03 Noyabr 2022 01:10
1070
CƏMİYYƏT
A- A+
Ehtiyatlı olun, yolda motosiklet var...

Ehtiyatlı olun, yolda motosiklet var...

 

Bu problemin həlli üçün hüquqi baza yoxdur

 

Son illərdə moped və motosiklet qəzaları təkcə Azərbaycanda deyil, dünyanın əksər ölkələrində artıb. Təkcə bu ilin sentyabr ayında Bakıda belə qəzalarda yaralanmış 54 nəfər Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Təcili və təxirəsalınmaz tibbi yardım şöbələrinin məlumatlarına əsasən, moped və motosiklet qəzaları hər ay daha da artır.
Mütəxəssislərin fikrincə, qəzaların artmasının əsas səbəbi həmin nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsinin tələb edilməməsi və  onlarda dövlət nömrə nişanının olmamasıdır. Digər tərəfdən, kuryer işi ilə məşğul olanlar mopedlərdən daha çox istifadə edirlər və onların bağlamaları sürətli çatdırmaq istəyi yol hərəkəti qaydalarının pozulmasına səbəb olur. Nəzərə alaq ki, xüsusilə pandemiya dövründə daşıma xidmətləri ilə əlaqədar olaraq şəhərdə moped və motosiklet istifadəçilərinin sayı artıb. Onu da qeyd edək ki, avtomobil idarə edənlər də bir sıra hallarda həmin sürücülərlə diqqətli davranmırlar. 

 

Qəzaların və qayda pozuntularının xüsusi texniki vasitələrlə aşkarlanması mümkün deyil

 

Daxili İşlər Nazirliyinin mövzu ilə bağlı mediaya açıqlamasında qeyd edilib ki, motor həcmi 50 kubsantimetrə qədər olan nəqliyyat vasitələrinin idarə edilməsi üçün sürücülük hüququ, eləcə də onların dövlət qeydiyyatına alınması qanunvericilikdə nəzərdə tutulmayıb. Həmin nəqliyyat vasitələri ilə törədilmiş qəzaların, eləcə də qayda pozuntularının xüsusi texniki vasitələrlə aşkarlanması qeyri-mümkündür. 
Mühərrik həcmi kiçik olduğu üçün belə nəqliyyat vasitələri icbari sığortaya cəlb edilmir. Bu isə avtoqəza zamanı qarşı tərəf üçün problem yaradır. Məsələn, moped sürücüsü öz nəqliyyat vasitəsilə vətəndaşa və ya avtomobilə zərər vurduqda, o,  mülki məsuliyyətin icbari sığortası olmadığı üçün dəymiş zərəri ödəmir. Həmçinin sürücülük vəsiqəsi və dövlət nömrə nişanı olmadığından qəza törətmiş sürücü hadisə yerindən uzaqlaşdıqdan sonra dövlət yol polisi əməkdaşları həmin şəxsi tapmaqda çətinlik çəkirlər. 

 

Dövlət nömrə nişanlarının quraşdırılması vacibdir

 

Milli Məclisin deputatı, parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev deyir ki, son dövrlərdə moped və skuter qəzaları artırıb: "Məlumatlara əsasən, gün ərzində bir neçə nəfər məhz belə qəzalarda yaralanır. Hesab edirəm ki, bu sahədə qanunvericilikdə olan boşluqlar aradan qaldırılmalıdır. Düzdür, bazar iqtisadiyyatı şəraitində yaşayırıq, hər kəs aylıq gəlirini artırmaq istəyir. Amma 20 dəqiqəlik yolu 10 dəqiqəyə qət etmək istəyəndə yollarda fövqəladə vəziyyət yaranır və ya qəzalar baş verir. Məlumdur ki, moped və motorollerlərdən əsasən daşıma xidmətləri üçün istifadə edilir. Çatdırılma xidmətlərinin rəhbərləri də vəziyyətin ürəkaçan olmadığını başa düşürlər. Əslində, həmin kuryerlər bu cür təşkilatların daimi işçiləri deyil, sadəcə müqavilə əsasında işləyirlər".
Problemin həlli yollarından danışan deputat qeyd edib ki, moped, motosiklet və skuter sahiblərinin nəqliyyat vasitələrini qeydiyyatdan keçirmək və dövlət nömrələri alması üçün qanunvericiliyə dəyişiklik etmək lazımdır. Həmin nəqliyyat vasitələrinin istifadəçilərinin hüquq və vəzifələrini avtomobil sürücüləri ilə bərabərləşdirmək vacibdir. Moped və motosikletlərdə dövlət nömrə nişanlarının quraşdırılması hadisə yerindən qaçanların, tez-tez qayda pozanların aşkar edilməsinə imkan yaradacaq. 

 

Moped və skuter istifadəçiləri yolun sağ zolağı ilə hərəkət etməlidirlər

 

