07 Yanvar 2026 10:11
244
SİYASƏT
A- A+
Aydın baxış və strateji yanaşma  

Aydın baxış və strateji yanaşma  


Cənab Prezidentin yerli mediaya müsahibələri artıq ənənə halını alıb. Dövlət başçımız ilin yekunları, il ərzində ölkənin daxili və xarici siyasəti, baş vermiş mühüm hadisələr, aktual məsələlərlə bağlı ictimaiyyətə məlumat verir.  Ünvanlanan suallar, dövlət başçısının bütün mövzuları ən xırda detallarına kimi əhatə etməsi cənab Prezidentin Azərbaycanın  gələcəyi ilə bağlı aydın baxışa və strateji yanaşmaya malik olduğunun göstəricisidir. Azərbaycan Prezidenti dünyada cərəyan edən prosesləri obyektiv təhlil edərək, dəqiq proqnozlar verir. 

Budəfəki müsahibədə də Azərbaycanın siyasi-diplomatik, hərbi, iqtisadi, sosial uğurları və qarşıda duran perspektivlərlə bağlı vacib mesajlar əksini tapıb. Son 5 ilin ən böyük uğuru şübhəsiz ki, Azərbaycanın yaratdığı yeni reallıqların dünya siyasi elitası tərəfindən qəbul olunmasıdır. Cənab Prezident müsahibəsində bu məqama xüsusi toxundu və qeyd etdi ki, Azərbaycan və Ermənistan son 5 aydır sülh şəraitində yaşayır. Belə ki, ötən ilin avqustunda Vaşinqtonda tərəflər arasında əldə olunan razılaşma artıq nəticələr verməkdədir. Bu isə regional təhlükəsizlik və əməkdaşlıq  baxımından olduqca vacibdir.

Cənab Prezidentə ünvanlanan suallardan biri də ABŞ-Azərbaycan münasibətləri kontekstində 907-ci düzəlişin ləğvi ilə bağlı idi. Müstəqilliyin ilk illərində AXC-Müsavat cütlüyünün laqeyd yanaşması səbəbindən ölkəmizə qarşı qəbul olunan bu qərar ikili standartların ən real nümunəsi idi. Dövlət başçımızın söylədiklərindən aydın oldu ki, təsadüfi şəxslərin hakimiyyətə gəlişi milli maraqlarımıza zidd qərarların verilməsinə səbəb olub. Ən dəhşətlisi isə budur ki, ovaxtki Azərbaycan iqtidarının gündəlikdə belə bir məsələnin olmasından, belə bir qanunun qəbul olunacağından xəbəri belə olmayıb. Bu da həmin dövrün xaotik ictimai-siyasi mənzərəsini təsəvvür etməyə imkan verir.

1993-cü il Ulu Öndərin hakimiyyətə qayıdışından sonra 907-ci düzəlişin ləğvi hər zaman gündəmdə idi və nəhayət, 2025-ci ilin avqustunda ABŞ Prezidenti Donald Tramp Ağ Evdə məhz Prezident İlham Əliyevin iştirakı ilə keçirilən mərasimdə 907-ci düzəlişə son qoydu, bunu aradan qaldırdı. Bununla belə,  Konqres bunu rəsmən aradan qaldırmalıdır. 

Dövlət başçısı eyni zamanda regionda mövcud olan nəqliyyat imkanlarından da danışdı. Bu xüsusda Zəngəzur dəhlizinin əhəmiyyərini xüsusi qeyd etdi. Bir daha əminlik yarandı ki, Zəngəzur dəhlizi gec-tez açılacaq. Bu isə Ermənistanla normallaşma prosesi çərçivəsində lazım olan bütün məsələlərin bizim milli maraqlarımıza uyğun həllini tapdığını təsdiqləyir. 

Nəqliyyat infrastrukturunun strateji prioritetlərinə gəlincə, ölkəmizin coğrafi mövqeyinin vahid tranzit və nəqliyyat qovşağı kimi əhəmiyyəti ilbəil artır. Belə ki, unikal coğrafiyaya malik olan Azərbaycan Mərkəzi Asiya ilə Qərb arasında effektiv və təhlükəsiz körpü rolunu oynayır.  Naxçıvanla əlaqələri gücləndirən nəqliyyat layihələrinin icrası isə xüsusi əhəmiyyət kəsb edir və dövlət başçımız Naxçıvanı Türkiyə ilə birləşdirəcək dəmir yolu xəttinin vacibliyini, bu istiqamətdə işlərin koordinasiyalı aparılmasının zəruriliyini qeyd etdi. 

