07 Yanvar 2026 08:05
628
CƏMİYYƏT
A- A+
Bu günün və gələcəyin inkişaf məkanı

Bu günün və gələcəyin inkişaf məkanı


Qarabağ və Şərqi Zəngəzurdakı quruculuq Azərbaycanın qüdrətinin göstəricisidir


Qarabağ və Şərqi Zəngəzur bu gün Azərbaycanın ən genişmiqyaslı bərpa və quruculuq layihələrinin həyata keçirildiyi əsas bölgələrə çevrilib. Uzun illər işğal, dağıntı, talan və vandalizmə məruz qalan bu ərazilər indi yeni inkişaf mərhələsinə qədəm qoyub. Viran edilmiş şəhər və kəndlərin yerində müasir yaşayış məntəqələri salınır, infrastruktur yenidən qurulur, sosial və iqtisadi həyat ardıcıl şəkildə canlandırılır. Bu proses təkcə yenidənqurma deyil, həm də tarixi ədalətin bərpası, dövlət gücünün və milli iradənin real təzahürüdür.

Azadlığına qovuşmuş ərazilərdə görülən bütün işlər planlı, mərhələli və uzunmüddətli strateji yanaşmaya əsaslanır. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən layihələr Azərbaycanın daxili imkanları hesabına maliyyələşdirilir və bu fakt ölkənin iqtisadi dayanıqlılığını açıq şəkildə nümayiş etdirir. Bu miqyasda quruculuq işlərinin qısa müddətdə aparılması yalnız güclü siyasi iradə, səmərəli idarəetmə və milli həmrəylik sayəsində mümkün olub. İşğal dövründə bu torpaqlar məqsədli şəkildə dağıdıldığına görə bərpa prosesinin miqyası daha genişdir. Prezident İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına verdiyi müsahibəsində həmin dövrün acınacaqlı mənzərəsini xatırladaraq deyib: "İşğal dövründə oradakı vəziyyət acınacaqlı idi. Siz hamınız - Azərbaycan vətəndaşları o bölgələrdə olarkən, xüsusilə işğaldan azad ediləndən sonrakı ilk aylar ərzində görürdük ki, vəziyyət çox acınacaqlı idi. Hətta mən özüm də dəfələrlə orada olarkən özümə sual verirdim: bəs bu qədər milyonlar, yüz milyonlarla telemarafonlar, - ermənilər hər il yüz milyonlarla pul yığırdılar, - bu pul hara gedirdi? Mən onu orada görmədim".

Bərpa strategiyasının ilk mərhələsində bölgələrarası bağlantıların yaradılması prioritet vəzifə kimi müəyyən edilmişdir. Bu istiqamətdə həyata keçirilən tədbirlər nəticəsində azad edilmiş ərazilər artıq mərkəzi infrastrukturla faktiki olaraq birləşdirilib. Enerji sahəsində yaradılan dairəvi sistem Qarabağ və Şərqi Zəngəzuru istehlakçıdan istehsalçıya çevirib. Son beş il ərzində 307 meqavat gücündə su-elektrik stansiyalarının yaradılması bölgənin enerji təhlükəsizliyini təmin etməklə yanaşı, ölkə üzrə enerji balansına da töhfə verir.

Su təchizatı məsələsi bərpa prosesinin əsas dayaqlarından biridir. Prezident İlham Əliyevin vurğuladığı kimi, su təchizatı olmadan heç kim o torpaqlara köçməz, orada yaşamaz. Bu məqsədlə Sərsəng, Suqovuşan, Köndələnçay və Xaçınçay su anbarları əsaslı şəkildə bərpa edilib, Zabuxçay su anbarı isə sıfırdan inşa olunub. Bu layihələr böyük maliyyə vəsaiti və peşəkar işçi qüvvəsi tələb edir. Prezidentin qeyd etdiyi kimi, Kəlbəcər dağlarında sərt iqlim şəraitində elektrik xətlərinin çəkilməsi, körpülərin və onlarla kilometr uzunluğunda tunellərin inşası əsl qəhrəmanlıq nümunəsidir.

