14 Noyabr 2025 08:55
1629
Mədəniyyət
A- A+
Ən böyük qazancı sevgi və alqışlardır 

Ən böyük qazancı sevgi və alqışlardır 


Sənətin xalqımıza tanıtdığı, sevdirdiyi və yaşatdığı aktrisalardan biri də Azərbaycan kinosunun görkəmli nümayəndəsi Xalq artisti, Prezident təqaüdçüsü Elmira Şabanovadır. Tanınmış aktrisa tamaşaçıların bu gün də böyük sevgi və maraqla baxdıqları "Səhər", "Ötən ilin son gecəsi", "Qəm pəncərəsi", "Gecə qatarında qətl", "Gəmi saatının sirri", "Əlvida, cənub şəhəri", "İçərişəhər", "Ağabəyovlar", "Gəlinlər" və başqa bədii filmlərdə, seriallarda, tamaşalarda bir-birindən fərqli müxtəlif xarakterli, lirik-psixoloji obrazlar yaratmışdır. Yaratdığı bu obrazlar ona böyük şöhrət və xalq məhəbbəti qazandırmışdır. 

Xalq artisti Elmira Şabanova 1940-cı il noyabr ayının 1-də Bakıda dünyaya göz açıb. Atası Balahüseyn kişi müxtəlif vəzifələrdə çalışıb, SSRİ Ali Sovetinin deputatı olub. Gələcəyin böyük aktrisası 1958-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) əvvəlcə aktyorluq, sonra Rejissorluq fakültəsində oxuyub. 1962-ci ildə təhsilini uğurla başa vurub.  Üç il Azərbaycan Dövlət Rus Dram Teatrında çalışıb. Uzun müddət Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində müəllim işləyib, gələcəyin aktyorlarının, rejissorlarının yetişməsində böyük əmək sərf edib. 

Elmira Şabanova 1-ci kursda oxuyarkən rejissor Rüfət Şabanovla ailə qurur. Aktrisa 2 filmdə çəkildikdən sonra həyat yoldaşı ona qadağa qoyur. Buna görə də Elmira xanım 1977-ci ilə kimi kinoya çəkilmir. Həmin günləri aktrisa belə xatırlayır: "Əvvəl atam, sonra da həyat yoldaşım mənə qadağa qoydular. Mən həyat yoldaşımı başa düşürdüm. Bizim insanlarımız bir az başqa cürdürlər. O bilirdi ki, mənim istedadım var. Amma həmişə deyirdi ki, Elmira, sevgi filmində bircə rol ifa etsən, o dəqiqə şayiə yayılacaq ki, sən mənə xəyanət edirsən. Ona görə də mən 40 yaşa qədər ancaq pedaqoji fəaliyyətlə məşğul oldum. Bundan sonra isə rejissorlar mənə ancaq ana rolları verdilər".

Tələbəlik illərində sənətin sirlərini görkəmli teatr rejissoru Tofiq Kazımovdan öyrənən Elmira Şabanavonın kinoya gəlişi də sənət müəlliminin istəyi ilə reallaşıb. İlk kino debütü 1959-cu ildə İmran Qasımovun ssenarisi əsasında rejissor Tofiq Tağızadənin çəkdiyi "Əsl dost" filmində olub. Filmdəki hadisələr Xəzər dənizinin sahilindəki balıqçılıq qəsəbələrinin birində cərəyan edir. E.Şabanova filmdə Leyla rolunu oynayır. 1960-cı ildə Mehdi Hüseynin eyniadlı romanının motivləri əsasında rejissor Ağarza Quliyevin çəkdiyi "Səhər" filmində isə aktrisa Sevda obrazını yaradıb. Böyük bacarıq və istedadla yaratdığı obraz ona böyük tamaşaçı sevgisi qazandırıb.

