07 Yanvar 2026 08:15
421
SİYASƏT
A- A+
Azərbaycanın strateji mövqeyi: D-8-dən Mərkəzi Asiyaya

Azərbaycanın strateji mövqeyi: D-8-dən Mərkəzi Asiyaya


İlham ƏLİYEV: "Bizim rolumuz artıq böyük layihələri icra edə bilən ölkə kimi artacaq" 


2025-ci il Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmlənməsi baxımından əlamətdar il kimi tarixə düşdü. Qısa müddət ərzində ölkəmizin həm D-8, həm də Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Şurasına üzv qəbul edilməsi Bakının regional çərçivələri aşan diplomatik fəallığını aydın şəkildə nümayiş etdirdi. Təbii ki, bu addım yalnız formal üzvlük deyil, eyni zamanda Azərbaycanın iqtisadi əməkdaşlıqdan siyasi dialoqa qədər söz sahibi olmaq niyyətinin göstəricisidir.

Öncə xatırladaq ki, D-8-in yaranma ideyası İslam Əməkdaşlıq Təşkilatının 1996-cı il oktyabrın 22-də İstanbulda keçirilmiş toplantısında irəli sürülüb və növbəti il iyunun 15-də İstanbulda keçirilən dövlət və hökumət başçılarının Zirvə görüşündə rəsmi olaraq təsis edilib. Quruma Türkiyə, İran, Pakistan, Banqladeş, Malayziya, İndoneziya, Misir və Nigeriya daxildir. Təşkilatın üzvlərindən ikisi - Türkiyə və İndoneziya "Böyük iyirmilər"in (G-20) üzvüdür. D-8-in fəaliyyətinin əsas məqsədi üzv ölkələr arasında əməkdaşlığı inkişaf etdirmək, iqtisadi və sosial sahələrdə əlaqələri gücləndirməkdir. 2017-ci ilin aprel ayından D-8-ə müşahidəçi ölkə statusunda qoşulan Azərbaycan təşkilatın 2024-cü ilin dekabrında Misirin paytaxtı Qahirədə baş tutan XI sammiti zamanı yekdilliklə ona üzv seçilib. Bununla da təşkilatın sıraları  ilk dəfə genişlənməyə başlayıb. D-8 ölkələrinin böyük və tanınmış qeyri-hökumət təşkilatları, adətən, sosial və iqtisadi sahələrdə əməkdaşlıq edirlər. Belə əməkdaşlıq mühiti və D-8-in beynəlxalq çəkisi Azərbaycanın təşkilata üzv qəbul edilməsinin təsadüfi olmadığını göstərir.

Prezident İlham Əliyevin  yanvarın 5-də yerli televiziya kanallarına verdiyi müsahibədə D-8-ə üzvlüklə bağlı səsləndirdiyi fikirlərdə də bu məqam aydın şəkildə ifadə olunur: "Biz D-8 təşkilatına üzv olduq. Mən bunu da çox böyük nailiyyət kimi qiymətləndirirəm. Çünki bu təşkilat 30 ilə yaxındır ki, yaradılmışdır və yarandığı gündən yeni üzv qəbul etməmişdir. Ona görə bu günə qədər adı da D-8-dir. Yeganə yeni üzv Azərbaycan olmuşdur. Nəzərə alsaq ki, bu təşkilatda müsəlman dünyasının ən böyük ölkələri birləşir, Azərbaycanı dəvət etmək və bizi seçmək, əgər belə demək mümkündürsə, əlbəttə ki, böyük uğur sayıla bilər". 

Prezidentin təbirincə desək, Azərbaycan nə əhali, nə də iqtisadi göstəricilər baxımından böyük dövlətlər sırasında yer almasa da, bu nüfuzlu təşkilatda rəsmi şəkildə təmsil olunması ölkəmizə göstərilən etimadın və yürüdülən müstəqil, balanslaşdırılmış siyasətin nəticəsi kimi qiymətləndirilir. D-8 çərçivəsində birləşən ölkələrin ümumi əhalisinin 1 milyarddan, ümumi iqtisadi potensialının isə 4 trilyon dollardan artıq olması təsisatın qlobal miqyasını aydın şəkildə ortaya qoyur. Diqqətçəkən məqam ondan ibarətdir ki, Azərbaycan üzv qəbul edildikdən dərhal sonra fəal mövqe tutaraq təşəbbüskar fəaliyyətə başlayıb. Məhz Bakının təşəbbüsü ilə ölkəmizdə media, iqlim, ekologiya, energetika və nəqliyyat sahələrini əhatə edən D-8 mərkəzlərinin yaradılması Azərbaycanın bu təşkilatda fəal və iddialı üzv olacağını açıq şəkildə nümayiş etdirir. Azərbaycanın D-8 təşkilatına üzv qəbul edilməsi daha bir gerçəyi ortaya qoyur. Bu, ölkəmizin islam dünyasında və yüksələn iqtisadi gücə malik ölkələr arasında artan nüfuzunun artmasının göstəricisidir. İqtisadi potensial baxımından mühüm dövlətləri birləşdirən bu təşkilat Azərbaycanın yeni bazarlara çıxışı, ticarət əlaqələrinin şaxələndirilməsi və investisiya əməkdaşlığının genişləndirilməsi üçün əlavə imkanlar yaradır. Enerji, nəqliyyat və logistika sahəsində strateji üstünlüklərə malik olan Azərbaycan D-8 çərçivəsində istehlakçı və təşəbbüskar tərəfdaş kimi çıxış etmək niyyətini ortaya qoyur.

