07 Yanvar 2026 10:18
331
SİYASƏT
A- A+
Azərbaycan yalnız regional deyil, daha geniş coğrafiyada qəbul edilən etibarlı tərəfdaşdır  

Azərbaycan yalnız regional deyil, daha geniş coğrafiyada qəbul edilən etibarlı tərəfdaşdır  


Prezident İlham Əliyevin 5 yanvar 2026-cı il tarixində Azərbaycan televiziya kanallarına verdiyi müsahibədə səsləndirdiyi fikirləri müasir Azərbaycanın xarici və təhlükəsizlik siyasətinin strateji fəlsəfəsini, dövlət maraqlarına söykənən praqmatik yanaşmanı və ölkənin artan qlobal rolunu əhatəli şəkildə əks etdirən mühüm siyasi mətn kimi dəyərləndirmək mümkündür. Bu müsahibə sadəcə görülmüş işlərin xronoloji icmalı deyil, eyni zamanda Azərbaycanın regional və beynəlxalq sistemdə tutduğu yerin ideoloji və konseptual izahıdır.

Müsahibədə Çinlə münasibətlərin hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi xüsusi yer tutur və bu fakt Azərbaycanın qlobal güc mərkəzləri ilə qarşılıqlı hörmət və etimad əsasında əməkdaşlıq qura bildiyini nümayiş etdirir. Qısa müddət ərzində imzalanmış ardıcıl siyasi sənədlər, artan əmtəə dövriyyəsi, investisiya axını və birgə layihələr diplomatik xəttin real iqtisadi nəticələr verdiyini açıq şəkildə sübut edir və Azərbaycanın Asiya–Avropa geoiqtisadi məkanında mövqeyini möhkəmləndirir.

Eyni zamanda, Azərbaycanın D-8 təşkilatına üzv seçilməsi və Mərkəzi Asiya Məşvərət Şurasına tamhüquqlu üzv qəbul olunması ölkəmizə göstərilən yüksək siyasi etimadın bariz göstəricisi olmaqla yanaşı, Azərbaycanın artıq yalnız regional deyil, daha geniş coğrafiyada qəbul edilən və etibarlı tərəfdaş kimi çıxış etdiyini təsdiqləyir. Xüsusilə Mərkəzi Asiya ölkələri ilə qurulan dərin əlaqələr Azərbaycanın coğrafi sərhədləri aşan diplomatik təsir imkanlarına malik olduğunu ortaya qoyur.

Nəqliyyat, logistika və bağlantılar mövzusu müsahibədə strateji baxımdan əsas sütunlardan biri kimi təqdim olunur, çünki mövcud geosiyasi reallıqlar fonunda Mərkəzi Asiya ilə Qərb arasında etibarlı körpü rolunu oynayan Azərbaycanın əhəmiyyəti sürətlə artır. Orta Dəhlizin inkişafı, konteyner daşımalarının rekord həddə çatması, Xəzər dənizi üzərindən enerji, fiber-optik və digər infrastruktur layihələrinin icrası ölkənin tranzit potensialını keyfiyyətcə yeni mərhələyə çıxarır və Azərbaycanın uzunmüddətli iqtisadi təhlükəsizliyinə xidmət edir.

Bununla paralel olaraq, işğaldan azad edilmiş ərazilərin beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilməsi postmünaqişə dövründə Azərbaycanın həyata keçirdiyi siyasətin siyasi və diplomatik ölçüsünü aydın şəkildə göstərir. Xankəndi, Şuşa, Laçın, Ağdam kimi şəhərlərdə təşkil olunan zirvə görüşləri və forumlar həm bərpa və quruculuq prosesinin real nəticələrini nümayiş etdirir, həm də Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün beynəlxalq müstəvidə möhkəmlənməsinə xidmət edir.

Müsahibədə təhlükəsizlik və hərbi məsələlərə dair səsləndirilən fikirlər müasir beynəlxalq münasibətlər sisteminə realist yanaşmanın açıq ifadəsidir. Çünki Prezident güc amilinin həlledici rol oynadığını vurğulamaqla yanaşı, bu gücün məsuliyyətlə və hüquqi-mənəvi çərçivədə istifadə olunmasının vacibliyini önə çəkir. Türk Dövlətləri Təşkilatı çərçivəsində hərbi əməkdaşlıq təşəbbüsü isə aqressiv deyil, qarşılıqlı təhlükəsizlik, koordinasiya və çəkindiricilik məqsədi daşıyan ölçülü təklif kimi çıxış edir.

