31 İyul 2025 09:15
882
Mədəniyyət
A- A+
Dünənimizin, bu günümüzün və sabahımızın tarixi

Dünənimizin, bu günümüzün və sabahımızın tarixi


Həyatımızı kitablarsız təsəvvür etmək mümkün deyil. Müdriklərdən biri deyib ki, bəşər övladının yaradıcılıq nümunələrindən ən maraqlısı və diqqətəlayiqlisi kitabdır. Kitablarda keçmişin düşüncələri yaşayır, ruhları artıq çoxdan bir yuxu kimi göylərə çəkilmiş insanların səsi eşidilir. Bəşəriyyətin bacardığı və icad etdiyi, nail olduğu nə varsa, hamısı kitab səhifələrində saxlanılır, qorunur.

Mütaliə etdiyimiz maraqlı kitabları daim əlimizin altında saxlayır, zəruri anlarda onları vərəqləyib məlumatlar öyrənirik. Müəllifi müxtəlif illərdə Azərbaycan Nazirlər Sovetinin sədri olmuş, Azərbaycanın BMT yanında daimi nümayəndəsi, Macarıstanda, Polşada Azərbaycanın fövqəladə və səlahiyyətli səfiri işləmiş, Milli Məclisin deputatı seçilmiş, tarix elmləri doktoru, professor Həsən Həsənov olan "Azərbaycan - tarixi-etnoqrafik atlas"  və "Azərbaycan - tarixi-coğrafi atlas" kitabları da belə dəyərli toplulardandır.

Kitablar həm Azərbaycan Milli Elmlər Akademiyasının A.A.Bakıxanov adına Tarix İnstitutunun, həm də Bakı Dövlət Universiteti Coğrafiya fakültəsinin Elmi Şurasında müzakirə olunmuş və dərs vəsaiti kimi istifadəsinə yekdilliklə qərar verilmişdir. O cümlədən bu dəyərli əsərlər Bakı Dövlət Universitetinin Tarix fakültəsinin Elmi Şurasının qərarı ilə ali məktəblərdə bakalavr səviyyəsində "Tarixi-coğrafiya" ixtisası və magistr səviyyəsində "Azərbaycan xalqının etnogenezi" ixtisasının tədrisi üçün əlavə dərs vəsaiti kimi çapa məsləhət görülmüşdür.

Müəllif Həsən Həsənov əsərin yazılmasının məqsəd və məramından söz açaraq qeyd edir ki, bu tədqiqat işi ölkənin yaranmağa başladığı dövrlərdən, keçdiyi tarixi yolu işıqlandıran hərtərəfli tarixi-coğrafi və etnik-siyasi atlasın tərtib olunması vasitəsilə qədim və Orta əsrlər Azərbaycanını yaratmaq cəhdidir. Cəhdlərinin uğurlu alınması üçün müəllif mövcud olan bütün imkan və vasitələrdən, illərdən, əsrlərdən bəri tarixi özündə qoruyub saxlayan sənədlərdən, rəsmlərdən səmərəli istifadə etməyə çalışır. Bu istiqamətdə gördüyü işləri oxucularla yaxından tanış etmək üçün yazır ki, mən ümumidən xüsusiyə - çoxlu yerli və xarici ölkə müəlliflərinin monoqrafiyalarından, onların məzmununun yığcam əks etdirilməsinə doğru getmişəm, bu da şübhəsiz ki, tədqiqat işinə, bir növ, kompilyativ xarakter verir. 

Məlumdur ki, bir çox tarixi mənbələrdə ölkəmizin adı ilə bağlı müxtəlif fikir və mülahizələr var. Professor Həsən Həsənov bu barədə də dəyərli fikirlərini oxucularla bölüşür. Yazır ki, problemli məsələlərdən biri ölkənin adı - "Azərbaycan" haqqında təsəvvürlər hesab olunur. Problem ölkənin adının mənbələrdə müxtəlif fonetik versiyalar şəklində olmasından ibarətdir ki, ayrıca götürülmüş halda, onların hər birində bu ad müvafiq tarixi gerçəkliklərlə izah olunur. 

