18 Aprel 2026 14:13
1515
CƏMİYYƏT
A- A+
ETN İnformasiya Texnologiyaları İnstitutunun nümayəndə heyəti Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbində olub

ETN İnformasiya Texnologiyaları İnstitutunun nümayəndə heyəti Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbində olub

AR Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunun bir qrup əməkdaşı Dövlət Sərhəd Xidmətinin (DSX) Xüsusi Məktəbində olublar. Əməkdaşlar Xüsusi Məktəbin dərs otaqları, tədris korpusu və maddi-texniki bazası ilə yaxından tanış olublar.

Sonra Xüsusi Məktəbin müəllimləri və kursantlarının iştirakı ilə “Sərhəd təhlükəsizliyinin təmin olunmasında müasir informasiya texnologiyalarının və süni intellektin rolu” mövzusunda elmi-praktiki seminar keçirilib.

Əvvəlcə ərazi bütövlüyümüz uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Sonra DSX Xüsusi Məktəbinin rəis müavini, tədris şöbəsinin rəisi, mayor Cabir İsgəndərov çıxış edərək görüşün əhəmiyyətini qeyd edib. O, iki il öncə məktəb kursantlarının İnformasiya Texnologiyaları İnstitutuna təşkil olunan ekskursiyasını xatırladaraq, həmin görüşün faydalı müzakirələrlə yadda qaldığını vurğulayıb.

Mayor Cabir İsgəndərov müasir dövrdə sürətlə dəyişən çağırışlar fonunda artıq ənənəvi təhlükəsizlik yanaşmalarının kifayət etmədiyini, buna görə də sərhəd təhlükəsizliyində süni intellekt və informasiya-kommunikasiya texnologiyalarının (İKT) tətbiqinin mühüm əhəmiyyət daşıdığını bildirib. Bu baxımdan gələcək zabitlərimizin analitik düşüncəyə, texnoloji savada və geniş dünyagörüşə malik olmalarının zəruriliyini vurğulayıb.   

O, Dövlət başçısının rəhbərliyi ilə Azərbaycanda innovasiya mühitinin uğurla formalaşmaqda olduğunu, təhlükəsizlik sektorunda müasir texnologiyaların tətbiqinin genişləndiyini deyib. Vurğulayıb ki, bu kimi elmi seminarlar kursantların peşəkar hazırlıq səviyyəsinin yüksəldilməsinə, innovativ texnologiyalara marağının artırılmasına və DSX-nin qarşıya qoyduğu strateji vəzifələrin icrasına mühüm töhfə verəcəkdir.

Sonra seminarda AMEA-nın vitse-prezidenti, ETN İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev çıxış edib. Alim əvvəlcə tədbir iştirakçılarına İnformasiya Texnologiyaları İnstitutunun əsas fəaliyyət istiqamətləri, həyata keçirilən elmi-innovativ layihələr haqqında məlumat verib. İnstitutda dövlətin strateji maraqlarına xidmət edən prioritet istiqamətlərdə – süni intellekt, data analitika, proqram mühəndisliyi, təbii dilin emalı, kiberfiziki sistemlər, rəqəmsal dövlət, rəqəmsal tibb, kibertəhlükəsizlik, dərin təlim ilə bağlı araşdırmaların aparıldığını, dövlət proqramları, strategiyalar, yol xəritələri və digər mühüm dövlət sənədlərinin icrasında fəal iştirak edildiyini bildirib.

Akademik Rasim Əliquliyev qeyd edib ki, institutun fəaliyyətinin əsas istiqamətlərindən biri də İKT sahəsində yüksəkixtisaslı kadrların hazırlanması, gənclərin elmə cəlb edilməsi, eləcə də istedadlı şagirdlərə dəstəyin göstərilməsi, hamilik edilməsidir. 

Alim bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətinin ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdiyini, həyata keçirilən ardıcıl və məqsədyönlü siyasət nəticəsində respublikamızın yeni inkişaf mərhələsinə qədəm qoyduğunu söyləyib. Son dövrlərdə ölkəmizin beynəlxalq nüfuzunun əhəmiyyətli dərəcədə artdığını, regionda və dünyada etibarlı tərəfdaş kimi qəbul olunduğunu vurğulayıb.

