15 Aprel 2020 02:24
4248
Mədəniyyət
A- A+
Dünyanı heyran qoyan Azərbaycan xalçaları

Dünyanı heyran qoyan Azərbaycan xalçaları


Azərbaycan mədəniyyətində özünəməxsus yeri olan xalçaçılıq sənəti qədim və zəngin tarixə malikdir. Özlərini soyuqdan qorumaq üçün əyinlərinə heyvan dərisi geyinən əcdadlarımız sonralar yunu əyirərək ip hazırlamağa başlayıblar. Zaman keçdikcə hörmə və toxuma vərdişlərinə yiyələnə biliblər. Toxuculuq dəzgahı icad edilib.

Tədqiqatçıların qənaətincə, toxuculuğun mənşəyini Qobustanda tapılan Neolit dövrünə aid bitki xammalından sadə hörmə metodu ilə müxtəlif əşyaların hazırlanması üçün işlədilən alətlər və Kültəpə, Üzərliktəpə, Sarıtəpə və başqa yerlərdə aşkar edilən Eneolit dövrünə aid gil, sümük tağalaqlar, iplər sübut edir.

Alimlərin nəticələrinə görə, yun xalçalar hələ Tunc dövründə mövcud olub. Eramızın VII əsrindən başlayaraq Azərbaycan xalçaları tarixi sənət nümunəsi kimi qeyd edilib, gözəlliyi, zərif toxunuşu xüsusi vurğulanıb.

Albaniyada xalça istehsalı və zadəganların məişətində onlardan istifadə barədə VII əsr alban tarixçisi Musa Kalankatuklu yazıb. VII əsr Çin səyyahı Xuan-Tes-ankın Azərbaycanı iri xalça istehsalı mərkəzi adlandırması fikrini isə arxeoloji tədqiqatlar da təsdiqləyib.

Orta əsr mənbələrində Azərbaycan xalçalarının xüsusiyyətləri və tipləri barədə məlumatlar əksini tapıb. Xalçalarımızın yüksək keyfiyyəti barədə IX-X əsr ərəb tarixçisi Təbəri də məlumat verib. X əsrə aid "Hüdud-əl-Aləm” adlı mənbədə Azərbaycanın Mərənd, Gəncə, Səmkir şəhərlərində yüksək keyfiyyətli yun məmulatların istehsal olunduğu bildirilib. Naxçıvan, Muğan, Xoy, Səlmas və Ərdəbildə toxunan xalçalar, palazlar şöhrət qazanıb. X əsr ərəb səyyahı Əl-Məsudi Mərənddə, Təbrizdə, Ərdəbildə "Məxfur” adlı xalçalar istehsal edildiyini qeyd edib. X əsrdə ərəb müəllifı Əl Müqəddəsi gözəl Qarabağ xalçaları, xüsusən misilsiz Bərdə xalçaları barədə yazıb. Ərəb müəllifləri Əl-İstəxri də Bərdədən Hindistana ixrac edilən qızılı boyaq maddəsi (boyaqotu), Əl Müqəddəsi Gövhəl isə al-qırmızı boya alınan, hətta Avropaya ixrac edilən "qırmız” adlı xüsusi qurdlar barədə X əsrdə məlumat veriblər.

Araşdırıcılar XVI-XVII əsrlər Səfəvilər dövrünü Azərbaycan xalça sənətinin yüksək inkişaf mərhələsi hesab edirlər. Məlumata görə, Səfəvilər dövlətinin banisi Şah İsmayıl Xətainin XVI əsrin əvvəllərində Təbrizdə, öz sarayında yaratdığı, sənət mərkəzinə çevrilən kitabxanaya şairlər, elm və mədəniyyət xadimləri ilə bərabər rəssamlar da gəliblər. Kitabxananın nəzdində yaradılan bədii emalatxanada Sultan Məhəmməd, Sadiq bəy Əfşar, Dust Məhəmməd kimi qüdrətli fırça ustaları çalışıblar. Onların verdikləri xalça və bədii parçaların çeşniləri əsasında toxunan zərif xalçalar və parçalar geniş yayılıb.

Ölkəmizdə yaradılmış müxtəlif sənət nümunələrindən, həmçinin Azərbaycan xalçalarından seçmələr 1872-ci ildə Moskvada, 1873-cü ildə Vyanada, 1918-ci ildə Peterburqda Ümumrusiya, 1924-cü ildə Parisdə Ümumdünya sərgilərində nümayiş etdirilib.

Zaman-zaman Azərbaycan xalqına məxsus bir çox dəyərli sənət nümunələri müxtəlif vasitələrlə ölkəmizdən çıxarılıb. Onlardan bəziləri ayrı-ayrı şəxslərdən alınıb, bəziləri isə ya hədiyyə, ya da qarət yolu ilə əldə olunub. Azərbaycan xalça sənətinin bir çox nadir nümunələri də dünyanı dolaşıb, müxtəlif ölkələrin muzeylərinin eksponatına çevrilib, şəxsi kolleksiyaları bəzəyib.