14 fəsildən ibarət olan "Azərbaycan - tarixi-etnoqrafik atlas" kitabı oxuculara yaşanmış tariximiz, ulu keçmişimiz haqqında geniş məlumat verir. Bizə doğma olan qədim tariximizi əlçatan edir. "Azərbaycan - türklər ölkəsidir", "Azərbaycan - odlar ölkəsidir",  "Turanlıların zərdüştilik əleyhinə irsi", "Şumer irsi", "Şumer, skif və türk ənənələrində 8 rəqəminin müqəddəsliyi" və başqa fəsillərdəki yazılar və buradakı fikirlər, mülahizələr tariximiz haqqındakı biliklərimizi daha da genişləndirir.

"Azərbaycan - tarixi-etnoqrafik atlas" kitabı oxuculara Ümummilli Lider Heydər Əliyevin bu dəyərli sözləri ilə təqdim olunur: "Hər bir insan üçün onun milli mədəniyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam."

Yeddi fəsildən və bir müqəddimədən ibarət olan kitab tariximizi öyrənmək baxımından çox qiymətlidir. İnanırıq ki, kitabdakı "Atropatena/Adorbayqan ölkəsinin yaranmasına qədər Azərbaycan ölkəsindəki dövlətlər", "Atropatena/Adorbayqan adlı ölkənin yaranması və onun sərhədləri" və başqa fəsillər oxucular tərəfindən maraqla qarşılanacaq. 

Kitaba müqəddiməni Yagellon Universitetinin (Krakov, Polşa) Şərqşünaslıq fakültəsinin Türkologiya kafedrasının professoru Yeva Semenes-Qolas yazıb. Professor kitaba böyük dəyər verməklə yanaşı, onun tarixi əhəmiyyətini də xüsusi vurğulayıb. Əsərə böyük məhəbbət və sevgi ilə yanaşaraq qeyd edib ki, "Azərbaycan - tarixi-coğrafi atlas"ın böyük elmi-maarifləndirici əhəmiyyəti vardır. Həsən Həsənov onun üstündə işləyərkən, qədim, Orta əsrlər və müasir müəlliflərin əsərlərinə müraciət etmiş, geniş spektrdə tədqiqatçıların fikirlərini nəzərə almışdır.  Atlas həm tarixi, həm də müasir nöqteyi-nəzərdən Azərbaycanın tarixi və coğrafiyası haqqında bilikləri özündə birləşdirir. Azərbaycan dövlətinin müəllif tərəfindən bir neçə mühüm dövrə bölünmüş tarixi, müasir azərbaycanlıların əcdadları tərəfindən onların dövlətçiliyinin və kimliyinin əsasının qoyulduğu tarixi ərazilər olan coğrafi sahələr çərçivəsində təqdim olunur.   

Əsərin leytmotivini Prezident İlham Əliyevin dediyi və birinci səhifədə verilmiş bu sözləri təşkil edir: "Biz xoşbəxtik ki, müstəqil ölkə, müstəqil xalq kimi yaşayırıq, taleyimiz öz əlimizdədir. " 

Kitabların tərtibatı da elə ilk dəqiqələrdən diqqəti özünə cəlb edir. Müxtəlif dövrlərdə, müxtəlif zamanlarda ayrı-ayrı müəlliflər tərəfindən cızılmış xəritələrin, çəkilmiş rəsmlərin, tikilmiş abidələrin, daş kitabələrin, qayaüstü rəsmlərin, aparılan arxeoloji qazıntılar zamanı aşkarlanmış qədim alətlərin, məişət əşyalarının, daş fiqurların, eləcə də tarix üçün qiymətli olan başqa eksponatların şəkillərinin mövzuya uyğun ardıcıllıqla verilməsi əsərləri daha maraqlı və oxunaqlı edir. Buna görə inamla demək olar ki, bu əsərləri oxuyanlar tariximiz, ulu keçmişimiz haqqında bilmədikləri yeni məlumatları öyrənəcəklər.