Yol-nəqliyyat infrastrukturu da regionun inkişafında həlledici rol oynayır. Artıq bir neçə yol layihəsi icra olunub. O cümlədən Bərdə-Ağdam dəmir yolu xətti bərpa olunub, Ağdam-Xankəndi istiqamətində işlər davam etdirilir. Eyni zamanda Cəbrayıl, Laçın, Kəlbəcər, Hadrut və Şuşanı birləşdirən avtomobil yolları və magistrallar inşa edilir. Şuşa-Laçın yolunda yeni tunellərin istifadəyə verilməsi isə məsafəni xeyli qısaldaraq hərəkət müddətini 20-25 dəqiqəyə endirib. Bu, region daxilində mobilliyi artırır, əmək bazarının genişlənməsinə və sosial əlaqələrin möhkəmlənməsinə şərait yaradır.

Füzuli, Zəngilan və Laçında beynəlxalq hava limanlarının istifadəyə verilməsi Qarabağ və Şərqi Zəngəzurun regional və beynəlxalq əhəmiyyətini daha da artırıb. Bu hava limanları bölgənin iqtisadi, turizm və logistika potensialının inkişafında mühüm rol oynayacaq. Artıq Xankəndi və Ağdam azad edilmiş ərazilərin əsas şəhərlərinə çevrilir, ölkənin müxtəlif bölgələrindən insanlar bu şəhərlərə gəlir, işləyir və yaşayırlar.

Bərpa prosesinin mərkəzində insan amili dayanır. "Böyük qayıdış" proqramı çərçivəsində minlərlə keçmiş məcburi köçkün doğma yurdlarına qayıdıb. Prezident İlham Əliyev müsahibəsində qeyd edib ki, insanların təhlükəsiz, layiqli və rahat şəraitdə yaşaması dövlətin əsas prioritetidir. Bu məqsədlə yaşayış evləri ilə yanaşı, məktəblər, uşaq bağçaları, xəstəxanalar, mədəniyyət ocaqları və digər sosial obyektlər paralel şəkildə tikilir. "Ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyaları əsasında salınan yaşayış məntəqələri ekoloji tarazlıq və dayanıqlı inkişaf prinsiplərinə əsaslanır.

Qarabağda həyata keçirilən genişmiqyaslı quruculuq və bərpa işləri yalnız infrastrukturun yenidən qurulması ilə məhdudlaşmır, eyni zamanda bölgənin zəngin tarixi və mədəni irsinin dirçəldilməsini də əhatə edir. Uzun illər ərzində məqsədli şəkildə dağıdılmış, təhqir edilmiş məscidlər, dini ziyarətgahlar, tarixi abidələr və qəbiristanlıqlar bu gün dövlətin xüsusi nəzarətindədir və beynəlxalq standartlara uyğun şəkildə bərpa olunur. Hər bir abidənin yenidən qurulması təkcə daş və divarların bərpası deyil, həm də xalqın tarixi yaddaşının, milli kimliyinin və mənəvi dəyərlərinin yenidən canlandırılması deməkdir.

Bu proses tarixi ədalətin bərpası baxımından da mühüm əhəmiyyət daşıyır. İşğal dövründə məqsədli şəkildə vandalizmə məruz qalmış mədəni irs nümunələrinin bərpası dünyaya Azərbaycanın öz tarixinə, irsinə və dəyərlərinə necə həssas yanaşdığını nümayiş etdirir. Eyni zamanda Qarabağda təkcə islam mədəni irsinə deyil, digər dinlərə və mədəniyyətlərə aid abidələrin də qorunması Azərbaycanın multikulturalizm siyasətinin real təzahürüdür. Bu torpaqlarda əsrlər boyu formalaşmış birgəyaşayış ənənələrinin bərpası dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi həyata keçirilir.

