13 Noyabr 2026 16:31
123
SİYASƏT
A- A+
Ermənistan konstitusiyasını dəyişə biləcəkmi?

Ermənistan konstitusiyasını dəyişə biləcəkmi?


Ermənistanın yeni konstitusiya layihəsinin yaxın günlərdə ictimaiyyətə təqdim edilməsi ehtimalı kifayət qədər yüksəkdir. Bu artıq yalnız mediada yayılan məlumat deyil, Ermənistan rəsmilərinin də açıqlamaları ilə müəyyən mənada təsdiqini tapır. Belə ki, noyabrın 2-də Ermənistan baş naziri Nikol Paşinyan konstitusiya layihəsinin məhz noyabr ayında dərc olunacağını bildirmişdi. Ədliyyə naziri Srbuhi Qalyan sənədin 95 faizdən çoxunun konstitusiya islahatları şurasında müzakirə edildiyini açıqlamışdı. Nazir layihənin noyabr ayının ortalarında təqdim olunmasını istisna etməmişdi. Bu baxımdan sənədin gələcək həftədə təqdimatı real ehtimal kimi qiymətləndirilə bilər. Ancaq hələlik konkret gün rəsmi elan edilməyib və müəyyən gecikmələr də istisna olunmur.

Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin aparıcı məsləhətçisi Fuad ABDULLAYEV qəzetimizə açıqlamasında dedi ki, burada ən mühüm siyasi məsələ Müstəqillik Bəyannaməsinə istinadın yeni konstitusiyadan çıxarılmasıdır: “Paşinyan hələ mart ayında, daha sonra avqustun 24-də açıq şəkildə bəyan etmişdi ki, yeni konstitusiyada 1990-cı il Müstəqillik Bəyannaməsinə istinad olmamalıdır. O bunu Qarabağ hərəkatının başa çatdırılması və Ermənistanın münaqişə məntiqindən uzaqlaşması zərurəti ilə əsaslandırmışdı. Bu baxımdan gözlənti ondan ibarətdir ki, təqdim olunacaq layihənin preambulasında Müstəqillik Bəyannaməsinə istinad yer almayacaq. Bununla belə həmin müddəanın sənəddən çıxarıldığını yalnız layihənin rəsmi mətni dərc edildikdən sonra qəti şəkildə təsdiqləmək mümkün olacaq”.

Siyasi şərhçi bildirdi ki, Azərbaycan üçün bu məsələ prinsipial əhəmiyyət daşıyır. Çünki Ermənistanın mövcud konstitusiyasının preambulasında istinad edilən Müstəqillik Bəyannaməsində Azərbaycana qarşı ərazi iddiaları yer alır. Lakin nəzərə almaq lazımdır ki, layihənin dərc olunması hələ konstitusiyanın dəyişdirilməsi demək deyil. Ermənistanda bununla bağlı kifayət qədər mürəkkəb daxili siyasi və hüquqi proses müşahidə olunur. “Layihə əvvəlcə geniş ictimai müzakirəyə çıxarılacaq, daha sonra hökumətdə təsdiqlənərək parlamentə təqdim ediləcək. Ermənistanın ədliyyə naziri də bildirmişdi ki, bu müzakirələrin 2026-cı ilin sonuna qədər yekunlaşması real görünmür. Digər mühüm problem parlamentdə lazımi səs çoxluğunun təmin olunmasıdır”, – deyə o əlavə etdi.

F.Abdullayev vurğuladı ki, Ermənistanın mövcud konstitusiyasına əsasən yeni konstitusiyanı referenduma çıxarmaq üçün deputatların üçdə ikisinin dəstəyi tələb olunur. Hakim partiyanın isə hazırda bunun üçün əlavə altı səsə ehtiyacı var. Üstəlik, Ermənistanın 13 müxalifət qüvvəsi konstitusiya dəyişikliklərinə qarşı birgə mövqe nümayiş etdirib. Müxalifət bu prosesi Azərbaycanın tələbləri ilə əlaqələndirir və Paşinyana qarşı siyasi mübarizə vasitəsinə çevirməyə çalışır. Müxalifət artıq ictimaiyyət arasında bu istiqamətdə fəal təbliğat işi də aparır. 

