06 Yanvar 2026 08:10
449
SİYASƏT
A- A+
Sülh, inkişaf və əmin-amanlıq

Sülh, inkişaf və əmin-amanlıq


2025-ci il də ölkəmiz, xalqımız üçün bol uğurlarla yadda qaldı


Başdan-başa "Konstitusiya və Suverenlik İli"-nin yaşatdığı qürur hissi ilə keçirdiyimiz 2025-ci il ölkəmiz, xalqımız üçün bol uğurlarla yadda qaldı. Ərazi bütövlüyümüzün bərpasının, suverenliyimizin təmininin diktə etdiyi şərtlər əsasında 8 avqust tarixli Vaşinqton Zirvəsində Azərbaycan ilə Ermənistan arasında  sülh sazişi mətninin paraflanması ötən ilin ən əlamətdar günlərindən biri kimi tarixə yazıldı. 

Bu, Azərbaycanın hərb cəbhəsində qazandığı Qarabağ zəfərinin beynəlxalq müstəvidə də qəbul edilməsinin dünyanın güc mərkəzi Ağ Evdən rəsmi bəyanı idi. Zəfərimizin 5-ci ildönümünü qeyd etdiyimiz 2025-ci il həm də hərtərəfli inkişaf edən respublikamızın xarici siyasətdə mövqelərini daha da möhkəmləndirdiyi, iqtisadi potensialını daha da şaxələndirdiyi təqvim ili kimi diqqət çəkdi. Həmçinin yola saldığımız il  Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı quruculuq və bərpa işləri, o ərazilərə mütəmadi qayıdışın həyata keçirilməsi ilə yadda qaldı.

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində Prezident İlham Əliyev də bildirdi ki, 2025-ci il də ölkəmiz üçün, xalqımız üçün uğurlu il olmuşdur: "Azərbaycan xalqı sülh, təhlükəsizlik, əmin-amanlıq şəraitində yaşamışdır". 

Ölkəmizin lideri onu da xüsusi vurğuladı ki, xalq-iqtidar birliyi bizim uğurlarımızın əsas amilidir. 


Tam və əbədi qələbə


Uzaqgörən siyasəti, yürütdüyü inkişaf strategiyası sayəsində Azərbaycanı  regionun lider dövləti edən Prezident İlham Əliyev respublikamızı sözün əsl mənasında təhlükəsizlik adası kimi unikal ünvana çevirib. Dünyanın qarmaqarışıqlıq yaşadığı bir zamanda Cənubi Qafqazda sülh, inkişaf və əməkdaşlıq üçün formalaşdırılan mühüm tarixi şərait də məhz dövlətimizin başçısı İlham Əliyevin qəbul etdiyi qətiyyətli qərarlar və ortaya qoyduğu prinsipial mövqe sayəsində mümkün olub.    

2025-ci ili xalqımız üçün əlamətdar edən məqamlardan biri də şanlı Zəfərimizin beşinci ildönümünü böyük fəxr hissi ilə qeyd etməyimiz oldu. Beş il əvvəl 44 günlük müharibədə tarix yazaraq tam və əbədi qələbə qazanmağın gətirdiyi qüruru noyabrın  8-də Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi paradda bir daha yaşadıq. Hərbi paradda son illər ərzində ordu quruculuğunda görülmüş işlərin bir hissəsi xalqımıza və bütün dünyaya nümayiş etdirildi. 

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqa müraciətində bu barədə danışan Prezident İlham Əliyev söylədi ki, son 5 il ərzində Azərbaycan Silahlı Qüvvələri öz gücünü böyük dərəcədə artırmışdır: "Yeni silahlar və texnika ilə təchiz edilmiş ordumuz bu gün istənilən vəzifəni icra etməyə qadirdir.

Biz son 5 il ərzində həm yerli istehsal olan silah və texnikadan istifadə edərək, eyni zamanda xaricdən aldığımız silah və texnikanı ordumuzun potensialına əlavə edərək hərbi gücümüzü böyük dərəcədə gücləndirə bildik. Silahlı Qüvvələrimizin döyüş qabiliyyəti böyük dərəcədə artdı, Xüsusi Təyinatlı Qüvvələrin say tərkibi bir neçə dəfə artırıldı, yeni yaradılmış Komando qüvvələrinin say tərkibi minlərlə əsgər və zabitdən ibarətdir".


