05 Yanvar 2026 15:13
289
DÜNYA
A- A+
Ekspert: Zəngəzur dəhlizi Türk dünyasının şah damarıdır  

Ekspert: Zəngəzur dəhlizi Türk dünyasının şah damarıdır  


Zəngəzur dəhlizi sadəcə nəqliyyat yolu deyil, Türk dünyasının şah damarlarından biridir. Bakıdan Qarsa qədər uzanan bu yol təkcə qatarların və yük maşınlarının deyil, həm də tarixin, taleyin və qardaşlığın keçəcəyi bir yoldur. Bu gün Azərbaycanı Naxçıvanla, Naxçıvanı Türkiyə ilə və Türkiyəni Orta Asiya ilə birləşdirən bu dəhliz Türk dünyasının yenidən birləşmək iradəsidir.

Bunu AZƏRTAC-a açıqlamasında türkiyəli strategiya üzrə ekspert Gökalp Şentürk bildirib.

Onun sözlərinə görə, Zəngəzur dəhlizi istifadəyə verildikdə Ankara ilə Bakı arasındakı əlaqə faktiki olaraq kəsilməz olacaq.

“Müasir dövrdə ilk dəfə olaraq Türk dünyası vahid iqtisadi və strateji xəttə çevriləcək. Buna görə də Zəngəzur sadəcə bir yol deyil, geosiyasi inqilabdır. Türkiyə artıq yalnız Avropa ilə Asiya arasında yerləşməyəcək, əksinə Türk dünyasının mərkəzində olacaq. Bu dəhliz sayəsində Türkiyə malları Çinə və Orta Asiyaya, Orta Asiyanın enerji və xammal ehtiyatları Türkiyə vasitəsilə Aralıq dənizinə və Avropaya çatacaq. Başqa sözlə, Türkiyə qlobal ticarətin əsas qapısına çevriləcək. Azərbaycanda Türk dünyasının logistika mərkəzi olacaq”, - deyə Gökalp Şentürk vurğulayıb.

Gökalp Şentürk qeyd edib ki, bu dəhliz sadəcə iqtisadi qazanc deyil, türk millətinin dünyada çəkisinin artmasıdır: “Bu dəhliz birbaşa Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Anadolunu birləşdirəcək. Bu o deməkdir ki, Türk dünyası artıq sadəcə mədəni deyil, logistik, iqtisadi və strateji baxımdan vahid bir quruma çevriləcək”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qış Olimpiya Oyunlarına geri sayım başlayıb  

11:40
07 Yanvar

Tədqiqat: ChatGPT təhsilin səmərəliliyini aşağı salır  

11:39
07 Yanvar

Mərkəzi Bankın valyuta ehtiyatları artıb  

11:38
07 Yanvar

ABŞ və "istəklilər koalisiyası"nın "Paris Bəyannaməsi"   

11:37
07 Yanvar

Azərbaycanda pul bazası artıb

11:30
07 Yanvar

FHN dumanlı hava şəraiti ilə əlaqədar kiçikhəcmli gəmi istifadəçilərinə müraciət edib  

11:01
07 Yanvar

Azərbaycan–Qazaxıstan–Türkmənistan əməkdaşlığı Trans-Xəzər marşrutu üzrə real logistik gücə çevrilə bilərmi?  

10:44
07 Yanvar

Ötən gün 74 cinayətin açılması təmin edilib  

10:44
07 Yanvar

Gəncədə Rus Pravoslav Kilsəsində Milad bayramı qeyd olunub  

10:43
07 Yanvar

Ötən il fermerlərə dəymiş zərərə görə 9 milyon manatdan çox sığorta ödənişi edilib  

10:41
07 Yanvar

Dünya bazarında qızıl 31 dollardan çox ucuzlaşıb

10:39
07 Yanvar

Azərbaycanın yalnız regional deyil, daha geniş coğrafiyada qəbul edilən etibarlı tərəfdaşdır  

10:18
07 Yanvar

Azərbaycan nefti cüzi ucuzlaşıb  

10:17
07 Yanvar

Aydın baxış və strateji yanaşma  

10:11
07 Yanvar

Media: Maduro və həyat yoldaşı ABŞ qüvvələri tərəfindən ələ keçirilərkən xəsarət alıblar  

09:35
07 Yanvar

Venesuelada bir həftəlik matəm elan edilib  

09:34
07 Yanvar

Venesueladakı müvəqqəti hökumət 30-50 milyon barel nefti ABŞ-a təhvil verməyə razılaşıb  

09:32
07 Yanvar

Zelenski “İstəklilər koalisiyası”nın Parisdə keçirilən sammitinin nəticələrini dəyərləndirib  

09:26
07 Yanvar

Şəhid ailəsi Yeni ili yeni mənzildə qarşıladı

09:05
07 Yanvar

Yazıçı, ssenarist, ictimai xadim

09:00
07 Yanvar

Mədəniyyətin, ədəbiyyatın inkişafı dövlət siyasətində xüsusi yer tutur

08:55
07 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!