Ekspertin fikrincə, Paşinyan hökuməti yeni konstitusiya layihəsini təqdim etməklə iki məqsəd güdür: “Birincisi, Azərbaycanla sülh sazişi qarşısında duran əsas maneələrdən birinin aradan qaldırılması istiqamətində siyasi iradəsini nümayiş etdirməkdir. İkincisi isə bu məsələni Ermənistan daxilində sülhün davam etdirilməsi ilə münaqişə siyasətinə qayıdış arasında seçim kimi təqdim etməkdir. Noyabr ayında, böyük ehtimalla isə gələn həftə layihə təqdim olunacaq. Lakin bundan sonrakı mərhələ daha mürəkkəb olacaq. Əsas məsələ Müstəqillik Bəyannaməsinə istinadın layihədən çıxarılması deyil, həmin dəyişikliyin hüquqi qüvvə qazanmasıdır. Azərbaycan üçün də əsas nəticə məhz bu olacaq. Çünki sülh prosesində həlledici əhəmiyyət daşıyan məsələ siyasi vədlərdən daha çox ərazi iddialarına hüquqi əsas yaradan müddəaların Ermənistanın konstitusion sistemindən çıxarılmasıdır”. 


Əsmər QARDAŞXANOVA,

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Rusiyalıların təxminən üçdə ikisi iş yerində yuxuya gedir

17:47
13 Noyabr

Yer kürəsinin ən uzun heyvanı 119 metr uzunluğundadır  

17:44
13 Noyabr

Kreml Ukrayna ilə bağlı danışıqlarda Avropanın iştirakının şərtini açıqlayıb

17:43
13 Noyabr

Azərbaycan-Böyük Britaniya əlaqələrində yeni səhifə  

17:31
13 Noyabr

Milli Məclisin növbəti iclaslarında hansı məsələlər müzakirə olunacaq?  

17:25
13 Noyabr

COP31 çərçivəsində Azərbaycan pavilyonunda panel müzakirələr aparılıb  

17:22
13 Noyabr

Doqquz ayda Böyük Qayıdış proqramı üzrə 383 layihə icra edilib

17:14
13 Noyabr

Qeyri-müntəzəm yuxu rejiminin gözlənilməz təhlükəsi üzə çıxıb

17:02
13 Noyabr

YAP ilə Çin Kommunist Partiyası arasında əməkdaşlığın genişləndirilməsi müzakirə olunub  

16:33
13 Noyabr

Ermənistan konstitusiyasını dəyişə biləcəkmi?

16:31
13 Noyabr

Dublin Sammiti Azərbaycanın qlobal siyasi məkanda rolunun genişləndiyini nümayiş etdirdi  

16:26
13 Noyabr

Türkiyəli nazir müavini COP31 çərçivəsində Azərbaycan pavilyonunu ziyarət edib  

16:25
13 Noyabr

Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-10 dərəcə enəcək - XƏBƏRDARLIQ  

16:23
13 Noyabr

Vəkillər Kollegiyası bir vəkili üzvlükdən xaric edib, beş nəfərə intizam tənbehi tətbiq olunub  

16:17
13 Noyabr

11400 illik gil məmulatları aşkarlanıb  

15:40
13 Noyabr

Maliyyə Nazirliyi 107 milyon manat vəsaiti büdcəyə bərpa edib

15:35
13 Noyabr

Həftəsonu hava necə olacaq?- AÇIQLAMA

15:29
13 Noyabr

İqlim dəyişikliyi ilə mübarizə və tullantıların idarə olunması: Azərbaycan-Özbəkistan dialoqu  

15:28
13 Noyabr

Baş Dövlət Yol Polisi İdarəsi piyada qəzalarının artması ilə bağlı xəbərdarlıq edib  

15:23
13 Noyabr

Monqolustanda monumental Hun məzarı aşkarlanıb  

15:04
13 Noyabr

SOCAR-ın vitse-prezidenti: “Azəri–Çıraq–Günəşli” Azərbaycanın enerji sektorunun əsas strateji aktivlərindən biridir  

14:48
13 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!