D-8 çərçivəsində iqtisadi təşəbbüskarlıq nümayiş etdirən Azərbaycan üçün növbəti mühüm istiqamət Mərkəzi Asiya məkanıdır. Məhz bu kontekstdə ölkəmizin Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Şurasına üzvlüyü xüsusi əhəmiyyət kəsb edir. Məhz bu amili dövlət başçısı sözügedən müsahibədə xüsusi qeyd edib: "Xarici siyasətlə bağlı digər önəmli nailiyyət Mərkəzi Asiya Məşvərət Şurasına tamhüquqlu üzv seçilməyimizdir. Hesab edirəm ki, bu da nadir hadisə sayıla bilər. Çünki təbii ki, coğrafi nöqteyi-nəzərdən biz Mərkəzi Asiyada yox, Cənubi Qafqazda yerləşirik. Ancaq Mərkəzi Asiya ölkələri ilə həm ikitərəfli, həm də çoxtərəfli formatlarda o qədər sıx əlaqələrimiz var və son illər o qədər çox layihələr icra edilir ki, artıq bu ölkələr yekdilliklə bizi tamhüquqlu üzv seçdilər. Biz bunu da böyük bir siyasi və diplomatik uğur hesab edə bilərik. Mən Prezident kimi artıq iki il ardıcıllıqla fəxri qonaq kimi Zirvə görüşlərinə dəvət olunurdum. Amma iştirakımla keçirilən üçüncü Zirvə görüşündə artıq tamhüquqlu üzv seçildik".

Qeyd edək ki, bu platforma Mərkəzi Asiya ölkələrinin liderlərinə regional əməkdaşlığı inkişaf etdirmək, sabitliyi təmin etmək və iqtisadi məsələləri müzakirə etmək imkanı yaradır. 2018-ci ildə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin təşəbbüsü ilə təsis olunan platforma çərçivəsində Daşkənd, Nur-Sultan, Aşqabad və digər şəhərlərdə baş tutan görüşlərdə iştirakçılar regional məsələlər və beynəlxalq əməkdaşlıq gündəliyini müzakirə ediblər. Ötən il noyabrın 16-da isə Özbəkistanın paytaxtı Daşkənddə "Mərkəzi Asiya + Azərbaycan" formatında Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşü keçirildi. Bu toplantıda Azərbaycanın Mərkəzi Asiya ölkələrinin məşvərət görüşləri formatına tamhüquqlu üzv olaraq qəbul edilməsi barədə qərar rəsmi şəkildə təsdiqləndi.

Bu gün Mərkəzi Asiya - Azərbaycan birliyi həm region, həm də qlobal miqyasda ciddi strateji əhəmiyyət daşıyır. Müasir beynəlxalq münasibətlərdə bağlantılar, nəqliyyat və logistika əsas geosiyasi alətlərdən birinə çevrildiyi dövrdə Mərkəzi Asiyanı Qərblə etibarlı şəkildə birləşdirə bilən yeganə real ölkə məhz Azərbaycandır. Fakt  olaraq alternativ marşrutlardan danışmaq mümkün olsa da, mövcud geosiyasi reallıqlar fonunda bu variantların Qərb üçün qəbul edilən olmadığı artıq aydın görünür. Məhz bu səbəbdən Azərbaycanın "canlı körpü" və etibarlı tərəfdaş kimi rolu sürətlə artır. Ölkəmiz təkcə tranzit ərazisi deyil, böyük regional layihələri icra edən əsas mərkəz kimi diqqət çəkir. Bunun əməli  nəticələri də göz önündədir: Azərbaycan ərazisindən keçən yüklərin həcmi davamlı şəkildə artır və ilk dəfə olaraq 100 min ədəd konteyner tranzit yük kimi ölkəmizin ərazisindən keçib. Üstəlik, bu rəqəm son nöqtə də deyil. Artan tələbat fonunda Azərbaycan nəqliyyat infrastrukturunun genişləndirilməsinə əlavə investisiyalar yönəldilir. 

