28 Oktyabr 2026 08:40
223
İQTİSADİYYAT
A- A+
"Qara qızıl"dan "yaşıl dünya"ya

"Qara qızıl"dan "yaşıl dünya"ya


Sustainable Fitch beynəlxalq reytinq agentliyi SOCAR-ın ESG qiymətləndirməsini (environmental - ətraf mühit, social - sosial məsuliyyət və governance - korporativ idarəetmə)  43 bala yüksəldib. Reytinq səviyyəsi dəyişməz qalsa da, əldə olunan nəticə şirkətin ekoloji məsuliyyət, sosial siyasət və korporativ idarəetmə sahələrində həyata keçirdiyi təkmilləşdirmələrin göstəricisi kimi diqqət çəkir.

Bu gün dünyada şirkətlərin uğuru  yalnız maliyyə göstəriciləri, istehsal həcmi və iqtisadi cəhətdən səmərəli olub-olmaması ilə ölçülmür. Ətraf mühitin qorunması, sosial məsuliyyət və şəffaf idarəetmə prinsiplərinə sadiqlik də fəaliyyətin əsas meyarları sırasında yer alır. Odur ki,  SOCAR-ın ESG göstəricisinin 41 baldan 43 bala yüksəlməsi şirkətin dayanıqlı inkişaf istiqamətində atdığı addımların qiymətləndirilməsi baxımından əhəmiyyətlidir.  

Məlumat üçün bildirək ki, Sustainable Fitch 2021-ci ildə Fitch Group tərəfindən yaradılıb. Qurum investorların, maliyyə institutlarının və şirkətlərin dayanıqlı inkişafla bağlı qərarlarını dəstəkləmək, ESG göstəricilərinin qiymətləndirilməsində şəffaflığı və müqayisəolunma imkanlarını artırmaq məqsədi daşıyır. Fitch Group  1913-cü ildə yaradılmış beynəlxalq maliyyə  təhlili qrupudur. Baş ofisləri Nyu York və Londonda yerləşir. ABŞ-nin Hearst Corporation şirkətinə məxsus olan qrup kredit reytinqləri, maliyyə təhlili və risklərin qiymətləndirilməsi sahəsində fəaliyyət göstərir. Fitch Group-a daxil olan Fitch Ratings kredit reytinqlərinin müəyyənləşdirilməsi ilə məşğul olur. Sustainable Fitch isə şirkətlərin ekoloji, sosial və korporativ idarəetmə (ESG) göstəricilərini qiymətləndirir. SOCAR-ın ESG göstəriciləri məhz Sustainable Fitch tərəfindən qiymətləndirilir.

Məlumdur ki, enerji bazarında fəaliyyət göstərən şirkətlər üçün şəffaflıq və etibarlı hesabatlılıq xüsusi əhəmiyyət daşıyır. Ona görə də beynəlxalq investorlar və maliyyə institutları qərar qəbul edərkən şirkətlərin  iqtisadi nəticələri ilə yanaşı, ESG göstəricilərini də nəzərə alırlar. SOCAR-ın ESG məlumatlarının açıqlanmasını genişləndirməsi və hesabatlılıq prosesində aparıcı beynəlxalq standart və təcrübələrə istinad etməsi bu baxımdan müsbətdir.  

Neft-qaz sektoru iqlim dəyişmələri və ətraf mühitin qorunması ilə bağlı çağırışların ən çox müzakirə olunduğu sahələrdəndir - bu, danılmaz faktdır.  İstixana qazı emissiyalarının azaldılması, təbii resurslardan səmərəli istifadə və ekoloji təsirlərin idarə olunması enerji şirkətlərindən sistemli və uzunmüddətli yanaşma tələb edir. Sustainable Fitch-in qiymətləndirməsində SOCAR-ın istixana qazı emissiyalarının azaldılması və ətraf mühitə təsirin idarə olunması sahəsində fəaliyyətinin təkmilləşdirilməsi də qeyd edilib. Bu istiqamətdə görülən işlər şirkətin ekoloji risklərə daha sistemli yanaşmasının və dekarbonizasiya gündəliyinə diqqətinin göstəricisidir.

Sosial məsuliyyətə gəlincə isə bu istiqamət dayanıqlı inkişafın əsas tərkib hissələrindən biri hesab olunur. İnsan hüquqlarının qorunması, əmək münasibətlərinin beynəlxalq standartlara uyğun idarə edilməsi və yerli icmaların dəstəklənməsi şirkətin cəmiyyət qarşısında məsuliyyətinin əsas elementləridir. Sustainable Fitch-in qiymətləndirməsində SOCAR-ın bu sahələr üzrə korporativ yanaşmaları və yerli icmalara dəstək təşəbbüsləri müsbət məqamlar kimi qeyd olunub. 