Professor Həsən Həsənov da bütün bunlara əsaslanaraq "Müəllifdən" bölməsində böyük inamla yazır: "Ümidvaram ki, bu kitabda təqdim edilən materiallar tarixi bilmək və bütövlükdə "Azərbaycan" adlanan ölkənin tarixi taleyini öyrənmək istəyənlər üçün maraqlı olacaq." 

Əhəmiyyətini, dəyərini nəzərə alıb demək olar ki, tariximizə güzgü tutmuş bu kitablar həm oxucular, həm də mütəxəssislər tərəfindən böyük maraq və sevgi ilə oxunacaq. Çünki bu əsərlər həm ulu keçmişimiz, həm bugünümüz, həm də gələcəyimiz üçün dəyərli və gərəklidir. 


Vahid MƏHƏRRƏMOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Pakistanın Pəncab əyalətinin Baş naziri Azərbaycana səfərə gəlib

19:29
16 May

"Qarabağ" Avropa, "Turan Tovuz" Konfrans Liqasında  

19:19
16 May

“UN-Habitat”: WUF13 qlobal mənzil böhranının aradan qaldırılması üçün tərəfdaşlıqların formalaşdırılmasına imkan verəcək

18:43
16 May

AZAL: Hava şəraiti ilə əlaqədar Naxçıvana uçuşlar təxirə salınıb

18:08
16 May

Ərdoğan: Qazaxıstan neftinin BTC ilə nəqlinə dair əldə olunmuş razılaşma çox mühümdür  

16:48
16 May

Azərbaycan gimnastları “AGF Trophy” beynəlxalq turnirində növbəti medallarını qazanıblar

16:23
16 May

Xocalı və Ağdərəyə qayıdan 43 ailəyə mənzillərin açarları təqdim olunub - YENİLƏNİB

16:17
16 May

Azərbaycan “Vindzor Kral Atçılıq Şousu - 2026”da təmsil olunur

15:54
16 May

WUF13-də yüksəksəviyyəli nümayəndələrin tədbirdə iştirakı və səfərləri ilə bağlı brifinq təşkil olunub  

15:35
16 May

Azərbaycan velosipedçiləri Astanada keçirilən “Silk Way Series” beynəlxalq yarışında iştirak edir

15:19
16 May

Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin forumu çərçivəsində panel müzakirələri keçirilib

14:39
16 May

Çinli ekspert: WUF13-ə ev sahibliyi Azərbaycanın beynəlxalq öhdəliyini və məsuliyyətini nümayiş etdirir

14:23
16 May

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb  

14:19
16 May

Türküstan görüşü gələcək inkişaf trayektoriyasını müəyyənləşdirən platforma kimi yadda qaldı

14:12
16 May

Azərbaycan TDT-nın güclənməsinə və funksionallığının artmasına davamlı töhfələr verir

13:59
16 May

Şükürbəyli kəndində daha 18 ailəyə evlərinin açarları təqdim olunub YENİLƏNİB 2

13:59
16 May

Xalq yazıçısı Elçinin xatirəsinə həsr olunmuş "Baş" tamaşası nümayiş olunub  

13:48
16 May

Baş nazirin müavini Samir Şərifov Səudiyyə Ərəbistanının nümayəndə heyəti ilə görüşüb

13:09
16 May

Prezident İlham Əliyev BMT-nin Məskunlaşma Proqramının icraçı direktorunu qəbul edib

12:57
16 May

Türk dünyasının əhəmiyyəti regional çərçivələri aşır

12:38
16 May

“EFES-2026” təlimində dənizdən sahilə hücum tapşırığı uğurla icra edilib

11:17
16 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!