16 İyun 2026 16:54
188
CƏMİYYƏT
A- A+
Daha üç qanun layihəsi parlamentin plenar iclasına tövsiyə edilib

Daha üç qanun layihəsi parlamentin plenar iclasına tövsiyə edilib


İyunun 16-da Milli Məclisin İnsan hüquqları komitəsinin növbəti iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, komitənin sədri Zahid Oruc iclasın gündəliyinə 3 məsələnin daxil edildiyini bildirib.

Əvvəlcə, iclasda “Dövlət qulluğu haqqında” və “Media haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsi birinci oxunuşda təqdim edilib.

Komitə sədri məsələ barədə danışaraq, layihənin dövlətin milli informasiya məkanının hibrid hücumlardan qorunması, regional və beynəlxalq məkanda yaranan çağırışlara uyğun media strukturlarının gücləndirilməsi, institusional mexanizmlərin təkmilləşdirilməsi baxımından əhəmiyyətli olduğunu deyib. O, ölkə Prezidentinin medianın inkişafına daim yüksək qayğı və diqqət göstərdiyini vurğulayıb.

Bildirilib ki, "Media haqqında" Qanunun qəbulundan ötən dövr ərzində informasiya mühitinin sağlamlaşdırılması və qorunması sahəsində qəbul edilən yeni hüquqi aktlar öz müsbət nəticələrini göstərib, informasiya coğrafiyamız daha da genişlənib və milli maraqlarımızın müdafiəsində mətbuatın rolu artıb. Media sahəsində aparılan islahatlar çərçivəsində hazırda iki qurum fəaliyyət göstərir – Azərbaycan Respublikasının Audiovizual Şurası və Medianın İnkişafı Agentliyi (MEDİA) və hər iki qurumun fəaliyyəti bir-birini tamamlayır.

Eyni zamanda, qeyd olunub ki, milli informasiya təhlükəsizliyini və medianın iqtisadi müstəqilliyini təmin etmək üçün Azərbaycanda media sahəsinə münasibətdə daha çevik və kollegial mexanizmə keçid zərurəti yaranıb. Layihədə "Media haqqında" Qanuna bununla bağlı dəyişiklik nəzərdə tutulur. Təkliflərin mahiyyəti ondan ibarətdir ki, mövcud Audiovizual Şuranın və MEDİA Agentliyinin strukturları əsasında kollegial idarəetmə sisteminə malik vahid bir qurum – Media və Yayım Şurası yaradılır. Belə ki, "Media haqqında" Qanunun 43-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında media və yayım sahəsində səlahiyyətli dövlət orqanı Şura olacaq. Qanun layihəsində, həmçinin Şura ilə bağlı vəzifə və öhdəliklərin öz əksini tapması və qurumun kollegial idarəetmə modelini əsas götürməsi medianın müstəqilliyinə və quruma münasibətdə ictimai etimadın yüksəlməsinə zəmanət verir. Təklif olunan dəyişikliklər daxili informasiya məkanının təhlükəsizliyini təmin etməyə, eləcə də yerli medianın inkişafına təkan verməyə şərait yaradacaq.

Sonra məsələ ilə bağlı müzakirələrdə çıxış edən deputatlar qanun layihəsinin mütərəqqi xarakter daşıdığını, təklif olunan dəyişikliklərin mühüm əhəmiyyət kəsb etdiyini bildiriblər.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Audiovizual Şurasının Aparat rəhbəri Fazil Novruzov və Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli son dövrlər süni intellektin və digər texnoloji yeniliklərin həyatımızın bütün sahələri ilə yanaşı, media sektoruna da nüfuz etdiyini bildiriblər. Yeni reallıqların media mühitinə və ümumilikdə informasiya siyasətinə yeni yanaşmaların tətbiqini zəruri etdiyini, təklif olunan islahat xarakterli dəyişikliklərin məhz bu məqsədə xidmət etdiyini söyləyiblər. Vurğulanıb ki, hazırda milli informasiya mühitinin təhlükəsizliyini qorumaq, dezinformasiyaya qarşı effektiv mübarizə aparmaq və media subyektlərinin dayanıqlılığını təmin etmək prioritet məsələlər sırasındadır.

Sonra iclasda İnzibati Xətalar Məcəlləsində, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinə (ikinci oxunuş) baxılıb.

Məsələ barədə İnsan hüquqları komitəsinin sədri Zahid Oruc, Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov fikirlərini açıqlayıblar.

İclasda, bununla yanaşı Mənzil Məcəlləsində, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” və “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi də (ikinci oxunuş) nəzərdən keçirilib.

Bildirilib ki, qanun layihəsi məcburi köçkünlərin işğaldan azad edilmiş ərazilərdə yaşayış sahələrinə köçürülməsi, onların mülkiyyət hüququnun təmini və məcburi köçkün statusu ilə bağlı qanunvericilik aktlarının təkmilləşdirilməsi məqsədilə hazırlanıb.

Komitə iclasında təqdim edilən hər üç qanun layihəsi baxılmaq üçün Milli Məclisin iclasına tövsiyə olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xarici investisiyalarda artım: enerji sektoru ön planda

21:28
16 İyun

Nadir dəri xəstəliyinin genetik səbəbi tapılıb

21:19
16 İyun

Qlobal elektrikli avtomobil satışı may ayında 1,8 milyona çatdı

21:09
16 İyun

Qlobal tərəfdaşlıq Bakıda bir araya gəlir

21:03
16 İyun

Günəş şüalarını ölçən ağıllı boyunbağı təqdim edilib  

20:53
16 İyun

Sənaye və texnologiya parkları üçün yeni güzəştlər təsdiqlənib

20:41
16 İyun

 “Motorola”nın yenilənmiş smartfonu təqdim edilib  

20:36
16 İyun

 Erve Renar Tunis milli komandasının baş məşqçisi oldu

20:28
16 İyun

 Gilyermo Oçoa Dünya Kubokundan sonra futboldan ayrılacaq

20:23
16 İyun

İnstaqramdan növbəti yenilik

20:17
16 İyun

“Logitech”in qatlanan cihazı təqdim edilib

20:01
16 İyun

Neymar Haiti ilə matçı da buraxacaq

19:58
16 İyun

Saxta IMEI kodlarla qeydiyyata qarşı mübarizə gücləndirilir

19:54
16 İyun

İslam İnkişaf Bankı Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində HELF Forum və AZHAB Forum keçirilib  

19:29
16 İyun

Dövlət Baxçalı: Zəngəzur dəhlizi Türk dünyasının Qərbi ilə Şərqini birləşdirən strateji həlqədir

19:01
16 İyun

Azərbaycan hərbçiləri “Qafqaz Qartalı - 2026” təlimində iştirak edirlər

18:57
16 İyun

Yalçın Rəfiyev: Bonnda Xəzərin səviyyəsinin enməsinə həsr olunmuş tədbirin keçirilməsi çox əhəmiyyətlidir  

18:48
16 İyun

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

18:39
16 İyun

Seymur Səfərli: Yeni Dövlət Proqramında ilk dəfə olaraq sertifikatlaşma subsidiyası tətbiq ediləcək 

18:31
16 İyun

Akademik: Milli Kibertəhlükəsizlik Agentliyi ölkədə kibertəhlükəsizlik sistemini gücləndirəcək  

18:23
16 İyun

Sərginin kuratoru: Ortaq sənət növlərimiz Azərbaycan-Türkiyə qardaşlığının mühüm təzahürüdür  

18:13
16 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!