Korporativ idarəetmənin səmərəliliyi şirkətin dayanıqlı fəaliyyətində mühüm rol oynadığı üçün  SOCAR-ın qiymətləndirilməsi zamanı müstəqil auditor rəyləri, ikipilləli idarəetmə strukturu və ISO 31000 standartına əsaslanan risklərin idarə edilməsi sistemi nəzərə alınıb. Bu, şirkətə maliyyə, əməliyyat və ekoloji riskləri vaxtında müəyyənləşdirməyə, düzgün qərarlar qəbul etməyə və mümkün çətinliklərə hazır olmağa imkan verir.

SOCAR-ın ESG göstəricisinin 41 baldan 43 bala yüksəlməsi ilk baxışdan bəlkə də kiçik dəyişiklik kimi görünə bilər. Amma  bu faktın SOCAR üçün əhəmiyyəti böyükdür. Beynəlxalq reytinq agentliyinin qiymətləndirməsi SOCAR-ın ESG idarəetməsinin təkmilləşdirilməsi istiqamətində müəyyən irəliləyiş əldə etdiyinin göstəricisidir. Onu da qeyd etmək vacibdir ki, ESG reytinqi ənənəvi kredit reytinqi ilə eyni deyil. ESG qiymətləndirməsi, sadəcə, şirkətin dayanıqlılıq göstəricilərinə və ətraf mühitə, eləcə də cəmiyyətə təsirinə yönəlir. Özlüyündə şirkətin borclarını ödəmək qabiliyyətinə verilən qiymət hesab edilmir.

Göründüyü kimi, SOCAR-ın ESG göstəricisinin yüksəlməsi şirkətin ekoloji məsuliyyət, sosial siyasət və korporativ idarəetmə sahələrində fəaliyyətinin təkmilləşdirilməsi baxımından müsbət nəticədir. Reytinq səviyyəsinin belə qalması qarşıda görüləsi əlavə işlərin də olduğundan xəbər verir. Gələcəkdə ESG məlumatlarının açıqlanmasının genişləndirilməsi, ekoloji göstəricilərin yaxşılaşdırılması və podratçılarla bağlı şəffaflığın artırılması bu istiqamətdə irəliləyişə töhfə verə bilər.

Dayanıqlı inkişaf müasir enerji şirkətləri üçün yalnız zərurət deyil, həm də uzunmüddətli fəaliyyətin vacib şərtidir. SOCAR-ın bu sahədə əldə etdiyi nəticələrin davamlı olması isə müəyyən edilmiş hədəflərin ardıcıl həyata keçirilməsindən, şəffaf hesabatlılığın gücləndirilməsindən və beynəlxalq təcrübələrin tətbiqindən asılıdır.


Züleyxa ƏLİYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Həzi Aslanov-İçərişəhər" sahəsində birbaşa hərəkət bərpa olunub

08:55
28 Oktyabr

Əlcəzair Azərbaycana neft-qaz sahəsində əməkdaşlıq təklif edir

08:50
28 Oktyabr

Almaniya şirkətləri Azərbaycana qida sektoru üçün innovativ həllər təklif edir

08:45
28 Oktyabr

"Qara qızıl"dan "yaşıl dünya"ya

08:40
28 Oktyabr

ADAU-da Beynəlxalq Tələbə Festivalı: mədəniyyətlər bir araya gəldi

08:35
28 Oktyabr

"Uşaqlar sevinəndə sanki dünyanı mənə verirlər"

08:30
28 Oktyabr

Günü bu gün də susmayan "Tütək səsi"

08:25
28 Oktyabr

Xalça düyünlərinin sirlərini onun qədər bilən yox idi 

08:20
28 Oktyabr

Makroiqtisadi sabitlik, güclü fiskal ehtiyatlar, möhkəm xarici mövqe

08:15
28 Oktyabr

Azərbaycanla əməkdaşlıqda onilliklərin sınağından çıxan "Eni"

08:10
28 Oktyabr

ZƏFƏR gündəliyi

08:05
28 Oktyabr

Azərbaycanın İƏT-ə sədrliyi təşkilatın beynəlxalq nüfuzunu gücləndirəcək

08:00
28 Oktyabr

"Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" və "Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

01:29
28 Oktyabr

S.C.Rzayevin Azərbaycan Respublikası ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi təyin edilməsi haqqında

01:28
28 Oktyabr

M.M.Seyidovun Azərbaycan Respublikası ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi vəzifəsindən azad edilməsi haqqında

01:27
28 Oktyabr

“Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası” sənədinin təsdiq edilməsi haqqında

01:26
28 Oktyabr

“Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin kollegiyasının tərkibi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 5 iyun tarixli 90 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

01:25
28 Oktyabr

“Əhalinin icbari tibbi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 19 mart tarixli 631 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:23
28 Oktyabr

Azərbaycan Respublikası Axar-Baxar və İlisu milli parklarının sanitariya-mühafizə zonalarının təsdiq edilməsi haqqında

01:22
28 Oktyabr

“Əhalinin siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi üzrə siyahıyaalma qrupunun işçilərinin aylıq vəzifə maaşlarının cədvəli”nin təsdiq edilməsi haqqında

01:20
28 Oktyabr

Dövlət Baxçalı: Azərbaycan-Türkiyə münasibətləri möhkəm və sarsılmazdır  

21:12
27 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!