Mütəxəssislər qeyd edirlər ki, hətta qanunvericilikdə nəzərdə tutulmasa belə, moped və skuter sürücüləri bəzi qaydalara mütləq əməl etməlidirlər. Əks halda, özləri də daxil olmaqla, digər sürücü və vətəndaşları da təhlükə ilə üz-üzə qoyacaqlar.
Ekspert Eldəniz Cəfərovun sözlərinə görə, həmin nəqliyyat vasitələrini idarə edənlər, əsasən, sürücülük vəsiqəsi və təcrübəsi olmayan gənclərdir. "Hətta 15-16 yaşlı vətəndaşların da həmin nəqliyyat vasitələrini idarə etdiyinin  şahidi olmuşuq. Moped və skuter istifadəçiləri yolun sağ zolağı ilə hərəkət etmək əvəzinə, sol və ya orta zolaqda hərəkət etməklə qəza vəziyyəti yaradırlar. Onların sürət həddi saatda 60 kilometrdən çox olmamalıdır. Müasir mopedlərdə isə mühərrikin həcmi kiçik olsa da, güclüdür və saatda 80-100 kilometrə qədər sürət yığa bilir. Təyinat nöqtəsinə tez çatmaq istəyən gənclər  sürət həddini, eləcə də digər qaydaları pozur və nəticədə qəzalar baş verir. Mopedlərə ya dövlət nömrə nişanı, ya da xüsusi identifikasiya nömrəsi təyin edilməlidir ki, onlar icbari olaraq sığortalana bilsinlər. Belə olan halda icbari sığorta haqqı ödəyən sürücülər qəza törətdikdə məsuliyyətə cəlb edilə biləcəklər", - deyə o qeyd edib.
Ekspert bildirib ki, moped və skuterlərin ön və arxa fara işıqları gün boyu, hətta gündüzlər də yanılı vəziyyətdə olmalıdır: "Avropa təhlükəsizlik standartlarına uyğun olaraq belə bir tələb mövcuddur. Yol hərəkəti davranışlarının düzgün nizamlanması və təhlükəsizliyin təmin edilməsi üçün sürücülər belə qaydalara əməl etməlidirlər. Onlar bilməlidirlər ki,  yalnız yolun sağ zolağı ilə hərəkət etməlidirlər. Heç bir halda yolun hərəkətli hissəsinə - sağ və orta zolağına çıxmaq olmaz. Belə sadə qaydalara əməl edilərsə, moped və skuter kimi alternativ nəqliyyat vasitələrindən istifadənin genişlənməsini müsbət qarşılamaq olar. Qaydalara əməl olunarsa, həmin nəqliyyat vasitələrindən, eləcə də velosipeddən vətəndaşların geniş istifadə etməsi məqbul sayıla bilər. Bu, yollarda baş verən ümumi qəzaların sayının azalmasına, tıxacın qismən aradan qaldırılmasına səbəb ola bilər".
Araşdırmalar göstərir ki, hətta inkişaf etmiş ölkələr də bu problemlə mübarizə aparır. Dünyanın əksər ölkələrində isə moped və skuter sürücülərindən sürücülük vəsiqəsi tələb edilmir, həmçinin onların dövlət nömrə nişanları da yoxdur. Mütəxəssislər hesab edirlər ki, vəziyyətdən çıxış yolu həm moped, həm də avtomobil sürücülərinin yol hərəkəti qaydalarına əməl etmələridir. Eyni zamanda mopedlərin də icbari sığortaya cəlb edilməsi artıq qaçılmazdır. 

Nəzrin QARDAŞXANOVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Tramp İrana müraciət edib: “Masaya qayıdın və razılaşma əldə edin”

01:17
08 İyun

İran yenidən İsrailə hava zərbələri endirib

23:48
07 İyun

Ermənistanda keçirilən parlament seçkilərində seçicilərin 58,97 faizi iştirak edib

22:23
07 İyun

Klassik və sürət avtomobillərinin festivalı başa çatıb

20:58
07 İyun

Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirləri İstanbulda toplaşır

20:13
07 İyun

Bakıda akrobatika və aerobika gimnastikası üzrə Dünya Kubokuna yekun vurulub  

19:43
07 İyun

Çövkən üzrə Körfəz ölkələri regionu yaradılır

19:31
07 İyun

Binə Atçılıq Mərkəzində Çövkən üzrə Dünya Çempionatının açılış mərasimi olub 

18:59
07 İyun

Türkmənistan Dövlət Kitabxanasında "Azərbaycan ədəbiyyatı guşəsi" açılıb  

18:47
07 İyun

Ermənistanda parlament seçkiləri davam edir – son rəqəmlər

18:42
07 İyun

ABŞ Prezidenti İranla bağlı son vəziyyəti açıqladı: Razılaşmaya çox yaxınıq  

18:15
07 İyun

Tramp: ABŞ Tehranla razılığa gəlsə, zənginləşdirilmiş uranı məhv etmək üçün birlikdə çalışacaq  

18:14
07 İyun

ABŞ qüvvələri İranın Goruk və Qeşm adasındakı müşahidə radar məntəqələrinə zərbələr endirib  

17:51
07 İyun

Azərbaycan ilə Dağıstan, Kareliya, Həştərxan və Türkiyə arasında iqtisadi əməkdaşlıq genişlənir

16:47
07 İyun

XİN Azov dənizində gəmilərin vurulması nəticəsində xəsarət alan Azərbaycan vətəndaşlarının son durumu barədə məlumat yayıb  

15:11
07 İyun

İqtisadçılardan xəbərdarlıq: Böyük Britaniya BVF-nin yardımına ehtiyac duya bilər

14:06
07 İyun

Fərid Şəfiyev: ŞƏT çərçivəsində çevik qərarqəbuletmə mexanizmlərinin təkmilləşdiriməsinə ehtiyac var  

13:32
07 İyun

İlqar Hümbətovun atası: Şəhidlərin xatirəsini uca tutanlara minnətdarlığımı bildirirəm

12:57
07 İyun

Sabah Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək

12:49
07 İyun

Avropada Yaşayan Azərbaycanlı Mühəndislərin III Forumu keçirilib

11:50
07 İyun

Nikol Paşinyan: TRIPP layihəsi regionumuzdakı bütün ölkələrə fayda verəcək  

11:47
07 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!