30 Aprel 2026 16:37
158
SİYASƏT
A- A+
İqlim Dəyişmələri üzrə Dövlət Komissiyasının iclası keçirilib  

İqlim Dəyişmələri üzrə Dövlət Komissiyasının iclası keçirilib  


Aprelin 30-da İqlim Dəyişmələri üzrə Dövlət Komissiyasının növbəti iclası keçirilib.

Bu barədə AZƏRTAC-a Azərbaycan Respublikası Nazirlər Kabinetindən məlumat verilib.

Baş nazirinin müavini, Dövlət Komissiyasının sədri Samir Şərifov Komissiyanın iclasını açaraq bildirib ki, Azərbaycan 1995-ci ildə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına qoşulmaqla qlobal iqlim çağırışlarına qarşı birgə mübarizədə fəal iştirak etməyə başlayıb. Ölkə sonrakı dövrdə Paris Sazişi çərçivəsində götürdüyü öhdəliklərə sadiq qalaraq, istixana qazı emissiyalarının azaldılması istiqamətində daha iddialı məqsədlər müəyyənləşdirib və üçüncü Milli Müəyyən Edilmiş Töhfə (NDC) sənədində 1990-cı il ilə müqayisədə 2035-ci ilədək emissiyaların 40 faiz azaldılmasını əsas prioritet kimi təsbit edib. Bu yanaşma Azərbaycanın aşağı karbonlu inkişaf modelinə keçid və iqlim dəyişmələrinin təsirlərinin minimuma endirilməsi istiqamətində ardıcıl siyasət apardığını nümayiş etdirir.

Qeyd olunub ki, 2024-cü il noyabrın 11-22-də Bakıda böyük uğurla keçirilmiş COP29 konfransı həllini gözləyən bir çox məsələ üzrə mühüm və tarixi qərarlarla yadda qalıb. Qlobal iqlim dəyişmələrinin fəsadlarına qarşı dünya ölkələrinin böyük əksəriyyətinin nümayiş etdirdiyi birgə səylərə Azərbaycan öz töhfəsini verib. Məhz Bakıda inkişaf etməkdə olan ölkələrin əsas gözləntisi – “Yeni Kollektiv Kəmiyyət Hədəfi” üzrə konsensusun əldə olunmasına nail olunub. Bakıda qəbul edilən qərara əsasən, 2035-ci ilə qədər bütün dövlət və özəl mənbələrdən inkişaf etməkdə olan ölkələrə yönəldilən iqlim maliyyəsinin illik hədəfi 1,3 trilyon ABŞ dolları səviyyəsində müəyyən edilib.

Komissiyanın iclasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən “İqlim haqqında” Azərbaycan Respublikasının Qanun layihəsi, habelə “Uzunmüddətli Aşağı Karbonlu İnkişaf Strategiyası”nın layihəsi barədə, İqtisadiyyat Nazirliyi tərəfindən isə Avropa İttifaqının Karbon Sərhəd Tənzimləmə Mexanizmi (CBAM) və onun mümkün iqtisadi təsirləri barədə təqdimatlar edilib və həmin təqdimatların ətrafında müzakirələr aparılıb.

Dövlət Komissiyasının iclasında çıxış edən Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev bildirib ki, ölkənin Uzunmüddətli Aşağı Karbonlu İnkişaf Strategiyası layihəsinin (LTS) yekunlaşdırılması və qısa müddətdə təsdiqə təqdim olunması vacibdir. O, öz çıxışında vurğulayıb ki, Avropa İttifaqının Sərhəddə Karbon Tənzimlənməsi Mexanizmi idxal olunan məhsullar üzrə karbon intensivliyinin nəzərə alınması ilə rəqabət şəraitinin bərabərləşdirilməsi nəzərdə tutulur. Bu baxımdan milli iqlim siyasətinin gücləndirilməsi ölkənin ixrac potensialının qorunması və sənayenin modernizasiyası üçün mühüm əhəmiyyət daşıyır.