Bölgədə de-fakto sülh şəraiti mövcuddur 


BMT TŞ-nin 30 ilə yaxın zaman ərzində kağız üzərində qalan qətnamələrini öz gücünə yerinə yetirərək ərazi bütövlüyünü və suverenliyini təmin edən Azərbaycan ötən beş il ərzində iki ölkə arasında normallaşma əldə olunması istiqamətində nümayiş etdirdiyi sülh səyləri ilə də beynəlxalq səviyyədə diqqət çəkir.  

Bakı postmünaqişə dövründə bölgədə inkişafın və əməkdaşlığın mövcud olması üçün daim sülhü təşviq edir, bu istiqamətdə əməli işlər həyata keçirir. Elə bunun sayəsində keçən il 8 avqustda keçirilən Vaşinqton görüşündə bölgədə davamlı normallaşma, uzunmüddətli inkişaf üçün yeni imkanlar yarandı. 

Həmin vaxt Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə Ermənistan və Azərbaycan liderləri Birgə Bəyannamə imzalayıblar. Həmçinin Ağ Ev rəhbərinin  iştirakı ilə sülh sazişinin mətni paraflanıb, vacib razılaşmalar əldə edilib.

ABŞ-də əldə olunan razılaşmalardan biri Azərbaycanın əsas hissəsinin Naxçıvan Muxtar Respublikası ilə birləşdirilməsi üçün Zəngəzur dəhlizinin (TRIPP) işə düşməsi ilə bağlıdır ki, bu layihə beynəlxalq daşımalar üçün tranzit imkanlarının genişləndirilməsinə böyük töhfə verəcək.

"Vətən müharibəsindən cəmi beş il keçəndən sonra Ermənistanla paraflanmış sülh müqaviləsi bir daha xalqımızın böyüklüyünü və bizim siyasətimizin müdrikliyini göstərir. Biz cəmi beş ilə yaxındır ki, de-fakto sülh şəraitində yaşayırıq", - deyə müraciətində dövlətimizin rəhbəri bu məqamı xüsusi vurğuladı. 

Prezident onu da qeyd etdi ki, biz döyüş meydanında qan tökərək, şəhidlər verərək şanlı Qələbə qazanmışıq və bu Qələbəni dünyanın ən mötəbər yeri olan Amerikanın Ağ Evində, Amerika Prezidentinin iştirakı ilə möhürlədik: "Beləliklə, 30 il ərzində əsas vəzifəmiz olan ərazi bütövlüyümüzün bərpası və bütün dünya tərəfindən bunun qəbul edilməsi məsələsi öz həllini tapmışdır".


Bütün vəzifələr uğurla icra edilib


Azərbaycanın beynəlxalq platformalarda qazandığı nüfuzu, ölkələrlə çoxşaxəli əməkdaşlıq əlaqələri gündən-günə artır. Mühüm enerji və nəqliyyat qovşağına çevrilən ölkəmiz bu gün əməkdaşlıq üçün ən uyğun və etibarlı tərəfdaş kimi diqqət mərkəzindədir. Sözügedən müraciətində dövlətimizin həyata keçirdiyi daxili və xarici siyasətin uğurlu nəticələrinə toxunan Prezident İlham Əliyev dedi ki, bu gün bütün ölkə üzrə geniş quruculuq işləri aparılır, hər bir bölgədə inkişaf müşahidə olunur: "Biz beynəlxalq mövqelərimizi böyük dərəcədə möhkəmləndirə bildik. Bu gün Azərbaycana dünyada böyük hörmətlə yanaşırlar. Təsadüfi deyil ki, dünyanın aparıcı beynəlxalq aktorları Azərbaycanla əməkdaşlıq etmək üçün müxtəlif təkliflər irəli sürürlər. Bizim xarici siyasətimiz çoxşaxəlidir, bu siyasət bir çox istiqamətlər üzrə uğurla aparılır". 