Strateji əməkdaşlıq yalnız nəqliyyatla məhdudlaşmır. 2024-cü ilin noyabrında Azərbaycan, Qazaxıstan və Özbəkistan prezidentləri arasında Bakıda imzalanan enerji kabeli layihəsi regionlararası inteqrasiyanın yeni mərhələsindən xəbər verir. Xəzərin dibi ilə çəkiləcək fiber-optik kabel və digər kommunikasiya layihələri Mərkəzi Asiya ilə Azərbaycan arasında fiziki və rəqəmsal bağlantıları daha da gücləndirəcək. "Ona görə Azərbaycanı bu qrupa rəsmən qəbul etməklə Mərkəzi Asiya ölkələri, onların rəhbərləri həm bizə böyük hörmət göstərmiş oldular, həm də ki, öz uzaqgörənliklərini nümayiş etdirdilər. Çünki bu, bölgədə olan geosiyasi vəziyyəti tamamilə dəyişir", - deyə Prezident İlham Əliyev məlum müsahibədə vurğulayıb.

Hər iki təşkilata paralel üzvlük Azərbaycanın bir tərəfdən İslam dünyası və Qlobal Cənub ölkələri ilə iqtisadi əməkdaşlığını gücləndirir, digər tərəfdən isə türk dünyası və Mərkəzi Asiya ilə siyasi və strateji əlaqələrini dərinləşdirir. Nəticə etibarilə, D-8 və Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Şurasında təmsilçilik Azərbaycanın beynəlxalq sistemdə artan çəkisinin növbəti təsdiqidir. 2025-ci il bu baxımdan Azərbaycanın yalnız iştirakçı deyil, proseslərə təsir göstərən ölkə kimi mövqeyini möhkəmləndirdiyi bir dövr kimi qiymətləndirilə bilər.


Züleyxa ƏLİYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanla Səudiyyə Ərəbistanı arasında əməkdaşlıq genişləndiriləcək  

15:18
08 Yanvar

Bakıda “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının rəsmi açılış mərasimi keçirilib YENİLƏNİB-3 

15:17
08 Yanvar

SOCAR ilə “TotalEnergies” “Abşeron” yatağının tammiqyaslı işlənməsini müzakirə edib  

15:13
08 Yanvar

Türkiyəli mütəxəssis: Müşahidə olunan temperatur dəyişiklikləri Xəzər dənizi hövzəsinin sürətlə istiləşdiyini göstərir  

14:45
08 Yanvar

Moldova xəbər portalı: Azərbaycan iqtisadi cəhətdən tamamilə müstəqildir  

14:36
08 Yanvar

İnfeksionist: Epidemioloji durum nəzarət altındadır, əlavə tədbirlərə ehtiyac duyulmur  

14:35
08 Yanvar

Sabah bəzi rayonlarda hava fasilələrlə yağıntılı olacaq, dağlıq ərazilərdə qar yağacaq  

14:35
08 Yanvar

Abid Malik: “Xızı-Abşeron” Külək Elektrik Stansiyası “ACWA Power” üçün Azərbaycanda uzunmüddətli strateji əməkdaşlığın başlanğıcıdır  

14:11
08 Yanvar

FIFA dünya çempionatında ofsayd qərarları üçün süni intellektdən istifadə edəcək  

14:01
08 Yanvar

Kirayə mənzil fonduna daha 222 mənzil əlavə olunub

13:47
08 Yanvar

Türk professor: Azərbaycan regionun gələcəyini formalaşdıran məsuliyyətli aktor kimi çıxış edir  

13:41
08 Yanvar

Rəqəmsallaşma əmək bazarında hansı dəyişiklikləri yaradır?  

13:27
08 Yanvar

AQTA: Ölkədə quş qripi xəstəliyinə yoluxma halı aşkarlanmayıb  

13:23
08 Yanvar

Qırğızıstanlı analitik : Mərkəzi Asiya-Azərbaycan-Türkiyə əməkdaşlığı regional sabitliyə xidmət edir  

13:13
08 Yanvar

Fransada etiraz edən fermerlər traktorları Parisin mərkəzinə sürüblər  

13:08
08 Yanvar

Azərbaycanda ilk dəfə keçirilən dağ xizəyi üzrə beynəlxalq turnirin qalibləri mükafatlandırılıb  

12:57
08 Yanvar

Media: Donald Tramp gələcəkdə Venesuelaya səfər etmək istəyir  

12:39
08 Yanvar

Media: Avropa İttifaqı Donald Trampla birbaşa qarşıdurmaya hazırlaşır  

12:17
08 Yanvar

Cəbrayılda yanğın törədən şəxs məsuliyyətə cəlb olunub -YENİLƏNİB

12:15
08 Yanvar

Vəkilliyə qəbulla bağlı növbəti test imtahanına elektron müraciət başlayıb  

11:41
08 Yanvar

Təyyar Eyvazov: Hazırda qripin yayılmasının artması bir neçə faktorla əlaqədardır  

11:36
08 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!