Aktrisanın kinoya növbəti qayıdışı 1977-ci ildə "Bədbəxtliyin astanasında" qısametrajlı bədii filminin çəkilməsi ilə reallaşır. Ümumiyyətlə, Elmira Şabanova "Azərbaycanfilm" kinostudiyasının istehsal etdiyi 30-a yaxın bədii filmdə müxtəlif xarakterli obrazları canlandırıb. Bu  filmlərdə yaratdığı obrazlar onun yaradıcılığında mühüm yer tutub. 

1983-cü ildə Rüstəm İbrahimbəyovun ssenarisi əsasında rejissor Rüfət Şabanov "Gəmi saatının sirri" filmini çəkir. Əsas süjet xəttini köhnə gəmi saatı və qiymətli xəzinənin axtarışı ilə əlaqədar məktəbli oğlanın başına gələn əhvalatlar təşkil edən filmdə aktrisa Alikin anası rolunu oynayır. 

1986-cı ildə yazıçı, dramaturq Cəlil Məmmədquluzadənin "Danabaş kəndinin əhvalatları və "Danabaş kəndinin müəllimi" əsərləri əsasında yazılan ssenariyə uyğun yazıçı Anar "Qəm pəncərəsi" filmini çəkir. Filmdə Cəlil Məmmədquluzadənin uşaqlıq dövründə baş verən hadisələr lentə alınır. Elmira xanım həmin filmdə C.Məmmədquluzadənin həyat yoldaşı Həmidə xanımın obrazını canlandırır. 

Janr baxımından fərqli filmlərdə bir-birindən maraqlı rollar oynayan aktrisa deyir ki, teatr, kino, televiziya təbliğat vasitələri olduğundan insanlara örnək olmalıdır: "Kino dedikdə hər şey vəhdət təşkil etməlidir. Rejissor işi, operator işi, musiqi və s. hamısı bir-birini tamamlamalıdır. Digər tərəfdən, kinonu anlamağın, hiss etməyin əsaslarından biri də ona geniş ekranda, kinoteatrda baxmaqdan ibarətdir. Kino maqnit kimi ekrandan tamaşaçının fikirlərini özünə çəkməlidir. Kino tərbiyəvi əhəmiyyət daşıyır, insanlara necə yaşamağı, necə davranmağı öyrədir".

Şanlı Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandanı İlham Əliyevin sərkərdəliyi altında Ermənistan üzərində qələbə çalmasından, 30 ilə yaxın ermənilərin işğalında qalmış Qarabağın və başqa ərazilərimizin azad olunmasından sevinən görkəmli aktrisa Elmira Şabanova deyib: 

- Yaxşı ki, qələbə çaldıq. Niyyətimiz nə idisə, o da həyata keçdi. Bu gün qalib xalqıq. Tarixi hər birimiz yaşadıq, gördük. Bu günlərin qiymətini bilməliyik. Xalqımız istedadlı xalqdır. Bizim gənclərə böyük ümid bəsləyirəm. Hər zaman məqsədlərinə çatmağa çalışsınlar. Biz də baxıb, sevinək. Kino sahəsini inkişaf etdirmələrini istəyirəm. Çünki kino respublikanın güzgüsüdür. 

Kino tədqiqatçısı, Əməkdar incəsənət xadimi Aydın Kazımzadənin "Mənalı ömrün hekayəti" adlı kitabı Elmira Şabanovaya və onun kinematoqrafçılar ailəsinə həsr olunub. Aktrisanın ömür və yaradıcılıq yolu, pedaqoji fəaliyyəti, ailəsində sənətini davam etdirənlər haqqında ətraflı söz açan müəllif sənədli film təəssüratı yaradan bir iş ortaya qoyub. Kitabda yer alan çoxsaylı fotolar onu daha da dolğun edib.

