17 Aprel 2026 19:19
532
CƏMİYYƏT
A- A+
Nazirlik: Bu il peşə və kvalifikasiya standartlarının 1800-ə çatdırılması nəzərdə tutulub  

Nazirlik: Bu il peşə və kvalifikasiya standartlarının 1800-ə çatdırılması nəzərdə tutulub  


Prezident İlham Əliyevin tapşırıqları əsasında ölkəmizdə sosial təminat sistemi ildən-ilə gücləndirilir və cari ilin əvvəlindən bu istiqamətdə növbəti addım atılıb: pensiyaların 9,3 faiz indeksləşdirilərək artırılması təmin edilib. Təkcə ilk rüb ərzində pensiya təminatına ayrılan vəsait ötən ilin müvafiq dövrünə nisbətən 200 milyon manat artaraq 2 milyard 53 milyon manat olub. Eyni zamanda, digər sosial ödənişlərə yönəldilən vəsaitlər artıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, bu barədə nazirlikdə keçirilən növbəti kollegiya iclasında bildirilib.

Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev sosial müdafiə sahəsində işlərin davam etdirilməsi ilə yanaşı, aktiv məşğulluq proqramlarının ildən-ilə genişləndirildiyini vurğulayıb. O, işğaldan azad olunan ərazilərimizə köçürülən sakinlərin məşğulluğunun təminatının nazirlik üçün başlıca fəaliyyət istiqaməti olduğunu diqqətə çatdırıb.

Qeyd edilib ki, işəgötürənlərlə sıx əməkdaşlıq şəraitində bu sahədə işədüzəltmə, özünüməşğulluq proqramı, peşə hazırlığı proqramı, əmək yarmarkaları, birgə maliyyələşmə proqramı və digər proqramlar icra olunur və getdikcə genişləndirilir. Böyük Qayıdış proqramı üzrə həmin ərazilərə köçürülən sakinlərdən əmək qabiliyyətli olanların artıq 9470 nəfərinin məşğulluğu təmin edilib, həmçinin 807 nəfər şəxs üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik ailə biznesləri qurulub. Köçürülmüş sakinlərdən 432-si isə peşə hazırlığı kurslarına cəlb edilib.

Əmək bazarında işçi qüvvəsinə tələb və təklifin uyğunlaşdırılması və rəqabətqabiliyyətli kadr potensialının inkişafı üçün son bir ildə 300, son illərdə 1600-dən çox peşə və kvalifikasiya standartının hazırlandığı bildirilib. Bu il standartın sayının 1800-ə çatdırılmasının nəzərdə tutulduğu qeyd edilib.

Əmək münasibətləri sahəsində normativ-hüquqi bazanın təkmilləşdirilməsi ilə bağlı bu il aparılmış islahatların işçi hüquqlarının daha güclü müdafiəsini təmin edən mexanizmlərin yaradılması, əmək münasibətlərinin çevik və sosialyönümlü prinsiplər əsasında tənzimlənməsi, eləcə də müasir dövrün tələblərinə uyğun yeni anlayışların hüquqi bazaya daxil edilməsi məqsədi daşıdığı vurğulanıb. Əlilliyi olan şəxslərin hüquqlarının qorunması, onların inklüziv cəmiyyətə inteqrasiyasının artırılması istiqamətində həyata keçirilən tədbirlər müzakirə olunub.

Ötən dövrdə pensiya təyinatlarının proaktiv qaydada aparılması işlərindən bəhs olunub, qarşıdakı dövrdə də nazirlik tərəfindən sosial xidmətlərin elektronlaşdırılması işlərinin davam etdiriləcəyi, proaktiv qaydada təyin olunan sosial ödəniş növlərinin əhatə dairəsinin genişləndiriləcəyi diqqətə çatdırılıb.

İclasda beynəlxalq əlaqələr, daxili nəzarət və audit sahələrində görülən işlər və qarşıda duran vəzifələr də müzakirə olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

BTQ layihəsi Gürcüstan, Azərbaycan və Türkiyənin regional logistika və nəqliyyat mərkəzləri kimi rolunu gücləndirir  

22:29
18 May

WUF13: MINURVI sessiyasında şəhərsalma, mənzil siyasəti və dayanıqlı inkişaf vurğulanıb  

21:54
18 May

Bakıda WUF13 çərçivəsində Liderlər Sammiti keçirilib

21:13
18 May

ABŞ rəsmisi: İran mövqeyini dəyişməsə, Birləşmiş Ştatlar danışıqları bombalar vasitəsilə davam etdirməli olacaq  

20:48
18 May

WUF13-ün suriyalı və ruandalı iştirakçıları “ASAN xidmət”də  

20:18
18 May

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında WUF13-ün açılış mərasimində Azərbaycanla bağlı nümayiş etdirilən videoçarx paylaşılıb VİDEO

20:16
18 May

Meksika səfiri: Bakıda əldə olunan təcrübəni gələcək fəaliyyətlərimizdə nəzərə alacağıq  

20:13
18 May

Tokayev: Orta Dəhliz Avrasiya logistikasının strateji elementinə çevrilir  

20:03
18 May

Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqlənib  

19:51
18 May

Qazaxıstan rəsmiləri WUF13 çərçivəsində “Urban Expo” sərgisi ilə tanış olublar  

19:45
18 May

“Vindzor Kral Atçılıq Şousu - 2026” başa çatıb  

19:41
18 May

İrakli Kobaxidze: Bakı-Tbilisi-Qars dəmir yolu ilə bağlı bütün detallar razılaşdırılıb

19:17
18 May

Daxili işlər naziri Vilayət Eyvazov gürcüstanlı həmkarı ilə görüşüb

19:15
18 May

Azərbaycanla Dünya İrs Mərkəzi arasında əməkdaşlıq məsələləri müzakirə olunub

19:14
18 May

Deryageldi Orazov: Bu gün şəhərlər sürətlə dəyişən qlobal iqtisadiyyatın əsas mərkəzləridir  

19:13
18 May

Kənd təsərrüfatı naziri Qarabağda təsərrüfatlara baş çəkib, fermerin müraciətlərini dinləyib

19:12
18 May

İoane Navaikula: Biz WUF13-də əldə etdiyimiz pozitiv təcrübələri öz ölkələrimizdə tətbiq etməliyik

19:11
18 May

  ABB-nin yeni sövdələşməsi “Davr-Bank”ın reytinqinə təsir edəcək

19:11
18 May

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi 300-800 metrədək məhdudlaşacaq

19:10
18 May

Dünya mediası Bakıda keçirilən WUF13-ü diqqət mərkəzində saxlamaqda davam edir 

19:09
18 May

Ukrayna Baş nazirinin müavini: WUF13 müzakirələrinin Bakıda aparılması bizim üçün önəmlidir

19:08
18 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!