Eyni zamanda, Azərbaycanın müharibədən sonrakı dövrdə eskalasiyadan çəkinməsi, gücə malik olduğu halda ondan sui-istifadə etməməsi ölkənin regionda sabitlik yaradan, müdrik və məsuliyyətli aktor kimi qəbul olunmasına zəmin yaradır və bu yanaşma Azərbaycanın beynəlxalq imicini daha da gücləndirir.

Nəticə etibarilə, bu müsahibədə səsləndirilən fikirlər Azərbaycanın çoxqütblü beynəlxalq sistemdə milli maraqlara əsaslanan müstəqil siyasət yürütmək qabiliyyətini, regional və qlobal proseslərə təsir imkanlarını və yaxın perspektiv üçün formalaşdırılmış aydın geosiyasi baxışı ortaya qoyur.


Vasif QAFAROV,

Milli Məclisin deputatı


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanla Səudiyyə Ərəbistanı arasında əməkdaşlıq genişləndiriləcək  

15:18
08 Yanvar

Bakıda “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının rəsmi açılış mərasimi keçirilib YENİLƏNİB-3 

15:17
08 Yanvar

SOCAR ilə “TotalEnergies” “Abşeron” yatağının tammiqyaslı işlənməsini müzakirə edib  

15:13
08 Yanvar

Türkiyəli mütəxəssis: Müşahidə olunan temperatur dəyişiklikləri Xəzər dənizi hövzəsinin sürətlə istiləşdiyini göstərir  

14:45
08 Yanvar

Moldova xəbər portalı: Azərbaycan iqtisadi cəhətdən tamamilə müstəqildir  

14:36
08 Yanvar

İnfeksionist: Epidemioloji durum nəzarət altındadır, əlavə tədbirlərə ehtiyac duyulmur  

14:35
08 Yanvar

Sabah bəzi rayonlarda hava fasilələrlə yağıntılı olacaq, dağlıq ərazilərdə qar yağacaq  

14:35
08 Yanvar

Abid Malik: “Xızı-Abşeron” Külək Elektrik Stansiyası “ACWA Power” üçün Azərbaycanda uzunmüddətli strateji əməkdaşlığın başlanğıcıdır  

14:11
08 Yanvar

FIFA dünya çempionatında ofsayd qərarları üçün süni intellektdən istifadə edəcək  

14:01
08 Yanvar

Kirayə mənzil fonduna daha 222 mənzil əlavə olunub

13:47
08 Yanvar

Türk professor: Azərbaycan regionun gələcəyini formalaşdıran məsuliyyətli aktor kimi çıxış edir  

13:41
08 Yanvar

Rəqəmsallaşma əmək bazarında hansı dəyişiklikləri yaradır?  

13:27
08 Yanvar

AQTA: Ölkədə quş qripi xəstəliyinə yoluxma halı aşkarlanmayıb  

13:23
08 Yanvar

Qırğızıstanlı analitik : Mərkəzi Asiya-Azərbaycan-Türkiyə əməkdaşlığı regional sabitliyə xidmət edir  

13:13
08 Yanvar

Fransada etiraz edən fermerlər traktorları Parisin mərkəzinə sürüblər  

13:08
08 Yanvar

Azərbaycanda ilk dəfə keçirilən dağ xizəyi üzrə beynəlxalq turnirin qalibləri mükafatlandırılıb  

12:57
08 Yanvar

Media: Donald Tramp gələcəkdə Venesuelaya səfər etmək istəyir  

12:39
08 Yanvar

Media: Avropa İttifaqı Donald Trampla birbaşa qarşıdurmaya hazırlaşır  

12:17
08 Yanvar

Cəbrayılda yanğın törədən şəxs məsuliyyətə cəlb olunub -YENİLƏNİB

12:15
08 Yanvar

Vəkilliyə qəbulla bağlı növbəti test imtahanına elektron müraciət başlayıb  

11:41
08 Yanvar

Təyyar Eyvazov: Hazırda qripin yayılmasının artması bir neçə faktorla əlaqədardır  

11:36
08 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!