Son illər Elmira xanım tamaşaçı qarşısına çıxmaq istəmir. Bu, aktrisanı sevən, onu görmək istəyən tamaşaçılar üçün nigarançılıq yaradır. Aydın Kazımzadə məhz bu amilləri nəzərə alaraq görkəmli aktrisa haqqında kitab yazmaq qərarına gəlib. Aydın müəllimin dediyinə görə, Elmira xanım əvvəlcə haqqında kitabın yazılmasını istəməyib. Sonra böyük çətinliklə onu razı salmaq mümkün olub. Kitab yazılandan sonra Elmira xanım sevinərək "Nə yaxşı ki, mən bu kitabı görə bildim" deyib.

Görkəmli aktrisa Elmira Şabanovanın incəsənətimizin, mədəniyyətimizin inkişafındakı xidmətləri dövlətimiz tərəfindən layiqincə qiymətləndirilib. Elmira xanım 2000-ci ildə Əməkdar, 2006-cı ildə Xalq artisti  fəxri adlarına layiq görülüb. 2003-cü ildən isə Prezident təqaüdçüsüdür.


Vahid MƏHƏRRƏMOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Qarabağ” azarkeşlərinə görə cərimələnib

15:44
16 Dekabr

Baş icraçı direktor: Azərbaycan-Ermənistan sülh danışıqlarında indiki əsas vəzifə razılaşdırılmış müddəaların həyata keçirilməsidir  

15:44
16 Dekabr

Rusiyada 5 bal gücündə zəlzələ baş verib  

15:40
16 Dekabr

Sos kəndində daha 21 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB  

15:39
16 Dekabr

Rusiyada məktəbli bıçaqla insanlara hücum edib, ölən və yaralananlar var – YENİLƏNİB  

15:36
16 Dekabr

Xocalının Seyidbəyli və Təzəbinə kəndlərində 20 ailəyə mənzillərinin açarları təqdim edilib – YENİLƏNİB  

15:35
16 Dekabr

Ötən qurultaydan indiyədək 950 minə yaxın həmkarlar ittifaqları üzvünə maddi yardım verilib  

15:31
16 Dekabr

AHİK sədri: Bu günədək 2 milyona yaxın işçinin müqaviləsi əmək və məşğulluq alt sistemində rəsmiləşdirilib  

15:23
16 Dekabr

Sahib Məmmədov: Azərbaycan Həmkarlar İttifaqları üzvlərinin sayı bir milyondan çoxdur  

14:39
16 Dekabr

Gürcüstan mediası Prezident İlham Əliyevin amnistiya təşəbbüsünü geniş işıqlandırıb  

14:38
16 Dekabr

Azərbaycan BMT-nin Sivilizasiyalar Alyansının XI Qlobal Forumunda təmsil olunub  

14:09
16 Dekabr

Baş nazir Əli Əsədov Rusiyanın Həştərxan vilayətinin qubernatoru ilə görüşüb  

14:08
16 Dekabr

Kəmaləddin Heydərov: Ötən illər ərzində 1134 xüsusi texnika alınıb  

14:07
16 Dekabr

IDEA Sabirabad və Cəlilabad rayonlarında kütləvi ağacəkmə aksiyaları təşkil edib  

14:05
16 Dekabr

Milli Məclisin növbəti iclasının vaxtı məlum olub  

14:00
16 Dekabr

“Sony”dən unikal yenilik  

13:33
16 Dekabr

CNN Türk telekanalı: Zəngəzur dəhlizi sayəsində Ankara ilə Bakının siyasi və iqtisadi çəkisi artacaq  

13:13
16 Dekabr

Aktau limanı Trans-Xəzər marşrutunun mühüm elementi kimi tanınıb  

13:12
16 Dekabr

Özbəkstanlı politoloq: 2030-cu ildə Avropanın yaşıl enerjisi türk dövlətləri tərəfindən təmin olunacaq  

13:11
16 Dekabr

Azərbaycanın rayonlarında yağıntılar sabah tədricən kəsiləcək

13:10
16 Dekabr

Şəhid ailələri və müharibə əlilləri mülkiyyət hüquqlarının qeydiyyatına görə rüsumdan azad edilir  

13:03
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!