Baş direktor bildirib ki, son illər ərzində Dövlət başçısı Cənab İlham Əliyev tərəfindən qəbul edilən “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023-2027-ci illər üçün Strategiyası”, “Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası” və “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün Süni İntellekt Strategiyası”, eləcə də Azərbaycanın yeni rəqəmsal arxitekturasının formalaşdırılması ilə bağlı qarşıya qoyulan strateji vəzifələrin icrası ölkəmizdə kibertəhlükəsizliyin, kibersuverenliyin gücləndirilməsi, rəqəmsal dövlətin inkişaf etdirilməsi və süni intellekt texnologiyalarının geniş tətbiqini nəzərdə tutur.

Müasir dövrdə dövlətin suverenliyinin qorunmasının yalnız siyasi-ideoloji və hərbi güclə deyil, həm də texnoloji inkişaf və kibertəhlükəsizliklə bağlı olduğunu söyləyən alim, onu da bildirib ki, ölkənin müdafiə qüdrətinin gücləndirilməsi, milli maraqların etibarlı təmin olunması və müxtəlif təhdidlərə qarşı dayanıqlı təhlükəsizlik sisteminin qurulması dövlət siyasətinin əsas prioritetlərindəndir.

Akademik Rasim Əliquliyev rəqəmsal və süni intellekt texnologiyalarının geniş tətbiqinin bütün dövlətlər qarşısında yeni çağırışlar formalaşdırdığını, Azərbaycanın da bu istiqamətdə dinamik inkişaf edərək rəqəmsal transformasiya prosesində fəal iştirak etdiyini deyib: “Belə bir şəraitdə ölkədə yetişən gənc nəsil, eləcə də bütün vətəndaşlar müasir dövrün tələblərinə cavab verməli, yeni bilik və bacarıqlara yiyələnməli, rəqəmsal vətəndaşlara çevrilməlidirlər”.

“Dövlət başçısı orta məktəblərdə rəqəmsal və süni intellekt biliklərinin icbari qaydada tədrisi ilə bağlı ciddi tapşırıqlar vermişdir ki, bu da ölkəmizin təhsil siyasətində keyfiyyətcə yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər”, – deyən AMEA-nın vitse-prezidenti əlavə edib ki, bu yanaşma gələcək nəslin həm yeni texnologiyaların imkanları, həm də yaratdığı risklər və təhlükələr barədə sistemli biliklərə yiyələnməsini təmin etməyə yönəlmişdir.

Akademik Rasim Əliquliyev müasir dövrdə İnternetin sürətli inkişafı, qlobal miqyasda baş verən proseslər və İKT-nin geniş tətbiqinin təhlükəsizliyin təmin olunması missiyasına ciddi təsir göstərdiyini deyib: “Artıq müharibələrin taleyində süni intellekt texnologiyaları, pilotsuz uçuş aparatları və ağıllı idarəetmə sistemləri mühüm rol oynayır, yeni nəsil silah və müdafiə vasitələri meydana çıxır. Peyk məlumatları, pilotsuz uçuş aparatları və rəqəmsal monitorinq sistemləri də bu istiqamətdə mühüm rol oynayır”.

Akademik Rasim Əliquliyev peşəkar sərhədçi kadrların yetişdirilməsində mühüm rol oynayan Xüsusi Məktəbin fəaliyyətini, burada həyata keçirilən tədbirləri yüksək qiymətləndirib. Alim kursantlara müraciət edərək gələcəyin zabitləri, hərbi qulluqçuları kimi onların üzərinə mühüm vəzifələrin düşdüyünü deyib, şagirdləri yüksək bilik, texnoloji savad və vətənpərvərlik ruhu ilə Azərbaycan dövlətinin suverenliyinin daha da möhkəmləndirilməsinə, sərhədlərin etibarlı qorunmasına və milli təhlükəsizliyin təmin edilməsinə töhfə verməyə çağırıb. Qeyd edib ki, sərhəd təhlükəsizliyi dövlətin ən vacib və kritik təhlükəsizlik funksiyalarından biri olduğuna görə, bu sahənin inkişafı üçün riyazi biliklərə, analitik düşüncəyə və alqoritmik təfəkkürə malik peşəkar kadrların hazırlanması xüsusi əhəmiyyət daşıyır.

Çıxışının sonunda akademik Rasim Əliquliyev Xüsusi Məktəblə sərhəd təhlükəsizliyində süni intellektin tətbiqinə dair əməkdaşlıq perspektivlərinə də toxunub, institutun bu məktəbin müəllim və şagirdlərinə hər zaman dəstək göstərməyə hazır olduğunu qeyd edib. Alim iki qurum arasında əlaqələrin genişləndirilməsi məqsədilə Anlaşma Memorandumunun imzalanmasının, müntəzəm görüşlərin keçirilməsinin, şagirdlər üçün ustad dərslərinin təşkilinin məqsədəuyğun olduğunu söyləyib.