Bu gün Azərbaycanın qadın ustalarının böyük sevgi və zövqlə toxuduqları gözəl xalçalar və xalça məmulatları Sankt-Peterburqda Ermitaj, Londonda Viktoriya və Albert, Vaşinqtonda Tekstil, Parisdə Luvr, İstanbulda Topqapı kimi dünyanın böyük muzeylərində, eləcə də Bakıda Azərbaycan Xalçaçılıq və Azərbaycan Tarixi muzeylərində saxlanılır.

Bu qədim sənətin ölkəmizdə davam və inkişaf etdirilməsi üçün mühüm işlər görülür. Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində, eləcə də incəsənətyönümlü kolleclərdə xalçaçılıq sənət və elm sahəsi kimi tədris edilir. Həmçinin texniki peşə məktəblərində, uşaq rəsm qalereyalarında və digər yerlərdə xalçaçılıq sənət kimi öyrədilir.

Bakıda fəaliyyət göstərən Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin fondlarında müxtəlif növ çeşnidə xalçalar saxlanılır. Prezident İlham Əliyevin sərəncamına əsasən Xalça Muzeyi üçün orijinal memarlığı ilə diqqəti cəlb edən gözəl bina tikilib. Azərbaycan mədəniyyətinin təbliğində böyük işlər həyata keçirən Heydər Əliyev Fondunun bir sıra layihələri də bu sahənin inkişafına yönəldilib. 2010-cu ilin noyabrında Keniyanın Nayrobi şəhərində keçirilən UNESKO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin 5-ci sessiyasında Azərbaycan xalçaçılıq sənəti bu mötəbər qurumun Ümumdünya Qeyri-Maddi Mədəni İrsin Reprezentativ siyahısına daxil edilib.

Azərbaycan xalçaçılıq sənəti bu gün də yaşayır. Hər usta bu sənəti yalnız öyrənməklə kifayətlənmir, toxuduqlarına öz düşüncələrini, duyğularını, fantaziyalarını da əlavə edir. Odur ki, bu gün xalça ustalarımızın çoxu həm də sənət əsəri yaradırlar.

Z.FƏRƏCOVA,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Beynəlxalq gənclər forumunun bir qrup iştirakçısı Milli Məclisdə olub

19:00
30 Aprel

ABŞ viza qaydalarını sərtləşdirir  

18:58
30 Aprel

Pekində dron satışına qadağa tətbiq olunur

18:51
30 Aprel

Hindistanda rəqəmsal fırıldaqçılıq böhranı   

18:41
30 Aprel

Tramp: Rusiya-Ukrayna məsələsində Almaniya tamamilə səmərəsiz olub

18:38
30 Aprel

Milli Məclisin sədrinin Yunanıstan səfiri ilə görüşündə parlamentlərarası münasibətlər nəzərdən keçirilib  

18:37
30 Aprel

Səfir: Britaniya ilə Azərbaycan arasında yüksək texnologiyalar sahəsində geniş perspektivlər var  

18:21
30 Aprel

XTQ-nin yaradılmasının 27-ci ildönümü qeyd olunub

18:12
30 Aprel

Nazir: Reinteqrasiya tədbirləri ilə 873 uşaq sosial xidmət müəssisələrindən ailələrinə qaytarılıb  

18:05
30 Aprel

Avropa İttifaqı müdafiə xərclərini sürətlə artırır

17:48
30 Aprel

“Dayanıqlı inkişaf: ailə, qadın və uşaq siyasəti”: Bakıda mühüm konfrans YENİLƏNİB 

17:38
30 Aprel

Hulusi Kılıç: WUF13 Azərbaycanın mövqelərini möhkəmləndirəcək və nüfuzunu artıracaq  

17:24
30 Aprel

Heydər Əliyev Fondu Vatikanda tarixi abidələrin bərpası üzrə yeni layihələrin icrasına başlayır  

17:11
30 Aprel

Neft qiymətlərinin yüksəlməsi bioyanacaq tələbatını artırır, qiymətlər bahalaşır

17:03
30 Aprel

Coğrafiyaçı-alim intensiv yağıntıların təsirindən danışıb

16:47
30 Aprel

İqlim Dəyişmələri üzrə Dövlət Komissiyasının iclası keçirilib  

16:37
30 Aprel

Beynəlxalq forumun iştirakçıları "ASAN xidmət"də olublar YENİLƏNİB 

16:37
30 Aprel

AZAL-ın donanmasına daha bir “Airbus A320neo” əlavə olunub  

16:31
30 Aprel

Ukrayna Siyasət İnstitutunun direktoru: Azərbaycanla Ukrayna arasındakı münasibətlər şüurlu tərəfdaşlıq modelinə əsaslanır  

16:23
30 Aprel

“Prezident Kuboku”: Azərbaycan avarçəkənləri günü 4 medalla başa vurublar - YENİLƏNİB

16:16
30 Aprel

Fridrix Merts: İran dünyanı girov saxlamaqdan əl çəkməli və danışıqlar masasına qayıtmalıdır  

16:15
30 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!