30 Aprel 2026 09:20
141
Mədəniyyət
A- A+
Sərhəd tanımayan musiqi janrı

Sərhəd tanımayan musiqi janrı


Təqvimdə əlamətdar, yaddaqalan günlərimiz çoxdur. Belə günlərdən biri də 30 Aprel - Beynəlxalq Caz Günüdür və həmin günü caz həvəskarları böyük intizarla gözləyirlər. 

Beynəlxalq Caz Günü 2011-ci ildə UNESCO tərəfindən caz musiqisinin sülh, birlik, əmin-amanlıq, insanlar arasında ünsiyyətin oynadığı rolu xalqların diqqətinə çatdırmaq məqsədilə təsis edilib. Təsis edilib ki, insanlar bir-birləri ilə sıx ünsiyyətdə olsunlar, musiqinin dili ilə danışsınlar. 

Ölkəmizdə də həmin gün cazmenlər və caz həvəskarları arasında böyük coşqu ilə qeyd edilir. Bu da səbəbsiz deyil. Çünki dünyada Azərbaycan cazının özünəməxsus yeri var. Bunu ölkəmizdə keçirilən beynəlxalq caz festivallarına olan maraq da təsdiq edir. Söz düşmüşkən qeyd edək ki, Amerika cazı və muğam musiqisi üzərində qurulan Azərbaycan cazının bünövrəsi 30-cu illərin sonunda dünyaca məşhur olan dirijor Niyazi və sevilən bəstəkar Tofiq Quliyevin yaratdığı "Dövlət Cazı" adı ilə tanınan Dövlət Estrada Orkestri tərəfindən qoyulub. Bu məşhur orkestr yarandıqdan sonra ölkəmizdə caz həvəskarlarının da sayı artıb. 1941-1945-ci illərdə və  İkinci Dünya müharibəsi başa çatandan sonra "Dövlət cazı"na Rauf Hacıyev rəhbərlik edib.

Zaman keçdikcə Azərbaycan xalq musiqisi və muğamın harmoniyası ilə birləşdirilərək ifa olunan caz musiqi mədəniyyətimizdə özünə layiqli yer tutmuşdur. İstedadlı musiqiçilərimizin məharəti sayəsində caz musiqimiz dünyaya yayılmış, xalqımıza, vətənimizə böyük şöhrət gətirmişdir. 

Dünyaca məşhur müğənni və bəstəkar Nina Simone cazı təsvir edərək demişdir: "Caz yalnız musiqi deyil, həyat, var olma, düşüncə tərzidir". Doğrudan da, caz musiqisi sanki həyatımızın, yaşamımızın boyuna biçilib. Caz musiqisi insanın daxili dünyasına asanlıqla yol tapır, onun mənəvi aləmini daha da zənginləşdirir. 

Caz musiqisindən söz açarkən ilk olaraq istedadlı pianoçu və bəstəkar Vaqif Mustafazadə yada düşür. Onun keçdiyi yaradıcılıq yoluna nəzər salanda görürük ki, V.Mustafazadənin yaşadığı dövr Azərbaycanda cazın intibah illəridir. Virtuoz ifaçı bütün istedad və bacarığını ortaya qoyaraq muğamla cazın sintezini yaratmışdır. Bununla da dünya şöhrəti qazanmış və sevilmişdir. Təəssüflər olsun ki, böyük sənətkarın ömrü qısa oldu. Daşkənddə konsert zamanı ürəyi dayandı. Ömrü kimi yaradıcılıq planları da yarımçıq qaldı. Amma bu yarımçılığı həyat yoldaşı Elza xanım və qızı Əzizə Mustafazadə doldurdular. Əzizə hələ gənc ikən - 17 yaşında Vaşinqtonda piano müsabiqəsində birincilik qazandı. O, bu gün də valideynlərinin yaradıcılıq yolunu böyük uğurla davam etdirir. 

1950-ci illərə qədər Azərbaycan caz ifaçılığında tanınmış simalardan biri də məşhur saksafonçu və cazmen Pərviz Rüstəmbəyov olmuşdu. Yaşadığı dövrdə "Sovet Benni Qudmeni" adlandırılan P.Rüstəmbəyov əvvəlcə "Krasnıy Vostok" , sonralar "Nizami" kinoteatrında caz orkestrini yaratmışdı. Böyük sənətkar gördüyü işləri ilə Azərbaycan cazının inkişafına böyük töhfələr vermişdir. 

1970-ci illərdə Azərbaycan cazı sözün həqiqi mənasında özünün tərəqqi dövrünü yaşayırdı. Həmin illərin sonlarında və 80-ci illərin əvvəllərində "Qızıl payız" festivalları, Vaqif Mustafazadənin xatirəsinə həsr olunan festival və digər tədbirlər keçirilirdi. Bu festivallarda yeni ifaçılar, yeni səslər ortaya çıxırdı. Həmin dövrdə "Qaya" ilə yanaşı, "Bakının işıqları", "Biz Bakıdanıq", "Bakı gülür və oxuyur", "Bakı sizinlədir" və başqa caz kollektivləri böyük populyarlıq qazanmışdı.  