Tədbirdə Xüsusi Məktəbin rəisi, polkovnik Ruslan Həsənov çıxış edərək informasiya təhlükəsizliyinin artıq müasir dövrün əsas reallıqlarından birinə çevrildiyini, bu kimi tədbirlərin gənc kursantların inkişafında, onların peşəkar hərbçi kadrlar kimi yetişməsində mühüm rol oynadığını söyləyib. Onun sözlərinə görə, məktəbdə kursantların sərhədçi ruhunda tərbiyə olunmasına, vətənpərvərlik hissinin gücləndirilməsinə və gələcəkdə dövlətə sədaqətlə xidmət edən zabitlər kimi yetişdirilməsinə xüsusi əhəmiyyət verilir: “Kursantların dünyagörüşlü şəxsiyyət kimi formalaşdırılması və DSX-nın xüsusi təyinatlı ali təhsil müəssisələri üçün hazırlanması əsas prioritetlərimizdəndir”.

Sonra tədbir müəllim və kursantlarla dialoq formatında davam edib. Akademik Rasim Əliquliyev, AMEA-nın müxbir üzvü, professor Məsumə Məmmədova və AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru Ramiz Alıquliyev seminar iştirakçılarını maraqlandıran çoxsaylı sualları cavablandırıblar. Alimlər qlobal trendlər – hesab olunan süni intellekt, IV Sənaye İnqilabı və rəqəmsal transformasiyalar kontekstində ölkəmizdə mövcud reallıqlar, yeni tendensiyalar, həyata keçirilən dövlət siyasəti ilə bağlı fikir və mülahizələrini bölüşüblər.

Sonda İnformasiya Texnologiyaları İnstitutu tərəfindən Xüsusi Məktəbin kitabxanasına informatika sahəsinə aid bir sıra kitablar – ensiklopediyalar, terminoloji lüğətlər və dərs vəsaitləri hədiyyə olunub, xatirə fotosessiyaları çəkilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” və “Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi” publik hüquqi şəxslərin yenidən təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 20 fevral tarixli 601 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

03:02
19 May

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Dövlət qulluğuna qəbul, dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi və dövlət qulluğu vəzifələrinin tutulması məqsədi ilə keçirilən test imtahanları üçün test nümunələrinin hazırlanması, ekspertizası, təsdiqi, test imtahanının təşkili, keçirilməsi, qiymətləndirmənin aparılması Qaydası”nın təsdiq edilməsi haqqında” 2017-ci il 10 mart tarixli 86 nömrəli, “Dövlət qulluğu vəzifələri üzrə test imtahanından keçmək barədə Sertifikatın Forması”nın təsdiq edilməsi haqqında” 2017-ci il 10 mart tarixli 87 nömrəli, “Ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə ölkədaxili sərnişin və yük daşımalarını yerinə yetirən sürücülərin peşə fəaliyyətinə və davranışına, iş və istirahət rejiminin xüsusiyyətlərinə, habelə avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair hazırlıq üzrə Xüsusi Proqram”ın təsdiq edilməsi haqqında” 2019-cu il 11 aprel tarixli 157 nömrəli, “Peşəkar mühasib sertifikatının verilməsi prosesinin təşkili, imtahanların keçirilməsi və peşəkar mühasib sertifikatı almış şəxslərin dövlət reyestrinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında” 2019-cu il 22 may tarixli 237 nömrəli, “Aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspertlərin imtahanının keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2020-ci il 23 mart tarixli 106 nömrəli, “Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq üçün ixtisas imtahanlarının təşkili və keçirilməsi, qiymətləndiricinin ixtisas şəhadətnaməsinin forması və verilməsi Qaydaları”nın təsdiq edilməsi və ixtisas imtahanlarında iştirak etmək üçün ödənişin məbləğinin müəyyən edilməsi haqqında” 2024-cü il 20 may tarixli 267 nömrəli, “Müstəqil ekspert sertifikatının əldə edilməsi üçün imtahana buraxılan şəxslərə dair tələblər, imtahanın keçirilmə qaydası və müstəqil ekspert sertifikatının forması və verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2024-cü il 24 may tarixli 277 nömrəli, “Ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə ölkədaxili sərnişin və yük daşımalarını yerinə yetirən sürücülərin peşə fəaliyyətinə və davranışına, iş və istirahət rejiminin xüsusiyyətlərinə, habelə avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını tənzimləyən normativ hüquqi aktlara və taksi minik avtomobillərinin sürücüləri üçün etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair xüsusi hazırlığın qiymətləndirilməsinin nəticələrinə dair sənədin forması və qiymətləndirilmənin aparılmasına görə haqqın məbləği”nin təsdiq edilməsi haqqında” 2024-cü il 1 iyul tarixli 325 nömrəli və “Avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorunun məsul şəxslərinə, habelə beynəlxalq sərnişin və yük daşımalarını həyata keçirən sürücülərə hazırlığın və yenidən hazırlığın keçirilməsi və qiymətləndirilmənin aparılması qaydasının, qiymətləndirmənin nəticələrinə dair sənədin forması və qiymətləndirilmənin aparılmasına görə haqqın məbləği”nin təsdiq edilməsi haqqında” 2024-cü il 9 iyul tarixli 335 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə

