13 Noyabr 2026 17:47
686
DÜNYA
A- A+
Rusiyalıların təxminən üçdə ikisi iş yerində yuxuya gedir

Rusiyalıların təxminən üçdə ikisi iş yerində yuxuya gedir


“İzvestiya” qəzeti  ORMATEK (Rusiyada yuxu məhsulları, o cümlədən ortopedik döşəklər istehsal edən brend) ekspertlərinin araşdırmasına və klinik psixoloq Kristina Morozovanın açıqlamasına istinadən məlumat yayıb ki, rusiyalıların 63 faizi iş vaxtı ən azı bir dəfə yuxuya getdirlər. Respondentlərin 8 faizi bunun mütəmadi baş verdiyini bildirib. Sorğuda iştirak edənlərin 70 faizi isə yuxulu olduqlarını gizlətmək üçün işləyirmiş və ya həmsöhbətini diqqətlə dinləyirmiş kimi davranır.

Yuxululuq ən çox nahardan sonra (60 faiz), kompüter arxasında və ya sənədlərlə monoton iş zamanı (57 faiz) müşahidə olunur. Respondentlərin yarısı iş vaxtı mürgüləmək üçün sakit yer axtardığını bildirib. Onların 17 faizi boş kabinetdə və ya iclas otağında, digərləri isə istirahət otağında, anbarda, avtomobildə və hətta tualetdə yatmağa çalışıb.

Yuxusuzluğun əsas səbəbləri arasında erkən oyanmaq zərurəti (60 faiz), iş və ev işləri səbəbindən gec yatmaq (42 faiz) və gecə istirahətinin kifayət qədər olmaması (32 faiz) göstərilib. Yuxululuq iş məhsuldarlığına da təsir edir: respondentlərin 55 faizi diqqətini cəmləməkdə çətinlik çəkdiyini, 47 faizi isə daha yavaş işlədiyini bildirib.

Gümrahlaşmaq üçün sorğuda iştirak edənlərin 60 faizi gəzməyə çıxır, 45 faizi qəhvə və ya enerji içkiləri qəbul edir. Bununla belə, ekspertlər mütəmadi yuxululuq zamanı yalnız gün ərzində yorğunluqla mübarizə aparmağın deyil, gecə istirahətinin keyfiyyətinə də diqqət yetirməyin vacibliyini vurğulayırlar.

Klinik psixoloq Kristina Morozovanın sözlərinə görə, yuxu göstəricilərini mükəmməlləşdirməyə həddindən artıq çalışmaq ortosomniyaya , yəni ideal yuxu göstəricilərinə nail olmaqla bağlı obsesiv istəklə xarakterizə olunan pozuntuya səbəb ola bilər. Belə hallarda insanlar özlərini necə hiss etdiklərindən daha çox yuxu izləmə tətbiqlərinin göstərdiyi rəqəmlərə əsaslanırlar.

Züleyxa ƏLİYEVA, 

“Azərbaycan”

    





Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ABŞ-dən Zelenskiyə sual: Ukrayna NATO-ya üzv olarsa, Donbasdan çıxmağa razılaşacaqsınızmı?

16:44
14 Noyabr

Baş prokuror Kamran Əliyev Argentinadan olan həmkarları ilə görüşlər keçirib

15:39
14 Noyabr

Azərbaycan-Böyük Britaniya iqtisadi əlaqələri enerji layihələri ilə məhdudlaşmır

15:12
14 Noyabr

Yaponiyalı tələbələrə Azərbaycanın xarici siyasəti haqqında mühazirə oxunub

14:53
14 Noyabr

QMİ sədri Maskat Fəaliyyət Planı Forumunda iştirak edəcək

14:41
14 Noyabr

Azərbaycan–Böyük Britaniya münasibətləri strateji tərəfdaşlıq müstəvisində

14:39
14 Noyabr

COP31-dəki Azərbaycan pavilyonunda gənclərin təmiz enerji keçidindəki rolu müzakirə olunub

14:36
14 Noyabr

Sabah Bakıda və rayonlarda yağış, dağlıq ərazilərdə qar yağacaq

14:31
14 Noyabr

Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

13:26
14 Noyabr

Bir gündə 10 təşəbbüs, 10 görüş...

13:26
14 Noyabr

Bahar Muradova: Azərbaycanda qlobal iqlim gündəliyinə verilən təkan Türkiyədə yeni qərarların alınmasına gətirib çıxarmalıdır

12:47
14 Noyabr

COP31-də altıncı günün əsas mövzusu uşaqlar və gənclərdir

12:29
14 Noyabr

Müdafiə Nazirliyi: Hərbi hissələrdə əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub

12:25
14 Noyabr

Britaniyalı ekspert: Azərbaycan və Böyük Britaniya arasında strateji tərəfdaşlıq münasibətlərin inkişafında mühüm mərhələdir

12:01
14 Noyabr

İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

11:48
14 Noyabr

Azərbaycan nefti 102 dollara satılır

11:27
14 Noyabr

Azərbaycan Avropanın enerji keçidində iştirak edəcək vacib tərəfdaşdır

11:24
14 Noyabr

Tramp Çin və Rusiya liderləri ilə ilk dəfə üçtərəfli görüş keçirəcək

11:20
14 Noyabr

Leyla Əliyeva COP31-də Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Tullantı Fondunun birgə pavilyonunda olub, bir sıra ekspertlərlə görüşüb

10:06
14 Noyabr

Bilmək istəyirəm

09:05
14 Noyabr

Fransa etirazları susdurmaq üçün antiterror tədbirlərinə əl atır

09:00
14 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!