Cazın inkişafına Bakıda caz klubunun açılması da böyük təkan verdi. 4 oktyabr 1997-ci ildə Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının qarşısında yerləşən "Karvan" Caz Klubu qapılarını musiqisevərlərin üzünə açdı. Bu caz klubu Azərbaycan Yaradıcı Gənclər Birliyinin quruluşçu rejissorlarından biri Müslüm Eldarov tərəfindən yaradılmışdı. 

2000-ci illərdə Bakı Beynəlxalq Caz Festivalı və Qəbələ Musiqi Festivalı kimi tədbirlər Azərbaycanda cazın inkişafında yeni dönəmin əsasını qoydu. 2000-ci il mayın 21-də Azərbaycanda caz mədəniyyətinin inkişafı və dəstəklənməsi məqsədilə "Bakı Caz Mərkəzi" yaradıldı. 

UNESCO-nun sülhməramlı səfiri, dünyaşöhrətli cazmen pianoçu Hörbi Hənkokun təşəbbüsü ilə təsis olunan Beynəlxalq Caz Günü 2012-ci ildən etibarən dünyanın bir çox ölkəsində müxtəlif tədbirlərlə keçirilir. Ölkəmiz də elə həmin vaxtdan dünya musiqisi və xalqları üçün böyük əhəmiyyət kəsb edən bu tədbirlərə qoşulub. Hörbi Hənkok bu təşəbbüsə cavab olaraq Əməkdar artist, tanınmış pianoçu İsfar Sarabskini 2012-ci ildə ilk caz forumuna dəvət edib. 

2015-ci ildə Fransada keçirilən Beynəlxalq Caz Günündə ölkəmizi təmsil edənlərin sayı isə çox olub. İsfar Sarabski ilə birlikdə gənc pianoçu Etibar Əsədli, Əməkdar artist Ruslan Hüseynov, Elvin Bəşirov və Xalq artisti Mircavad Cəfərovun rəhbəri olduğu "Cəngi" folk-estrada qrupu ölkəmizi Parisdə layiqincə təmsil ediblər. 

Azərbaycan cazı bu gün gənc ifaçıların istedadı və çalışqanlığı sayəsində daha da inkişaf edir. Beynəlxalq Montre Caz Festivalının qalibi olan İsfar Sarabskinin, həmçinin Rain Sultanov, Salman Qənbərov, Emil Əfrasiyab, Şahin Növrəsli, Salman Qənbərov, Svetlana Məhərrəmova, Səbinə Hacıyeva, Təranə Mahmudova, Seymur Əliyev, Elcan Cəbrayılov, Vasif Hüseyn, Samir Cazzi, Pərviz Məmmədov, Vaqif Əliyev və başqa tanınmış ifaçılar milli caz musiqimizə bir-birindən dəyərli yeniliklər gətirirlər.


Vahid MƏHƏRRƏMOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Niyə istifadə etmədiyimiz bəzi əşyaları ata bilmirik

09:25
30 Aprel

Sərhəd tanımayan musiqi janrı

09:20
30 Aprel

Sənətin möcüzəsi 

09:15
30 Aprel

Yağmurlu hava Tovuzda kartof əkininə mane olmur

09:10
30 Aprel

Masallının Xırmandalı kəndində Yaradıcılıq Evi fəaliyyət göstərir

09:07
30 Aprel

Təcrübə sözünü deyir

09:05
30 Aprel

Sumqayıtda qaz infrastrukturu müasir standartlara uyğunlaşdırılır

09:03
30 Aprel

Bu mövsüm pambıqçılar su sarıdan korluq çəkməyəcəklər

09:00
30 Aprel

Masallıda əmək yarmarkası: 200 işaxtaran, 104 vakant

08:55
30 Aprel

Astarada növbəti tibbi aksiyadan 200 nəfər yararlanıb

08:50
30 Aprel

Şəmkirdə elektrik təsərrüfatı yenilənir

08:45
30 Aprel

Bakı WUF13 ərəfəsində

08:40
30 Aprel

Milli məfkurə və vətənsevərlik ruhunda yazılan "XX əsr Azərbaycan ədəbiyyatı tarixi"

08:35
30 Aprel

Polad iradəli qəhrəmanlar

08:30
30 Aprel

Aprel: neysandan leysana, bərəkətdən fəlakətə

08:25
30 Aprel

Maliyyə icarəsi fəaliyyətinin təkmil hüquqi əsasları yaradılır

08:20
30 Aprel

Beynəlxalq birliyin Azərbaycana yeni baxışı

08:15
30 Aprel

Azərbaycan-Çexiya əlaqələri çoxvektorlu səciyyə daşıyır

08:10
30 Aprel

Qəbələ bu dəfə yüksəksəviyyəli görüşlərin ünvanı kimi dünya gündəmində oldu

08:05
30 Aprel

Bakı qlobal geosiyasətin ehtiramla qəbul olunan aktorudur 

08:00
30 Aprel

Azərbaycan Respublikasının Əmək Məcəlləsində və "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

02:28
30 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!