Zəngəzur dəhlizinin açılması isə Naxçıvanın Türkiyə ilə birbaşa dəmir yolu əlaqəsi vasitəsilə Azərbaycanın tranzit potensialını daha da artıracaq. Bu layihələr həm də ticarət həcmlərinin artmasına gətirib çıxara bilər. Beləliklə, Azərbaycan beynəlxalq logistika marşrutlarının vacib hissəsinə çevrilib. Bu kontekstdə dünyanın iqtisadi nəhəngi olan Çinlə strateji tərəfdaşlıq, həmçinin Mərkəzi Asiyada böyük nüfuz qazanmaq, bir çox beynəlxalq təşkilatlarda mövqelərin möhkəmlənməsi Azərbaycanı daha da gücləndirib.

Digər əməli fəaliyyət sahələrinə gəldikdə işğaldan azad olunmuş ərazilərimizin minalardan təmizlənməsi, sürətli və keyfiyyətli bərpa-quruculuq işləri, Böyük Qayıdışın plan üzrə icrası və s. Azərbaycanın uğurları sırasındadır.

Ötən ilin mənzərəsi və cari ilin yeni hədəfləri onu deməyə əsas verir ki, Azərbaycan heç vaxt reallaşması mümkün olmayan təşəbbüslərlə çıxış etmir.


Könül NURULLAYEVA,

Milli Məclisin deputatı


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanla Səudiyyə Ərəbistanı arasında əməkdaşlıq genişləndiriləcək  

15:18
08 Yanvar

Bakıda “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının rəsmi açılış mərasimi keçirilib YENİLƏNİB-3 

15:17
08 Yanvar

SOCAR ilə “TotalEnergies” “Abşeron” yatağının tammiqyaslı işlənməsini müzakirə edib  

15:13
08 Yanvar

Türkiyəli mütəxəssis: Müşahidə olunan temperatur dəyişiklikləri Xəzər dənizi hövzəsinin sürətlə istiləşdiyini göstərir  

14:45
08 Yanvar

Moldova xəbər portalı: Azərbaycan iqtisadi cəhətdən tamamilə müstəqildir  

14:36
08 Yanvar

İnfeksionist: Epidemioloji durum nəzarət altındadır, əlavə tədbirlərə ehtiyac duyulmur  

14:35
08 Yanvar

Sabah bəzi rayonlarda hava fasilələrlə yağıntılı olacaq, dağlıq ərazilərdə qar yağacaq  

14:35
08 Yanvar

Abid Malik: “Xızı-Abşeron” Külək Elektrik Stansiyası “ACWA Power” üçün Azərbaycanda uzunmüddətli strateji əməkdaşlığın başlanğıcıdır  

14:11
08 Yanvar

FIFA dünya çempionatında ofsayd qərarları üçün süni intellektdən istifadə edəcək  

14:01
08 Yanvar

Kirayə mənzil fonduna daha 222 mənzil əlavə olunub

13:47
08 Yanvar

Türk professor: Azərbaycan regionun gələcəyini formalaşdıran məsuliyyətli aktor kimi çıxış edir  

13:41
08 Yanvar

Rəqəmsallaşma əmək bazarında hansı dəyişiklikləri yaradır?  

13:27
08 Yanvar

AQTA: Ölkədə quş qripi xəstəliyinə yoluxma halı aşkarlanmayıb  

13:23
08 Yanvar

Qırğızıstanlı analitik : Mərkəzi Asiya-Azərbaycan-Türkiyə əməkdaşlığı regional sabitliyə xidmət edir  

13:13
08 Yanvar

Fransada etiraz edən fermerlər traktorları Parisin mərkəzinə sürüblər  

13:08
08 Yanvar

Azərbaycanda ilk dəfə keçirilən dağ xizəyi üzrə beynəlxalq turnirin qalibləri mükafatlandırılıb  

12:57
08 Yanvar

Media: Donald Tramp gələcəkdə Venesuelaya səfər etmək istəyir  

12:39
08 Yanvar

Media: Avropa İttifaqı Donald Trampla birbaşa qarşıdurmaya hazırlaşır  

12:17
08 Yanvar

Cəbrayılda yanğın törədən şəxs məsuliyyətə cəlb olunub -YENİLƏNİB

12:15
08 Yanvar

Vəkilliyə qəbulla bağlı növbəti test imtahanına elektron müraciət başlayıb  

11:41
08 Yanvar

Təyyar Eyvazov: Hazırda qripin yayılmasının artması bir neçə faktorla əlaqədardır  

11:36
08 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!