06 Noyabr 2026 13:22
231
SİYASƏT
A- A+
Çin və Azərbaycan 4 qlobal təşəbbüs çərçivəsində əməkdaşlığı dərinləşdirmək niyyətindədir  

Çin və Azərbaycan 4 qlobal təşəbbüs çərçivəsində əməkdaşlığı dərinləşdirmək niyyətindədir  


Çin 4 qlobal təşəbbüsün həyata keçirilməsində Azərbaycanla birgə fəaliyyət göstərərək hərtərəfli strateji tərəfdaşlığı daha da dərinləşdirməyə, dünya miqyasında sülhün, inkişafın və rifahın təmin olunmasına daha böyük töhfə verməyə hazırdır.

AZƏRTAC xəbər verir ki, bunu Çinin Azərbaycandakı səfiri Lu Mey noyabrın 6-da Bakıda keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, Azərbaycan Çinin hərtərəfli strateji tərəfdaşı, eləcə də Çin Xalq Respublikasının Sədri Si Cinpinin irəli sürdüyü dörd qlobal təşəbbüsün praktiki həyata keçirilməsinin fəal tərəfdarı və iştirakçısıdır.

Diplomat xatırladıb ki, Azərbaycan Prezidenti İlham Əliyev Çin Xalq Respublikasının xarici işlər naziri Van İ ilə bu yaxınlarda keçirilən görüşdə Çin tərəfinin bir sıra qlobal təşəbbüslərinə hərtərəfli dəstəyini bir daha təsdiqləyib.

Lu Mey qeyd edib ki, son illər Çin və Azərbaycan bu təşəbbüslərin praktiki həyata keçirilməsi üzrə vəzifələri rəhbər tutaraq müxtəlif istiqamətlərdə əməkdaşlıq sahəsində yeni nəticələr əldə ediblər: “Xüsusilə, Qlobal İnkişaf Təşəbbüsü çərçivəsində iki ölkənin “Bir kəmər, bir yol” layihəsinin birgə qurulması istiqamətində qarşılıqlı fəaliyyəti davamlı olaraq dərinləşir, yaşıl enerji, rəqəmsal iqtisadiyyat, nəqliyyat və kommunikasiya əlaqələrinin qarşılıqlı bağlılığı sahələrində əməkdaşlıq genişlənir”.

Onun sözlərinə görə, bu, regionun dayanıqlı inkişafına yeni təkan verir.

Qlobal Təhlükəsizlik Təşəbbüsünə toxunan səfir vurğulayıb ki, tərəflər dövlət suverenliyinin, təhlükəsizliyin və ərazi bütövlüyünün qorunması istiqamətində bir-birinin səylərini qətiyyətlə dəstəkləyir, beynəlxalq və regional məsələlər üzrə fəaliyyətlərini əlaqələndirməyi gücləndirir, regionda sülhün və sabitliyin qorunmasına birgə töhfə verirlər.

Qlobal Sivilizasiya Təşəbbüsündən danışan Lu Mey iki ölkənin Böyük İpək Yolu dövrünə gedib çıxan tarixi və mədəni əlaqələrini qeyd edib.

Səfir, həmçinin Qlobal İdarəetmə Təşəbbüsü çərçivəsində Çin və Azərbaycanın BMT, Şanxay Əməkdaşlıq Təşkilatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə və digər çoxtərəfli mexanizmlər çərçivəsində sıx qarşılıqlı fəaliyyət göstərdiyini vurğulayıb.

“Tərəflər birtərəfli addımlara, proteksionizmə və güc siyasətinə qarşı birgə çıxış edir, həmçinin inkişaf etməkdə olan ölkələrin beynəlxalq məsələlərdə təmsilçiliyinin artırılmasını və sözünün daha güclü eşidilməsini dəstəkləyirlər”, – deyə Lu Mey qeyd edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ukraynanın Zaporojye vilayətində aviazərbələr nəticəsində ölənlərin sayı 53-ə çatıb  

15:07
06 Noyabr

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər YENİLƏNƏCƏK  

15:05
06 Noyabr

Dövlət Xidmətinin rəisi Qəbələdə vətəndaşların müraciətlərini dinləyib  

15:03
06 Noyabr

Sahil Babayev: Növbəti illərdə məktəblərin bir qismi adambaşı maliyyələşmə mexanizminə keçəcək  

15:02
06 Noyabr

Naxçıvanın bəzi yüksək dağlıq ərazilərinə qar yağıb

15:00
06 Noyabr

Əmək məzuniyyətinin pul kompensasiyası ilə əvəzlənməsinin qadağan edilməsi təklif olunur  

15:00
06 Noyabr

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər YENİLƏNƏCƏK

14:59
06 Noyabr

Doqquz ayda Gürcüstandan 143 Azərbaycan vətəndaşı deportasiya edilib

14:57
06 Noyabr

Gələn il dövlət büdcəsindən 1,1 milyard manat icbari tibbi sığortaya yönəldiləcək  

14:57
06 Noyabr

Çin süni intellekt sahəsində Azərbaycanla əməkdaşlığı gücləndirməyə hazırdır – Bəyanat

14:53
06 Noyabr

Nazir müavini Vətən müharibəsi iştirakçısı və qazilərlə görüşüb

14:52
06 Noyabr

Ölkə üzrə əməkhaqqı fondu 8,5 faiz yüksəlib

14:51
06 Noyabr

Baş Prokurorluqda Zəfər Günü qeyd edilib

14:50
06 Noyabr

Beynəlxalq sammitin iştirakçıları “ASAN xidmət”də  

14:49
06 Noyabr

Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkətinin təsisçisi və Direktorlar Şurasının sədri Məhəmməd Əbunəyyandan  

14:44
06 Noyabr

Vüqar Gülməmmədov: Gələn il səhiyyədə rəqəmsallaşma və innovasiya layihələrinə 7,2 milyon manat ayrılacaq  

14:24
06 Noyabr

Azərbaycanın BMT ilə əməkdaşlığı çərçivəsində əldə olunan təcrübələr diqqətə çatdırılıb  

13:33
06 Noyabr

Anar Əliyev: DSMF-nin 2027-ci ildə gəlirlərinin 9,2 milyard manatı ötəcəyi proqnozlaşdırılır  

13:31
06 Noyabr

Çin və Azərbaycan 4 qlobal təşəbbüs çərçivəsində əməkdaşlığı dərinləşdirmək niyyətindədir  

13:22
06 Noyabr

Azərbaycan Astanada keçirilən Əqəbə Prosesi sammitində təmsil olunur  

13:19
06 Noyabr

Sənaye zonalarında indiyədək 22,6 milyard manatlıq məhsul satılıb

13:18
06 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!