir. Bundan başqa, ərazidə elə şərait yaradılmalıdır ki, ora avtomobillərin girişi mümkün olmasın. Çünki qoruq ərazisinə daxil olan avtomobillər meşənin bitki örtüyünü sıradan çıxarır. Qaldı obyektlərin adlarına, bu sahədə də işlər ürəkaçan deyil. Məsələn burada çayxanaya "PELE”, yeməkxanaya "FLAMİNQO” və sair adlar veriblər.

Onu da qeyd edək ki, meşə ərazisi birilliyə icarəyə verilir. Ancaq biz Hacıkənddə olarkən "Həyat”, "Sevimli məkan” istirahət mərkəzlərində bunun əksini gördük. Xüsusilə "Sevimli məkan”da böyük bir ərazi zəbt edilərək 17 ədəd kottec, çoxlu sayda yardımçı binalar tikilmişdir.

Qeyd edək ki, "göllər tacı” Göygölü görmək çoxlarının arzusudur. Xüsusilə xarici turistlər bu yerlərin füsunkarlığına heyranlıqla tamaşa edirlər. Elə bu məqsədlə hər il minlərlə xarici turist bu ərazidə dincəlməyə üstünlük verir. İndi sual olunur: Hacıkənddə hökm sürən bu xoşagəlməz vəziyyət ölkəmiz haqqında hansı təəssüratı yaradır?!

Sabir ƏLİYEV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Tramp İrana müraciət edib: “Masaya qayıdın və razılaşma əldə edin”

01:17
08 İyun

İran yenidən İsrailə hava zərbələri endirib

23:48
07 İyun

Ermənistanda keçirilən parlament seçkilərində seçicilərin 58,97 faizi iştirak edib

22:23
07 İyun

Klassik və sürət avtomobillərinin festivalı başa çatıb

20:58
07 İyun

Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirləri İstanbulda toplaşır

20:13
07 İyun

Bakıda akrobatika və aerobika gimnastikası üzrə Dünya Kubokuna yekun vurulub  

19:43
07 İyun

Çövkən üzrə Körfəz ölkələri regionu yaradılır

19:31
07 İyun

Binə Atçılıq Mərkəzində Çövkən üzrə Dünya Çempionatının açılış mərasimi olub 

18:59
07 İyun

Türkmənistan Dövlət Kitabxanasında "Azərbaycan ədəbiyyatı guşəsi" açılıb  

18:47
07 İyun

Ermənistanda parlament seçkiləri davam edir – son rəqəmlər

18:42
07 İyun

ABŞ Prezidenti İranla bağlı son vəziyyəti açıqladı: Razılaşmaya çox yaxınıq  

18:15
07 İyun

Tramp: ABŞ Tehranla razılığa gəlsə, zənginləşdirilmiş uranı məhv etmək üçün birlikdə çalışacaq  

18:14
07 İyun

ABŞ qüvvələri İranın Goruk və Qeşm adasındakı müşahidə radar məntəqələrinə zərbələr endirib  

17:51
07 İyun

Azərbaycan ilə Dağıstan, Kareliya, Həştərxan və Türkiyə arasında iqtisadi əməkdaşlıq genişlənir

16:47
07 İyun

XİN Azov dənizində gəmilərin vurulması nəticəsində xəsarət alan Azərbaycan vətəndaşlarının son durumu barədə məlumat yayıb  

15:11
07 İyun

İqtisadçılardan xəbərdarlıq: Böyük Britaniya BVF-nin yardımına ehtiyac duya bilər

14:06
07 İyun

Fərid Şəfiyev: ŞƏT çərçivəsində çevik qərarqəbuletmə mexanizmlərinin təkmilləşdiriməsinə ehtiyac var  

13:32
07 İyun

İlqar Hümbətovun atası: Şəhidlərin xatirəsini uca tutanlara minnətdarlığımı bildirirəm

12:57
07 İyun

Sabah Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək

12:49
07 İyun

Avropada Yaşayan Azərbaycanlı Mühəndislərin III Forumu keçirilib

11:50
07 İyun

Nikol Paşinyan: TRIPP layihəsi regionumuzdakı bütün ölkələrə fayda verəcək  

11:47
07 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!