30 Aprel 2026 16:31
158
İQTİSADİYYAT
A- A+
AZAL-ın donanmasına daha bir “Airbus A320neo” əlavə olunub  

AZAL-ın donanmasına daha bir “Airbus A320neo” əlavə olunub  


"AZCON Holding" şirkətlərindən olan Azərbaycan Hava Yolları (AZAL) donanmasını növbəti “Airbus A320neo” tipli müasir təyyarə ilə gücləndirib. Yeni hava gəmisinin istismara verilməsi sərnişinlərə daha komfortlu səyahət imkanlarının təqdim olunmasına xidmət edir.

AZAL-dan AZƏRTAC-a bildirilib ki, “Airbus A320neo” 6300 km-dək uçuş məsafəsinə malik olmaqla yanaşı, yeni nəsil mühərrikləri sayəsində yüksək yanacaq səmərəliliyi ilə seçilir. Bu modeldə hər oturacaq üzrə yanacaq sərfiyyatı və karbon emissiyaları təxminən 20 faiz azaldılıb. Çevik və funksional “Airspace” kabini isə daha geniş şəxsi məkan, rahat oturacaqlar və böyüdülmüş əl yükü bölmələri (“XL bins”) sayəsində sərnişinlər üçün daha yüksəksəviyyəli uçuş təcrübəsi yaradır. Bununla yanaşı, təyyarə əyləncə sistemi, biznes sinfində quraşdırılmış fərdi monitorlar və sürətli “Wi-Fi” xidməti ilə təchiz olunub. Biznes sinfi sərnişinləri və “AZAL Miles” proqramının müəyyən statuslu üzvləri “Wi-Fi” xidmətindən ödənişsiz yararlana biləcəklər.

AZAL-ın uzunmüddətli inkişaf strategiyasında donanmanın mərhələli şəkildə müasirləşdirilməsi və marşrut şəbəkəsinin genişləndirilməsi prioritet istiqamətlərdəndir. Bu çərçivədə yeni təyyarənin donanmaya daxil edilməsi əməliyyat xərclərinin optimallaşdırılması, ətraf mühitə təsirin azaldılması, xidmət keyfiyyətinin yüksəldilməsi və yeni istiqamətlər üzrə uçuş imkanlarının genişləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Sərnişin təcrübəsinin davamlı təkmilləşdirilməsini prioritet kimi müəyyən edən AZAL-ın donanmasında hazırda 25 təyyarə mövcuddur və 2032-ci ilədək təyyarə sayının 50-dən çox olması hədəflənir. Bu yanaşma ölkənin regional tranzit mərkəzi kimi mövqeyinin daha da möhkəmləndirilməsinə, həmçinin AZAL-ın ən müasir və enerji baxımından səmərəli təyyarə parklarına malik qabaqcıl aviaşirkətlər sırasında yer almasına xidmət edir.

Təyyarənin qarşılanma mərasimi ilə bağlı videonu linkə keçid edərək izləyə bilərsiniz.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Şimali Koreyada şiddətli quraqlıq hökm sürür

19:59
30 Aprel

Mamdani Kral III Çarlzdan Koh-i-Nur almazını Hindistana qaytarmağı tələb edir  

19:51
30 Aprel

Donald Tramp: Nüvə proqramından imtina etmədən İranla razılaşma mümkün deyil

19:43
30 Aprel

Avropa İttifaqı üzvləri təhlükəsizlik üçün alternativlər axtarırlar

19:34
30 Aprel

Qazaxıstan iqtisadiyyatında Rusiya prioritet tərəfdaş mövqeyini qoruyur  

19:27
30 Aprel

ABŞ-də “uçan taksi” dövrü başlayır

19:18
30 Aprel

Körfəz liderlərinin görüşü: Xarici təhdidlərə qarşı ortaq güc nümayişi 

19:16
30 Aprel

Dünyada neft bahalaşıb

19:07
30 Aprel

Beynəlxalq gənclər forumunun bir qrup iştirakçısı Milli Məclisdə olub

19:00
30 Aprel

ABŞ viza qaydalarını sərtləşdirir  

18:58
30 Aprel

Pekində dron satışına qadağa tətbiq olunur

18:51
30 Aprel

Hindistanda rəqəmsal fırıldaqçılıq böhranı   

18:41
30 Aprel

Tramp: Rusiya-Ukrayna məsələsində Almaniya tamamilə səmərəsiz olub

18:38
30 Aprel

Milli Məclisin sədrinin Yunanıstan səfiri ilə görüşündə parlamentlərarası münasibətlər nəzərdən keçirilib  

18:37
30 Aprel

Səfir: Britaniya ilə Azərbaycan arasında yüksək texnologiyalar sahəsində geniş perspektivlər var  

18:21
30 Aprel

XTQ-nin yaradılmasının 27-ci ildönümü qeyd olunub

18:12
30 Aprel

Nazir: Reinteqrasiya tədbirləri ilə 873 uşaq sosial xidmət müəssisələrindən ailələrinə qaytarılıb  

18:05
30 Aprel

Avropa İttifaqı müdafiə xərclərini sürətlə artırır

17:48
30 Aprel

“Dayanıqlı inkişaf: ailə, qadın və uşaq siyasəti”: Bakıda mühüm konfrans YENİLƏNİB 

17:38
30 Aprel

Hulusi Kılıç: WUF13 Azərbaycanın mövqelərini möhkəmləndirəcək və nüfuzunu artıracaq  

17:24
30 Aprel

Heydər Əliyev Fondu Vatikanda tarixi abidələrin bərpası üzrə yeni layihələrin icrasına başlayır  

17:11
30 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!