07 Dekabr 2023 15:26
1779
Elm və texnika
A- A+
Əqli Mülkiyyət Agentliyinin rəhbəri beynəlxalq konfransda çıxış edib  

Əqli Mülkiyyət Agentliyinin rəhbəri beynəlxalq konfransda çıxış edib  

 

Moskva şəhərində Avrasiya Patent Təşkilatı və Rusiya Dövlət Əqli Mülkiyyət Akademiyasının təşkilatçılığı ilə “IP Avrasiya/IP Hindistan’23” mövzusunda əqli mülkiyyət və texnologiya üzrə beynəlxalq Avrasiya konfransı keçirilib.

Konfransa onlayn qoşulan Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov “Əqli mülkiyyət iqtisadi artım prizmasında” mövzusunda beynəlxalq elmi araşdırmalara əsaslanan geniş məruzə ilə çıxış edib.

Agentlikdən AZƏRTAC-a bildirilib ki, konfrans əqli mülkiyyətin bazar münasibətlərinə inteqrasiyası, rəqəmsallaşdırılması, o cümlədən süni intellekt sistemlərinin inkişafı ilə əlaqədar əqli mülkiyyət hüquqları sahəsində yaranan məsələlərə, həmçinin Avrasiya ölkələrinin Hindistan ilə əməkdaşlığının inkişaf perspektivlərinə həsr olunub.

Avrasiya Patent İdarəsinin prezidenti Qriqoriy İvliyevin moderatorluğu ilə tədbirin açılış hissəsində Rusiya Federasiyasının İqtisadi inkişaf nazirinin müavini Dmitri Volvaç, Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Keçid və inkişaf etmiş ölkələri departamentinin rəhbəri Habip Asan, Rusiya Federasiyası Federasiya Şurasının Elm, Təhsil və Mədəniyyət Komitəsinin sədri Liliya Qumerova, Rusiyanın Əqli Mülkiyyət üzrə Federal Xidmətinin (Rospatent) rəhbəri Yuriy Zubov və başqaları çıxış ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan boksçuları Dünya kubokunda 3 qızıl medal qazanıblar

17:15
27 Aprel

FHN bəzi ərazilərdə gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

17:10
27 Aprel

Fərid Qayıbov: Ağdərədə ilk dəfə keçirilən reqatada ölkə sayının çox olması sevindirici haldır  

16:12
27 Aprel

Ali Məhkəmə: İcra mərhələsində vəfat etmiş tərəflərin varisləri eyni tələb üzrə yeni iddia qaldıra bilməzlər

16:07
27 Aprel

“Prezident Kuboku” beynəlxalq reqatasına Ağdərədə start verilib

15:51
27 Aprel

Qəbələdə Prezident İlham Əliyevin adından Çexiyanın Baş nazirinin şərəfinə rəsmi lanç verilib  

15:46
27 Aprel

Rusiya-Ukrayna cəbhəsində gərginlik artıb

15:41
27 Aprel

Naxçıvanda Amnistiya aktının icrası yekunlaşıb

15:38
27 Aprel

Bakı-Kiyev əməkdaşlığı qarşılıqlı fayda prinsipinə əsaslanır

15:34
27 Aprel

ANAMA-nın nümayəndə heyəti minatəmizləmə ilə bağlı beynəlxalq tədbirdə iştirak edib  

15:28
27 Aprel

Moskva Berlinə etirazını bildirib

14:57
27 Aprel

Qəbələdə Azərbaycan-Çexiya biznes-forumu keçirilib YENİLƏNƏCƏK

14:27
27 Aprel

QMİ: Eçmiədzin Kilsəsinin bəyanatı düşmənçiliyin və dezinformasiyanın təzahürüdür

14:19
27 Aprel

Çexiyanın Baş naziri: Milli enerji operatorumuz Azərbaycandan təbii qaz almaq niyyətindədir

13:56
27 Aprel

Moskvaya yağan güclü qar həyatı iflic edib

13:42
27 Aprel

“Maliyyə icarəsi haqqında” yeni qanun layihəsi birinci oxunuşda təsdiqlənib

13:40
27 Aprel

Azərbaycan artan diplomatik cazibə mərkəzi kimi: Çexiya Baş nazirinin Qəbələ səfəri kontekstində yeni reallıqlar

13:26
27 Aprel

Prezident: Hərbi təyinatlı məhsulların birgə istehsalı ilə bağlı konkret layihələr üzərində danışıqlar gedir

13:19
27 Aprel

Andrey Babiş: Azərbaycan Çex Respublikası üçün strateji tərəfdaşdır

13:10
27 Aprel

Prezident İlham Əliyev: Çexiyaya qonşu olan ölkələrə Azərbaycan təbii qaz ixrac edir

13:10
27 Aprel

Prezident İlham Əliyev və Çexiyanın Baş naziri Andrey Babiş mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNƏCƏK  

13:09
27 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!