21 Avqust 2026 11:54
52
CƏMİYYƏT
A- A+
Gəncədə şəhid ailələri ilə görüş keçirilib

Gəncədə şəhid ailələri ilə görüş keçirilib


Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin ailələri ilə görüşmüş və  Şəhidlər xiyabanını ziyarət etmişdir.

YAP şəhər təşkilatının, şəhər icra hakimiyyətinin əməkdaşlarının, bələdiyyə sədrlərinin və şəhid ailələri üzvlərinin iştirak etdikləri tədbirin iştirakçıları əvvəlcə Şəhidlr xiyabanında “Əbədi məşəl” abidəsinin önünə gül dəstələri düzmüş, şəhidlərin xatirəsinə ehtiramlarını bildirmişlər.

Görüşdə çıxış edən ŞİH-in başçısı Niyazi Bayramov ölkəmizdə şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən diqqət və qayğıdan danışaraq qeyd etmişdir ki, bu kateqoriyadan olan vətəndaşların sosial rifahının təmin olunması dövlət siyasətinin əsas istiqamətlərindən biridir və onlar daim diqqət mərkəzində saxlanılır.

Xəbər verildiyi kimi, Prezident İlham Əliyev avqustun 17-də Dövlət Sərhəd Xidmətinin bir sıra hərbi qulluqçularının orden və medallarla təltif edilməsi haqqında sərəncam imzalayıb. Bildirilmişdir ki, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilənlər sırasında Gəncədən Nağıyev Əli Elşən oğlu və Muxtarov Sərxan İlqar oğlu da var. Ümumilikdə isə Gəncədən olan 65 şəhid hərbi qulluqçu müxtəlif illərdə ordenlərlə təltif edilmişlər.

Görüşdə şəhid ailələrinin üzvləri çıxış edərək onlara göstərilən yüksək diqqət və qayğıya görə minnətdarlıqlarını bildirmişlər.


Sabir ƏLİYEV,

“Azərbaycan” 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Konqolu deputat: Biz qisas deyil, ədalət, həqiqət və ləyaqət istəyirik

12:10
21 Avqust

“Zəngəzur” elektrik ötürmə xəttində işlərin birinci mərhələsi yekunlaşır

12:08
21 Avqust

Azərbaycan klublarının UEFA reytinqində rekordu yenilənib

12:07
21 Avqust

Birinci Qarabağ müharibəsinin itkin şəhidi Akif Qurbanov Binəqədi rayonunda torpağa tapşırılıb

12:05
21 Avqust

Leysanın yaratdığı fəsadlar aradan qaldırıldı

12:01
21 Avqust

Gəncədə şəhid ailələri ilə görüş keçirilib

11:54
21 Avqust

Azərbaycandan İsveçrəyə xam neft ixracı 3 dəfə artıb

11:51
21 Avqust

Paytaxtda və bölgələrdə yerləşən su hövzələrində qanun pozuntuları aşkarlanıb

11:50
21 Avqust

Ötən gün narkotiklərlə əlaqəli 24 fakt müəyyən edilib

11:34
21 Avqust

Rusiya ordusu Ukraynanın Moldova ilə sərhədində yerləşən keçid məntəqəsinə zərbə endirib

11:33
21 Avqust

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti yük göndərilib

11:31
21 Avqust

Tural Gəncəliyev: Bakıdakı konfrans Afrika nümayəndələrini ədalət tələbi ətrafında birləşdirib

11:30
21 Avqust

Ruanda səfiri: Müstəmləkəçilik yalnız əraziləri işğal etməyib, bu gün də təsirini göstərən institutlar formalaşdırıb

11:29
21 Avqust

Birinci Qarabağ müharibəsinin itkin şəhidi Akif Qurbanov Binəqədi rayonunda torpağa tapşırılıb

11:28
21 Avqust

Üzümün insan orqanizminə hansı faydaları var?

11:26
21 Avqust

Konqo nümayəndəsi: Belçika müstəmləkəçiliyinin ağır fəsadları bu gün də hiss olunur

11:18
21 Avqust

Azərbaycanın yeniyetmə cüdoçusu dünya çempionu olub

11:17
21 Avqust

Azərbaycan nefti 96,68 dollara satılır

11:15
21 Avqust

Abbas Abbasov: Reparasiya yalnız maliyyə kompensasiyası deyil, tarixi ədalətin bərpası vasitəsi olmalıdır

11:14
21 Avqust

Alyaskada qəzaya uğrayan təyyarənin göyərtəsindəki 8 nəfərin hamısı həlak olub

11:13
21 Avqust

Bakıda Belçika müstəmləkəçiliyi ilə bağlı beynəlxalq konfrans keçirilir

11:12
21 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!