Bununla yanaşı, Xarici İşlər Nazirliyi tərəfindən Komissiya üzvləri 2025-ci ilin noyabrında Braziliyanın Belem şəhərində keçirilmiş BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 30-cu sessiyasının (COP30) nəticələri və ölkəmiz tərəfindən iqlim dəyişmələri ilə mübarizə sahəsində həyata keçirilən tədbirlər barədə məlumatlandırılıb. Eyni zamanda, 2026-cı il noyabrın 9-20-də Türkiyənin Antalya şəhərində keçiriləcək COP31 sessiyasına hazırlıq işlərinin aidiyyəti qurumlar tərəfindən vaxtında başlanmasının zəruriliyi vurğulanıb.

İclasın yekununda Dövlət Komissiyasının sədri Samir Şərifov tərəfindən qarşıdan gələn BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasına hazırlıqla bağlı tədbirlər planının hazırlanaraq qısa müddətdə Komissiyaya təqdim olunması, eləcə də Avropa İttifaqının Sərhəddə Karbon Tənzimlənməsi Mexanizmi, “İqlim haqqında” Azərbaycan Respublikasının Qanunu və “Uzunmüddətli Aşağı Karbonlu İnkişaf Strategiyası” layihələrinin təkmilləşdirilməsi məqsədilə Qurumlararası İşçi Qrupunun yaradılması barədə qərarlar qəbul edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Şimali Koreyada şiddətli quraqlıq hökm sürür

19:59
30 Aprel

Mamdani Kral III Çarlzdan Koh-i-Nur almazını Hindistana qaytarmağı tələb edir  

19:51
30 Aprel

Donald Tramp: Nüvə proqramından imtina etmədən İranla razılaşma mümkün deyil

19:43
30 Aprel

Avropa İttifaqı üzvləri təhlükəsizlik üçün alternativlər axtarırlar

19:34
30 Aprel

Qazaxıstan iqtisadiyyatında Rusiya prioritet tərəfdaş mövqeyini qoruyur  

19:27
30 Aprel

ABŞ-də “uçan taksi” dövrü başlayır

19:18
30 Aprel

Körfəz liderlərinin görüşü: Xarici təhdidlərə qarşı ortaq güc nümayişi 

19:16
30 Aprel

Dünyada neft bahalaşıb

19:07
30 Aprel

Beynəlxalq gənclər forumunun bir qrup iştirakçısı Milli Məclisdə olub

19:00
30 Aprel

ABŞ viza qaydalarını sərtləşdirir  

18:58
30 Aprel

Pekində dron satışına qadağa tətbiq olunur

18:51
30 Aprel

Hindistanda rəqəmsal fırıldaqçılıq böhranı   

18:41
30 Aprel

Tramp: Rusiya-Ukrayna məsələsində Almaniya tamamilə səmərəsiz olub

18:38
30 Aprel

Milli Məclisin sədrinin Yunanıstan səfiri ilə görüşündə parlamentlərarası münasibətlər nəzərdən keçirilib  

18:37
30 Aprel

Səfir: Britaniya ilə Azərbaycan arasında yüksək texnologiyalar sahəsində geniş perspektivlər var  

18:21
30 Aprel

XTQ-nin yaradılmasının 27-ci ildönümü qeyd olunub

18:12
30 Aprel

Nazir: Reinteqrasiya tədbirləri ilə 873 uşaq sosial xidmət müəssisələrindən ailələrinə qaytarılıb  

18:05
30 Aprel

Avropa İttifaqı müdafiə xərclərini sürətlə artırır

17:48
30 Aprel

“Dayanıqlı inkişaf: ailə, qadın və uşaq siyasəti”: Bakıda mühüm konfrans YENİLƏNİB 

17:38
30 Aprel

Hulusi Kılıç: WUF13 Azərbaycanın mövqelərini möhkəmləndirəcək və nüfuzunu artıracaq  

17:24
30 Aprel

Heydər Əliyev Fondu Vatikanda tarixi abidələrin bərpası üzrə yeni layihələrin icrasına başlayır  

17:11
30 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!