İşğaldan azad edilmiş ərazilər yalnız iqtisadi və sosial baxımdan deyil, həm də mənəvi və mədəni baxımdan yenidən dirçəlir. Tarixi abidələrin bərpası gələcək nəsillərə keçmişin dərslərini ötürmək, milli-mənəvi dəyərləri yaşatmaq və bölgəni sülh, tolerantlıq və mədəni müxtəlifliyin məkanına çevirmək məqsədi daşıyır. Bu yanaşma Qarabağın gələcək inkişafının möhkəm mənəvi təməl üzərində qurulduğunu bir daha təsdiqləyir. 

Qarabağ və Şərqi Zəngəzur keçmişin ağrılı xatirələrindən bu günün və gələcəyin inkişaf məkanına çevrilir. Burada həyata keçirilən bərpa və quruculuq işləri sübut edir ki, Azərbaycan dövləti öz torpaqlarının sahibidir və bu torpaqlarda əbədi yaşayacaq.


Ülkər XASPOLADOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ölkə ərazisində yağıntılı hava hökm sürür  

10:20
26 Mart

CNN: İran Xarq adasında müdafiəni gücləndirir

09:33
26 Mart

Beynəlxalq səyyahların Qarabağ və Şərqi Zəngəzura səfəri başlayır

09:21
26 Mart

Türkiyə və İranın XİN başçıları bölgədəki son prosesləri müzakirə ediblər  

23:48
25 Mart

UNESCO-nun hesabatı: Azərbaycanda məktəbəqədər təhsilin əhatə dairəsi genişlənib  

22:38
25 Mart

Fransız səyyah: Qarabağa və Naxçıvana səfər etmək məni çox sevindirir

21:26
25 Mart

Səudiyyə Ərəbistanı viza müddəti bitmiş və ölkədə qalan əcnəbilər üçün xüsusi güzəştlər tətbiq edib  

21:13
25 Mart

Azərbaycan mədəniyyəti Macarıstanda beynəlxalq auditoriyaya tanıdılıb  

20:59
25 Mart

Hindistanlı səyyah: Azərbaycanda çox yaxşı dostlar qazanmışam 

20:33
25 Mart

Şimali makedoniyalı səyyah: Qarabağa səfər mənim üçün həyəcanlı və yaddaqalan olacaq 

20:21
25 Mart

Rusiyada benzin ixracına qadağa qoyulması müzakirə edilir

19:57
25 Mart

İordaniya ötən gün beş raketi və bir PUA-nı zərərsizləşdirib

19:31
25 Mart

Hari Mitsidis: Qarabağda aparılan tikinti və bərpa işlərini görmək həqiqətən təsirlidir  

19:12
25 Mart

UNESCO-da təhsil üzrə qlobal müzakirələrdə Azərbaycan təcrübəsi təqdim olunub  

17:48
25 Mart

Qazaxıstan ilə Özbəkistan arasında yükdaşımaları rekord həddə çatıb

17:13
25 Mart

Azərbaycan, İtaliya və Mərkəzi Asiya ölkələrinin iş adamları arasında yeni əlaqələr qurulub  

16:42
25 Mart

Türkiyədə uşaqların emosional vəziyyətinə zərərli qablaşdırma qadağan edilib  

16:07
25 Mart

Baş Dövlət Yol Polisi İdarəsi yağıntılı hava şəraiti ilə bağlı xəbərdarlıq edib  

15:48
25 Mart

Xəzərdə zəlzələ olub

15:13
25 Mart

Sahibə Qafarova: Azərbaycan və Çin arasında münasibətlər dostluq, qarşılıqlı hörmət və dəstək üzərində qurulub  

15:01
25 Mart

Azərbaycan universitet reytinqlərində top 100-də yer alıb  

14:43
25 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!