Dövlətimizin rəhbərinin milli çağırış kimi xarakterizə etdiyi "Böyük qayıdış" proqramı da uğurla icra edilir və ötən il də bu istiqamətdə xeyli iş görülüb. Ümumiyyətlə, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən böyük quruculuq işləri sayəsində artıq 70 minə yaxın insan orada yaşayır, çalışır, təhsil alır. 

Ölkəmizin qazandığı nailiyyətlərlə bağlı yuxarıda gətirdiyimiz nümunələr yola saldığımız ildə də dövlətimizin qarşısına qoyduğu vəzifələri uğurla icra etməsindən xəbər verir. 

Yürüdülən uzaqgörən siyasət, atılan lazımi addımlar, qoyulan düzgün təməllər isə "Şəhərsalma və Memarlıq İli" elan edilən 2026-cı ilin də Azərbaycan üçün uğurlu olacağını deməyə əsas verir. 


Yasəmən MUSAYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Güləş üzrə Azərbaycan çempionatına start verilib  

22:24
07 Yanvar

Ekspert: Orta Dəhliz Mərkəzi Asiya ölkələri üçün getdikcə daha praktik marşruta çevrilir  

22:21
07 Yanvar

Türkiyəli politoloq: Ermənistanla paraflanmış sülh sazişi Azərbaycanın regional sabitlik və investisiya cəlbediciliyini gücləndirəcək  

20:43
07 Yanvar

Böyük Britaniya neft tankerinin ələ keçirilməsində ABŞ-a dəstək verib  

20:14
07 Yanvar

ABŞ beynəlxalq sularda Venesuelaya bağlı olduğu deyilən 2 neft tankerini ələ keçirib  

19:39
07 Yanvar

Tramp: ABŞ olmasa, Rusiya və Çinin NATO-dan qəti qorxusu olmaz  

19:23
07 Yanvar

Çinin neft emalı zavodları Venesuela neftini İran nefti ilə əvəz edəcək  

19:21
07 Yanvar

İtaliyalı politoloq: Trans-Xəzər marşrutunun möhkəmləndirilməsi və Orta Dəhlizin inkişafı Bakını etibarlı tərəfdaş kimi möhkəmləndirir  

19:13
07 Yanvar

Dünya mediası Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsini işıqlandırmaqda davam edir 

19:02
07 Yanvar

Azərbaycan münaqişələrdə humanitar məsuliyyətini öndə saxlayır  

18:46
07 Yanvar

DSX: Ötən il dövlət sərhədini pozduqlarına görə 516 nəfər saxlanılıb  

18:43
07 Yanvar

Volodimir Zelenski: Ukrayna tərəfdaşlarla təhlükəsizlik zəmanətlərini müzakirə edir

18:29
07 Yanvar

Misirli ekspert: 907-ci düzəlişin ləğvi regionda davamlı sülhə töhfə verə bilər  

18:07
07 Yanvar

Dörd ölkə neft hasilatı planını OPEC-ə təqdim edib  

17:53
07 Yanvar

Azərbaycanda dini qurumlara maliyyə yardımı göstərilib SƏRƏNCAM  

17:41
07 Yanvar

Azərbaycan diasporunun inkişafında xidmətlərinə görə bir qrup şəxs təltif edilib SƏRƏNCAM  

17:36
07 Yanvar

Azərbaycan–Suriya İşgüzar Şurası yaradılır

17:17
07 Yanvar

Azərbaycanla Koreya arasında gənclər və idman sahələrində əməkdaşlıq genişləndirilir  

17:10
07 Yanvar

Baş Prokurorluq: Dövlət Gömrük Komitəsinin bir qrup vəzifəli şəxsi barəsində istintaq olunan cinayət işi məhkəməyə göndərilib  

17:08
07 Yanvar

Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib  

17:07
07 Yanvar

Zelenski Parisdə keçiriləcək danışıqların mövzularını açıqlayıb  

17:06
07 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!