30 Aprel 2026 18:51
179
DÜNYA
A- A+
Pekində dron satışına qadağa tətbiq olunur

Pekində dron satışına qadağa tətbiq olunur

Çində təhlükəsizliklə bağlı narahatlıqlar səbəbindən paytaxt Pekində dronların satışı və istifadəsi ilə bağlı yeni, daha sərt qaydalar qüvvəyə minir. 

“BBC” xəbər verir ki, yeni tənzimləmələrə əsasən, dronların və onların əsas komponentlərinin şəhərə satılması, icarəyə verilməsi və ya gətirilməsi qadağan ediləcək.

Qaydalar çərçivəsində dron sahiblərindən cihazlarını polis orqanlarında qeydiyyatdan keçirmək tələb olunacaq. Bundan əlavə, Pekində açıq havada dron uçuşları yalnız əvvəlcədən rəsmi icazə alındıqdan sonra mümkün olacaq. İstifadəçilər, həmçinin onlayn təlim keçməli və müvafiq testdən uğurlu nəticələr əldə etməlidirlər. Həmçinin yeni qaydalara görə, əgər istifadəçilər cihazlarını təmir üçün şəhərdən kənara göndərmək istəsələr, dronu poçtla deyil, şəxsən aparıb-gətirmələri tələb olunur. 

Dövlət rəsmiləri bildiriblər ki, bu addımların məqsədi ictimai təhlükəsizliyi gücləndirmək və hava məkanının idarə olunmasında mövcud çətinlikləri aradan qaldırmaqdır. Pekin hakimiyyəti texnoloji inkişafla təhlükəsizlik arasında balans yaratmağın vacibliyini vurğulayır.

Qeyd edək ki, Çin son illərdə dron istifadəsi ilə bağlı qaydaları mərhələli şəkildə sərtləşdirir. Ölkədə dronlar kənd təsərrüfatı, qida çatdırılması və bina təmizliyi kimi sahələrdə geniş istifadə olunur və bu sektor iqtisadiyyatın mühüm hissəsi hesab edilir. Bu sahənin 2035-ci ilə qədər böyük iqtisadi gəlir gətirəcəyi proqnozlaşdırılır. Bununla belə, yeni məhdudiyyətlər bazara da təsir göstərə bilər. Rəsmi məlumatlara görə, Çində artıq üç milyondan çox qeydiyyatdan keçmiş dron mövcuddur. Ölkə, eyni zamanda, dünyanın ən böyük dron istehsalçılarından biri olan “DJI” kimi şirkətlərə ev sahibliyi edir. 

Çin qlobal dron bazarında lider mövqeyini qorusa da, ölkə daxilində bu texnologiyanın istifadəsi getdikcə daha ciddi nəzarət altına alınır.


Təhminə VERDİYEVA,

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qoxu hissinin yaranması ilə bağlı kəşf 

20:21
30 Aprel

Kolumbiyada təhlükəsizlik yenidən əsas müzakirə mövzusudur

20:12
30 Aprel

Autizmli uşaqlar üçün ümidverici araşdırma

20:06
30 Aprel

Şimali Koreyada şiddətli quraqlıq hökm sürür

19:59
30 Aprel

Mamdani Kral III Çarlzdan Koh-i-Nur almazını Hindistana qaytarmağı tələb edir  

19:51
30 Aprel

Donald Tramp: Nüvə proqramından imtina etmədən İranla razılaşma mümkün deyil

19:43
30 Aprel

Avropa İttifaqı üzvləri təhlükəsizlik üçün alternativlər axtarırlar

19:34
30 Aprel

Qazaxıstan iqtisadiyyatında Rusiya prioritet tərəfdaş mövqeyini qoruyur  

19:27
30 Aprel

ABŞ-də “uçan taksi” dövrü başlayır

19:18
30 Aprel

Körfəz liderlərinin görüşü: Xarici təhdidlərə qarşı ortaq güc nümayişi 

19:16
30 Aprel

Dünyada neft bahalaşıb

19:07
30 Aprel

Beynəlxalq gənclər forumunun bir qrup iştirakçısı Milli Məclisdə olub

19:00
30 Aprel

ABŞ viza qaydalarını sərtləşdirir  

18:58
30 Aprel

Pekində dron satışına qadağa tətbiq olunur

18:51
30 Aprel

Hindistanda rəqəmsal fırıldaqçılıq böhranı   

18:41
30 Aprel

Tramp: Rusiya-Ukrayna məsələsində Almaniya tamamilə səmərəsiz olub

18:38
30 Aprel

Milli Məclisin sədrinin Yunanıstan səfiri ilə görüşündə parlamentlərarası münasibətlər nəzərdən keçirilib  

18:37
30 Aprel

Səfir: Britaniya ilə Azərbaycan arasında yüksək texnologiyalar sahəsində geniş perspektivlər var  

18:21
30 Aprel

XTQ-nin yaradılmasının 27-ci ildönümü qeyd olunub

18:12
30 Aprel

Nazir: Reinteqrasiya tədbirləri ilə 873 uşaq sosial xidmət müəssisələrindən ailələrinə qaytarılıb  

18:05
30 Aprel

Avropa İttifaqı müdafiə xərclərini sürətlə artırır

17:48
30 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!