03:00
19 May

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi “Ahıllar üçün günərzi qayğı mərkəzlərinin fəaliyyətinin təşkili” (Respublikanın Sumqayıt şəhəri üzrə) adlı təkrar müsabiqə keçirir

02:59
19 May

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi “Uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması və çətin həyat şəraitində olan uşaqların və ailələrin sosial xidmətlərə çıxışının təmin edilməsi məqsədilə günərzi mərkəzlərin xidmətinin göstərilməsi” (Respublikanın Naftalan şəhəri və Astara, Şəmkir rayonları üzrə) adlı təkrar müsabiqə keçirir

02:59
19 May

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi "Əlilliyi olan uşaqlar üçün sosial reabilitasiya mərkəzlərinin fəaliyyətinin təşkili" (respublikanın Naftalan şəhəri və Daşkəsən, Oğuz, Samux, Yardımlı, Füzuli rayonları üzrə) adlı təkrar müsabiqə keçirir

02:58
19 May

“Bank Respublika” ASC tərəfindən lombard krediti müştəriləri arasında keçirilən “Qızıl Seçim” lotereyasının ikinci tirajının qaliblərinin SİYAHISI

02:57
19 May

BTQ layihəsi Gürcüstan, Azərbaycan və Türkiyənin regional logistika və nəqliyyat mərkəzləri kimi rolunu gücləndirir  

22:29
18 May

WUF13: MINURVI sessiyasında şəhərsalma, mənzil siyasəti və dayanıqlı inkişaf vurğulanıb  

21:54
18 May

Bakıda WUF13 çərçivəsində Liderlər Sammiti keçirilib

21:13
18 May

ABŞ rəsmisi: İran mövqeyini dəyişməsə, Birləşmiş Ştatlar danışıqları bombalar vasitəsilə davam etdirməli olacaq  

20:48
18 May

WUF13-ün suriyalı və ruandalı iştirakçıları “ASAN xidmət”də  

20:18
18 May

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında WUF13-ün açılış mərasimində Azərbaycanla bağlı nümayiş etdirilən videoçarx paylaşılıb VİDEO

20:16
18 May

Meksika səfiri: Bakıda əldə olunan təcrübəni gələcək fəaliyyətlərimizdə nəzərə alacağıq  

20:13
18 May

Tokayev: Orta Dəhliz Avrasiya logistikasının strateji elementinə çevrilir  

20:03
18 May

Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqlənib  

19:51
18 May

Qazaxıstan rəsmiləri WUF13 çərçivəsində “Urban Expo” sərgisi ilə tanış olublar  

19:45
18 May

“Vindzor Kral Atçılıq Şousu - 2026” başa çatıb  

19:41
18 May

İrakli Kobaxidze: Bakı-Tbilisi-Qars dəmir yolu ilə bağlı bütün detallar razılaşdırılıb

19:17
18 May

Daxili işlər naziri Vilayət Eyvazov gürcüstanlı həmkarı ilə görüşüb

19:15
18 May

Azərbaycanla Dünya İrs Mərkəzi arasında əməkdaşlıq məsələləri müzakirə olunub

19:14
18 May

Deryageldi Orazov: Bu gün şəhərlər sürətlə dəyişən qlobal iqtisadiyyatın əsas mərkəzləridir  

19:13
18 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!